ramadan
qafqazli-qardasqizi-operettasi-numayis-olunacaq
Müəllif: Publisist.az /Tarix: 2025-03-13 /Oxunma Sayı: 18

“Qafqazlı qardaşqızı” operettası nümayiş olunacaq

13 mart saat 19:00-da  Azərbaycan Dövlət Akademik Musiqili Teatrında SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin  “Qafqazlı qardaşqızı” operettası nümayiş olunacaq.

Teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Alik Usubov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Leyla və Zakir Ağayevlərdir. Səhnə əsərinin premyerası 24 sentyabr 2015-ci ildə göstərilmişdir. “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskva, Sankt-Peterburq, Riqa, Nalçik, Volqoqrad şəhərlərinin musiqili teatrlarında oynanılıb. Bu dəfə rollarda Əməkdar artistlər Boris Qrafkin, Svetllana Bulax, aktyorlar Nicat Əli, Eleonora Mustafayeva, Emil Heydərov, Firus Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Leonid Klets, Nadejda Povelitsinaiştirak edəcəklər.

Biletləri şəhərin kassaları və iticket.az saytından əldə edə bilərsiniz

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur