Qorxu
Qorxu
“Qorxu” qorxulu deyil.
Qorxu insanın sağ qalması üçün beynin göstərdiyi reaksiyadır.Baş verən hadisələrin məlumatsızlığından və bilinməzliyindən ortaya çıxır.Və əslində qorxu bizə həyat verir.
Beyin sapı qan dövranı,təzyiq ,tənəffüs kimi bizdən aslı olmayan şeyləri idarə edir.Beynin zirzəmisi hesab olunur.
Birinci mərtəbədə isə Limbik sistem yerləşir .
Limbik sistem duyğuların idarə edilməsi baxımından çox vacibdir.Limbik sistemdə vacib hissələrindən biri hesab olunan, beynin hər iki tərəfində olan və bir dırnaqdan daha kiçik olan amiqdaladır ki, duyğuları idarə etmə sistemidir.Duyğusal reaksiyanın ən güclüsü və sadəsi qorxudur.
Beynin ön payının (frontal korteksin) 2 –ci mərtəbə hesab olunur.Beyni saran incə və buruş qatıdır.Məntiq hissəsisidir.Əgər meymunun frontal lobunu açsaq bir səhifə,insan da isə dörd səhifə olacaq.Daha çox buruş olmasının səbəbi başın içinə sığışması üçündür.Bütün problemləri burda həll edirik.
Kamran Fallahpour könüllülərə müxtəlif şəkillər göstərir.Şəkillər sürətlə bir-birini əvəz edir.Onlardan 80 %-i göstərilən şəkillərdən ayaqqabı və kitabı görmür.Ayaqqabı və kitab İlan və zəhərli hörümçək ilə əvəz olunur.Bunun səbəbini atalarımızın ilan və zəhərli hörümçəkləri həyatları üçün təhlükəli hesab etdiklərindən qaynaqlandığı hesab olunur.Bu bizim həyatda qalmağımız üçün vacib ünsürdür.
Qorxunu gözləmə anını qorxunun özündən daha böyük təsir göstərdiyi aşkar edilib.Psixoloji neqativ təsiri bu gün insanlara məlumdur.
Həyacan siqnalı verdikdən sonra nəfəs almaq,ürək döyünməsi kimi bizdən aslı olmayan bu kimi şeyləri idarə edən otonom sinir sistemimiz yüklənir.Bədən müharibəyə hazırlanır və beynin digər yerləri qapalı vəziyyətə keçir.Amiqdalanın işə düşməsi stress hormonları olan adrenalin və kortizol ifraz edilməsinə səbəb olur.Nəticə etibarı ilədə qana qarışırlar. Savaş yada qaç seçimləri arasında qalır.Üçüncü hal isə donmadır-stupor vəziyyətidir.
Amiqdalaya siqnallar frontal loblardan daha sürətli çatır ( siqnalların hərəkət etmə sürəti saatda 350 km-dir).Frontal loblar bunları aydınlaşdırıb reaksiya verincə biz donmuş vəziyyətdə ola bilərik.
Amiqdala beynin ən çox sinir əlaqəsi olan hissəsidir.Beyin sapına siqnallar göndərərkən bədən reaksiya verir. Qorxu digər orqanlara necə təsir isə aşağıdakı kimidir.
Gözlər. İşığın daha çox alınması üçün göz bəbəyi genişlənir. Bu vəziyyət daha ayıq və məlumatlı olmağı təmin edir.
Ağız və boğaz. Ağız boşluğunun quruduğuna görə həzm şirəsi mədəyə çatmır. Bədənin enerjisi qorunub saxlanılır. Boğazda olan əzələlər gərgin olduğundan udqunmaq çətin olur.
Ürək. Ürək daha tez döyünür ki, qan və oksigeni bütün bədənə ötürsün. Bu halda qan təzyiqi də artır.
Dizlər. Adrenalinin yüksək səviyyəsinə görə dizlər hərəkətsiz olur. Buna görə dizlərinizdə zəiflik hiss edirsiniz.
Sidik kisəsi və bağırsaqlar. Sidik kisəsi və bağırsağın əzələləri o qədər zəifləyir ki, siz dərhal tualetə gedib rahatlanmaq istəyirsiniz.
Əl və ayaq barmaqları. Əl və ayaq barmaqlarında sancma hissi yaranır belə ki onlar lazımi qədər qan almırlar.
Qaraciyər.Enerjinin artırılması üçün qlükogenin karbohidrat ehtiyatı qlükozaya çevrilir.
Mədə. Həzm şirəsinin kəskin olaraq kəsilməsi turşuluğun yaranmasına səbəb olur, o isə mədəyə diskomfort yaradır.
Börəküstü vəz. Məhz burada adrenalın istehsal olunur.
Tər vəziləri. Maddələr mübadiləsinin sürətinin artamsına görə bədən qızır, bədənin sərinləməsinə görə isə tər vəzləri daha çox tər ifraz edir.
Dəri. Qanın çəkilməsinə görə dəri solğun olur. Bu ağrı hissini duymazdan öncə orqanizmin verdiyi ən əsas instikdir.
Qorxu anında amiqdalada böyük ölçüdə yaddaş yüklənir və onu hiper vəziyyətə gətirir.Məsələn : Neft Akademiyasında teror vaxtı harda olduğumuzu xatırlayırıq.Səbəbi isə şok vəziyyətdə olmağımız ilə əlaqəlidir.
Qəza vəziyyətində zaman çox yavaşlayır,yaddaş güclənir və əzələlər sıxılır.Yaddaşın güclənməsi ilə xatırlanan xatirələr hadisə yaddaşında saxlanılır.Bu yaddaş yüksəlməsi həyatda qalmağımız üçün vacibdir.Gələcəkdə təhlükəli şeylərlə qarşılaşdıqda onları bir-birindən ayıra bilirik.
Müharibə komandasını hipokampus verir.Amiqdala insitik mərkəzidirsə,hipokampus məntiq hissəsidir.Məsələn , qaranlıq küçədə soyğunçu bizə əli bıçaqla hücum etmək istəsə əvvəl amiqdala işə düşür,sonra isə hipokampus ona gücüm çatar yoxsa yox hesablamağa başlayır.
Ən çox qorxulan 4 qorxu tipi var.Zəhərli həşaratlardan qorxma, yüksəklik qorxusu,qaranlıq,iynə qorxusudur. Psixiatr Cems Krikin fikrincə bizi ən çox qorxudan digər şeylər isə boğulmaq,axmaq kimi görünmək, imtahanda uğursuz olmaq,teror hücumu ,sevdiyi birinin yaralanması və ya ölməsi,müharibə,özünün ölümü,səhv etmək,gələcək qayğısı,uğursuz olmaq,şiddət,nüvə müharibəsi,çoxluq qarşısında danışmaq.
Uşaqlığında diş həkimindən qorxan adamın gözünü bağlayıb diş həkiminin alətlərinin səsi gəldiyi yerə aparsaq ürək döyüntüləri artacaq.Və özündən aslı olmadan şüuraltısı özündə saxladığı məlumatları işə salıb qorxu hissini yaradacaq. Və ya uşaqlıqdan qalma qorxu yox bu anda da bir şeyə qarşı qorxu yaratmaq olar.Müxtəlif şəkillərər baxan könüllüyə hər qırmızı üçbucaq göstəriləndə elektroşok vurulsa,hər şəkillər arasında yenə qırmızı üçbucağı görəndə onda qorxu hissi yaranacaq.
Qorxu refleksləri uşaqların 4-cü və 6-cı aylarında yaranır.John B.Watson ,Robert Plutchik və Paul Ekman kimi elm adamları isə qorxu hissinin doğuşdan gəldiyini irəli sürürlər.
Uşaqlar üzərində aparılan müşahidələr göstərir ki,uşaqlığını küçədə keçirən uşaqlar, evdə keçirənə nisbətən qorxularını aşa bilirlər.Və məlumdur ki,mühafizəkar ailənin uşaqları daha çox qorxaq olur.Bəzən isə eyni şəraitdə böyüyüən ekiz qardaşlarda xarakterləri fərqli olur.Bunun səbəbi isə beynin qurluşunda gizlənib.Beynin ön korteksinin qorxaq uşaqlarda daha qalın olduğu kəşf edilib.Belə nəticəyə gələ bilərik ki, qorxu şəxsə görə dəyişən bir şeydir.
Qrupdan bir adamın qorxusu yayıla bilər.Qorxmadığı halda digər adamın qorxusu şəxsdə qorxu hissini oyada bilir.Qorxu sürətlə yayıla bildiyi üçün bunu siyasi silah olaraq istifadə edirlər.
Qorxudan necə qurtula bilərik ?
Qorxunun ən yüksək vəziyyəti faobiyalardır.Buna yoldan çıxmış növüdə deyə bilərik. Fobiya “ phobos” – latınca “dəhşət”,yunan mifalogiyasında isə “Phobos”-“dəhşət tanrısı” anlamındadır.Fobiya uşaqlıda keçirilən sarsıntılarla bağlı ola bilər.Uzun müddət olması nevrozluğa gətirib çıxara bilər.Fobiyası olan insana isə fobik deyilir.
Fobiya onu qorxudan şeylərə qarşı sakit reaksiya vermək istəyir.Məsələn təyyarədə faciə yaşasaq ona qarşı fobiya yaranacaq.Əgər bir neçə normal uçuş keçirsək o zaman hər şey qaydasına düşür.Yoxedici öyrənmə prosesi deyilir buna .Burdakı problem odur ki,beyin hər iki xatirəni ağlında saxlayır.Xatirənin biri təhlükəsiz deyirsə, digəri isə təhlükəli deyir.Köhnə xatirələr amiqdalada saxlanıılır və uçuş zamanı həyacan siqnalını basa bilər.
Məlumdur ki,xatirələrimiz bizi yanılda bilir.Köhnə xatirələrdən qurtulub yenisini əvəz edə bilərik.Edə biləriksə,bu prosesə yenidən inşa deyilir.Yeni xatirə əlavə edib yeni yaddaş yaradırıq.
Heyvanlar içində insan beyninə ən çox oxşayan siçan beynidir.Qorxudan qurtulmağın yollarından biri bizim həyatımız üçün təhlükəli olan narkotikdir.
Təcrübə zamanı siçanı bir qəfəsə salıb ona elektrik verilir.Təbii olaraq o qorxur.Sonra amiqdalasına narkotik verilir.O isə qorxmadan qəfəsdə qalır.Yəni bir sözlə,qorxu hissini itirmiş olur.
Koliforniya donanma əsgərlərinin qorxuya verdiyi reaksiyanı dəyişmək üçün xüsusi təlimdən keçir.Müharibə zamanı edilən səhvlərin çoxu qorxu ilə bağlı olduğu üçün onun idarə eilməsi vacibdir.Təlimi 140 əsgərdən 38-i keçir.Olimpiya çempionu təlimi keçə bilməyib ,65 kiloqramlıq gənc keçə bilərsə bu necə baş verir ? Bu sualın cavabı nero elmdədir.
Namizədlərə boğulmaq qorxusu ilə üz-üzə qoyurlar.20 dəqiqə su altında qalan namizədlərə müəllimləri hücum edir.Uzun müddət havasız qalırlar.Xortumları düyümlənir.Onları düyümləri açandan sonra onlara yenidən hücum edib başqa problemləmlə üz-üzə qoyaraq stres halının artırmağa çalışırlar.Əvvəldən məlumatlandırılıb , dərs verilsədə,ancaq nəzəriyyəni praktikaya çevirmək asan deyil.Havasızlıqdan amiqdala onu yuxarı çıxmağa məcbur edir.Keçmək üçün frontal lobun amiqdala ilə bu müharibədən qalib çıxması vacibdir.Təlimçi yenidən hücum edib stressi artırır.Ürək döyüntüsü artır,duyğu üzvləri güclənir,yaddaş güclənir,bədən daha dayanıqlı olur.Bu təlimin ən ağır hissəsidir.Səbəbi beynin panikaya düşməsidir.
Təlimi uğurla keçmək üçün aşağıdakı metodları etmələri məsləhət görürlür ( bu bizim gündəlik həyatımızda da keçərlidir) :
- Hədəf proqramlama – Frontal loblarla əlaqəli olduğu düşünülür.Edəcəyin şeyin nə olduğunu bilsən,əzmini ən yüksək həddinə çatdırma bacarığı ilə bağlıdır.Amiqdala məntiq hissəsinin nəzarəti altında olur.
- Zehni təkrar – Əvvəl beyin məşq edir, sonra əslin özü ilə təkrar edir.Yəni zehnlə etdikdə bədən əzələləri edəcəyi şeyə hazırlanır və praktika zamanı əzələlərə bu yad olmur.
- Özü ilə danışmaq – Dəqiqə ərzində 300-1000 söz deyirik.Əgər özümüz ilə danışdığımız zaman deyəcəyimiz sözün çoxu “edə bilərəm” olarsa, bu amiqdaladan gələn siqnalları aşağı salmağa kömək edir.
- Nəfəs almaq – Ağır nəfəs almaq,uzun nəfəs verməklə beyinə daha çox oksigen göndərilir.Qədim şərq dünyasında 4 saniyədə nəfəsi ud,7 saniyə saxla və 8 saniyədə nəfəsi buraxmaqla stress halını aşa biləcəyimiz düşünülürdü.
Bura qədər danışdığımız ,ümumi müdafiə refleks sisteminə ( göz bəbəkləri böyüyür,ürək sürətlə döyünməyə başlayır) Sempatik sistem deyilir.Parasimpatik sistem isə tam tərsini edir.Yəni göz bəbəkləri kiçilir,bağırsaqlar normal fəaliyyətinə başlıyır,qanın sürətli axması üçün sıxılan damarları açılır və s.
Bizi qorxudacaq səbəb ( hadisə ) baş verir.Daha sonra ürək döyüntüsü artır,göz bəbəkləri böyüyür və qorxu hissi yaranır.Bu 1884-cü ildə Cems Lang nəzəriyyəsi olaraq irəli sürülmüşdür
Cems Lang
Digər nəzəriyyə isə 1929-cü ildə Cannon-Bard tərəfindən irəli sürülmüşdür.
Cannon-Bard
Əvvəl bizi qorxudan səbəb.Sonra qorxuruq.Qorxduğumuz üçün ürək döyüntümüz sürətlənir,göz bəbəklərimiz böyüyür.Tibb dünyası hansının doğru olduğuna hələlik qərar vermiş deyil.Çox adam Cannon-Bardı dəstəkləyir.
Qorxu tam olaraq bəlli olmadığı üçün qorxunun nə olduğu dəqiq bilinmir.