heqiqetin-ozu
Müəllif: Nurlan Suvarov /Tarix: 2021-09-07 /Oxunma Sayı: 552

Həqiqətin özü

 Biz işıqlı,rəngli həyat görüb bir-birindən gözəl güllər qoxlayıb,  heyvanlara sıxal çəkərkən əllərimizlə hiss edib,heçnəyə dəyişmədiyimiz quş civiltiləri,şəlalə şırıltısını eşidib olduğumuz andan zövq alırıq.Bu əsrlərdi belə gəlib çox güman ki,belədə gedəcək.

  Elm digər dünya görüşlərinə görə evin sonbeşiyidi.Sonbeşiklər daha ağıllı olur deyirlər məhz bizimkidə elədi.Hələ ətrafı yeni dərk edirdi ki,əslində gördüyü həyatı,toxunduğu heyvanların,eşitdiyi səslərin özü olmadığını iddia etdi.Dünya görüşünün 3 övladı vardı ki,  elm özündən böyük qardaşından  təsirləndiyi açıq aşkardı.Bu fəlsəfəydi.

  Elm təzə doğulmuşdu ki,artıq fəlsəfə bəzi cəryanları insanlara öz fikirlərini yaymaq uğrunda mübarizə aparırdı.Axtarılan “ həqiqət”i bir gün qəribə biri başqa cür izah etməyə çalışdı.Bu adam Ksenafon (B.E.ə. 430-355 ) can verdiyi cəryan isə İdealizmdi.İnsanlara çatdırmaqda çoxda uğurlu olmamışdı.Ondan sonra Platon

( B.E.ə 427-347 ) çıxdı ortaya və“ Ksenafon haqlıdır.Həqiqəti deyil həqiqətin kölgələrini görürük” dedi .

                                                                                                               

    Mən o zamanlar Afinada yaşamış olsaydım yəqin ki, gülüb keçib öz həqiqətimi başqa yerdə axtarardım.Amma o zaman ki,məndən fərqli düşünənlər Platondan nə demək istədiyini soruşduqda , O ətraflı izaha başladı.Platonun fikrincə bir-birindən fərqli iki dünya : Obyektlər və İdeyalar.Sonra məslənin daha dərininə gedərək Obyektlər dünyasında hər şey var olur,yenilənir və yox olur dedi.Bu insanlara qeyri-adi gəlmədi.Çünki,bildiyimiz şeylərdi yəni.İdeyalar dünyası ağılları qarışdırdı.İdeyalar dünyasında ” Obyektlər həqiqətdə mövcud deyillər.Onlar sadəcə görünüşdən ibarətdilər” buda nə deməkdi ?.Fikirlərini izah etmək üçün Platon davam elədi : “ İdeyalar dünyası obyektlər zamanın və məkanın xaricində olan varlıqlardır.Həqiqətdə var olan ideyalardır.Obyektlər isə onların görünüş tərzidir”.

  Realizm və Materializm ekiz qardaş kimiydilər.Onlarla əks cəbhədə olan İdealizmlə mübarizələri o vaxtlar başladı.Maddədən kənarda heçnəyin olmayacağını deyən maddəçi qardaşlar yanıldıqlarını əsrlər sonra görəcəkdilər.

  Platonun hələdə haqlı sayılmadığı zamanlardı ki,17-18 ci əsrlər.Emprik düşüncəli Sensualizm ətrafdakı informasiyaları yalnız hiss üzvlərimiz vasitəsilə qəbul edə bilərik.Bundan kənarda bir şey yoxdur.Təklənən İdealizmin köməyinə elm gəldi.O artıq böyümüşdü.Bunu Kvant fizikası ilə sübut etməyə çalışdı.

Maddə haqqında düşüncələri tamamilə dəyişən,əsrlərdi fəlsəfə dünyasında hakim mövqedə duran materialzmi arxa İdealizmi isə ön plana çəkən fikir 1900-cü ildə Maks Plankdan gəldi.Bu ilk dövrlərdə bəzi elm adamlarının şiddətlə inkar edəcəyi bəzilərinin anlamaqda çətinlik çəkəcəyi bəziləri üçün isə gülünc gələn bu fikirə əsasən işığın həm dalğa həm də ki zərrəcik olmasını irəli sürdü.Maks Plankdan öncə Ceyms Maksvel işıq zərrəciklərinin ( foton ) müşahidə etdikdə dalğa kimidə görmək olardı ki , buda Nyutonun 300 illik fikirlərinə tərs düşürdü.  Plankın ortaya atdığı Kvant nəzəriyyəsinə görə enerji davamlı deyil kəsiklərdən ibarətdir və tarixə Plank sabiti kimi düşdü.( kvant nəzəriyəsinə görə ilk Nobel alan şəxs kimi adını tarixə yazdırdı.Onun ardınca isə Albert Eynşteyn ,Nils Bor,LouiDe  Brogile,Ervin Şrödinger,Verner Heyznberg,Paul Adrian Maurica və Wolfgang Pauli bu mükafata layiq görüldülər )

  Elm dünyasında yaranan bu suallara cavab tapmaq üçün Eynşteyn,Phlip Lenard və  Compton qrupu işığın maddədən digər cəbhədə isə Luis De Brogile dalğadan ibarət olmasını dəstəkləyirdi.

 Lakin Brogile çox bir şeyi kəşf etmiş oldu .Atomaltı zərrəciklər olan praton , neytron kimi zərrəciklər özünü həm işıq kimi həm də maddə kimi aparırdı.

Bu kəşfin sübutu “ çüt yarıq” təcrübəsi ilə gəldi.Belə ki , löhvə qoyuldu və ona elektronlar atılmağa başladı.İlk öncə 1 yarıqdan keçən elektronlar    löhvədə normalda bildiyimiz 1 düz xətt əmələ gətirdi.Lakin 2 yarıq olduqda atılan elektronlar löhvədə maraqlı şəkil yaratdı ` Bir neçə düz xətlər` .

                                             

”Bəs bu necə baş verdi ?” sualına aydınlıq gətirmək üçün  ilk öncə elektronları tək-tək atmaq qərarına gəlirlər.Elm adamları ağıllıdır axı.Nəticə dəyişmir.Bu su dalğalarının 2 yarıqdan keçib bir-birinə dəyməsi ilə yaranan çoxlu sayda dalğalar löhvədə xətlər yaratmasına bənzəyirdi.

                                             

 

 Müşahidəçi qoyurlar.Müşahidəçi baxdığında elektron özünü maddə baxılmadıqda isə özünü dalğa kimi aparırdı.Sanki izləndiyinin fərqindəydi.Və elm həmçinin fəlsəfə dünyasında yeni sfera yarandı.Bu sfera cavabsız suallar ilə əhatələnmişdi.

  Eynşetyn “ əgər baxdığım ay mən baxmayanda yoxdursa, o zaman fizika fikirlərim təməlindən dəyişəcək və buda məni heç xoşbəxt etməyəcək “ söylədi və kvant fizikasını qəbul etmədi.

  İndi məndə sizə ağlınız qarışması üçün yox daha dərin düşünməniz üçün bir sual verirəm: “ Qaya qayadı,dalğada dalğa.Qaya necə dalğa ola bilər ki ?”

Bəs maddə nədir ? Sualına ən gözəl cavabı Hans Peter Dürr vermişdir ki, “ Maddə hər nədirsə maddədən hazırlanmamaışdır “.

20-ci əsrdə maddənin göründüyü kimi olmadığı məlum olduqda Platondan sonra Tomas Aquinas,John Locke,Corc Berkeley , David Hume və Kant kimi düşünən insanların düşündüklərinin doğru olduğuna inanmağa başladılar.Bundan ilhamlanıb əsrin sonunda film tarixinin ən dərin iz buraxan Matrix filminə çoxumuz baxmışıq yəqin ki.                                                                   Bu filmin bu məsələyə nə adiyyatı var deyən dostlarımıza deyərdim ki, səbirli olun.

  Filmdəki ağ məkan səhnəsi filmin canı,özünü təşkil edir desək yanılmarıq.Ora kimi qısaca qeyd  edsəm yaxşı fikir olar məncə.Neo ətrafındakı rəngarəng dünyanı həqiqətin özünü yada filmin dili ilə desək Matrixin nə olduğunu bilməyən biri kimi yaşayır.Neonun seçilmiş olduğunu bilən dünyanı xilas edən adamlar onu qaçırır.Hər şeyi ona başa salmağa çalışırlar.Onlarda məna olaraq bura kimi bizim dediyimizi başa salmaq istəyirlər ki,alınmır.Onlarda 100 eşitməkdənsə 1 dəfə görmək yaxşıdı deyib onu proqramın içinə salırlar və həmin o səhnə başlayır:

 

Morfeus: “ Bu Konustruktur.Bizim yükləmə proqramımız.Hər şey yükləyə bilərik.Geyim,silah,təhsil simulyasiya və ehtiyacımız olan hər şey.

   Niyə burda olduğunu deyim.Bir şey bildiyin üçün burdasan.Bildiyini izah edə bilmirsən.Amma hiss edirsən.Həyatın boyunca hiss etdin.Dünyada səhv olan bir şeylər var.Nə olduğunu başa düşmürsən.Nədən danışdığımı bilirsən ?”

Neo : ” Bir proqramın içindəyik ? “ ( Matrixmi ?)

Morfeus :” Buna inanmaq çox çətindi ? Geyimin fərqli,saçın dəyişib.

  Nə olduğunu bilmək istəyirsən ? Matrix ətrafında,hər yerdə.Elə  bu dəqiqə  burda.Həqiqəti görməyin üçün dünya pərdə kimi gözlərinin özünə çəkilib sanki.”

Əlini kresloya vuran Neo soruşur “ Bu həqiqətdir ? ”

Morfeus: “Həqiqət nədir ?” .` Həqiqət`i necə bilərsən ?.Əgər hiss edə bildiyin qoxlayıb,dada bildiyin,görə bildiyin şeyləri deyirsənsə ` Həiqət`,beynə ötürülən elektrik siqnallarından ibarətdir.Xəyal dünyasında yaşıyırdın.Bu isə dünyanın əsl üzü “ deyib ona ekranda qaranlıq dünya göstərir.Və olduqları məkan yerini qaranlıq,ildirimlı çöllə əvəz olunur. “Həqiqətin çölünə xoş gəldin “.

 Bu film haqqında müxtəlif rəylər verilmişdir.Bunlar içində mənim diqqətimi 2002-ci ilin 27 iyulunda New Scientist jurnalında Micheal Brooksun “ Həyat bir proqramdır , o zaman silindiniz” adlı məqaləsində bunları yazır : “ Matrixi gözləməyinizə ehtiyac yoxdur.Simulyasiyanın içində yaşamış ola bilərsiz.Əlbəttə ki, The Matrix filminin həiqət olmadığını düşündünüz.Çünki elə düşünməyiniz istənildi.”

 Duygu orqanları ətrafdakı informasiyalar reseptorlar vasitəsilə qəbul edilir.Biz beynimiz ilə görür ,eşidir toxunub hiss edirik.Ətrafı 1% dad alma,1.5 % toxunaraq,3.5% iyləyərək,11 % eşidərək,83 % görərək öyrənirik.

 Keçən əsrin tədqiqatları göstərdi ki,gözlərimiz sadəcə ətrafda olan elektromaqnit dalğalarını və fotonları qəbul edir.Görmə mərkəzi bu fotonları işıq olaraq qəbul edir.                                                   

                                                                                                   Əgər gözümüzdəki hüceyrələr  fotonları tempuratur diopazunu kimi görsə o zaman bizim üçün işıq,rəng və qaranlıq olaraq adlandırdığımız qavramlar heç vaxt olmayacaq,cisimlərə baxdıqda onları isti və soyuq kimi görəciyik. "Görən" əslində beynimizin korteksində baş verən kompleks bir şərhdir, amma hələ də onun mexanizmini tam anlamırıq. Gözümüzün etdiyimiz şey, sadəcə ətrafdakı obyektlərdən əks olunan işığın sinir keçirilməsinə çevrilməsi və korteks təqdim etməsidir. Nəticə etibarı ilə deyə bilərik ki,biz əslində gördüklərimizin həqiqətini yox beynimizin verdiyi rəyə əsasən görürük.

   İnsanların çoxu ətrafındakı gördüklərini o qədər həqiqət kimi qəbul edir ki , bu hal psixyatrlar delusion kimi adlandırılır.Əgər dünyamıza yad planetli yada 4 ve daha çox  ölçülü mühitdən gələn biri üçün biz şizofiren olub,gördüyümüz hər şeyin halünasiyonmuş kimi bizi qələmə verə bilər. Daha dərin düşünsək anlayarıq ki,rəng korluğuna tutulan biri üçün sağlam insanların rəng görməsinin bir əhəmiyyəti yoxdur.Maraqlı deyilmi ki,halünasiyonlar görən biri  mövcud olmayan qoxu,səs və görüntüləri görməsi ?

  Bura qədər olan şeylər bəzən məni evdə kitab oxuyan qardaşımın həqiqətdə var olub olmamasıdır.Yəni ya O mən yalnız mən baxdığım zaman vardırsa ? Ya həqiqətdə evdə kitab oxumursa ? Həm O həm ev holiqramsa ? Hər şey Şoridingerin pişiyi kimi qutuda həm ölü həm diri ola bilərsə ?

  Dekart öznünü bu məsələ ilə bağlı çox yormayıb yalnız özünün,qarşıdakının şüurunun olub olmamasına aqnostik yanaşarak belə demişdir : “ Mən düşünürəmsə,varam”.

Həqiqətin özünü heç vaxt bilməyəcəyik,həmişə həqiqət subyektə görə dəyişəcək və İdemosun statı ilə yolumuza burda son qoyaq : “ Hamımız eyni qaydada dərk etsəydik ( hiss etsəydik ) hamımız eyni düşüncələr yada eyni məlumatlar alardıq, o ki hamımızın fərqli düşüncələri var.Obyekt həqiqəti yoxdur,məlumatlarımıza daim şübhə etməliyik.“

Paylaş: