UFAZ-da kimya, proses və materiallar üzrə beynəlxalq konfrans keçiriləcək
Canlı orqanizmlərdən yenə canlılar üçün yaradılan materiallar olduğunu bilirdiniz? Bu maraqlı elementlər “biomateriallar” adlanır. Onlar, əsasən, bitki, heyvan, bakteriya, göbələk və digər canlı ünsürlərdən əldə olunur. Bioloji mənşəli materiallar çox vaxt səhiyyədə tətbiq olunur. Məqsəd isə təbii funksiyaları artırmaq və ya əvəz etməkdir.
Biomateriallardan təsirlənərək hazırlanan sintetik materiallar da mövcuddur. Onlar isə daha çox canlı orqanizmlərin struktur, xassə və funksiyalarını təqlid edərək əldə olunur. Məsələn, fotosintezi təqlid edərək işığı toplayan fotonik materiallar bu sıradadır.
Biomaterialların təbii istehsalı və süni şəkildə yaradılması prosesləri bir-birindən fərqlənir. Elə onların sahələr üzrə tətbiqi də. Bu barədə geniş məlumat sahibi olmaq üçün hər birinizi UFAZ-da keçiriləcək kimya, proses və materiallar üzrə beynəlxalq konfransa dəvət edirik. Yerli və xarici mütəxəssislərin araşdırma nəticələrini bölüşəcəyi tədbir suallarınıza cavab verməyə xidmət edəcək.
Qeydiyyat linkinə daxil olub qrafikinizə uyğun günü seçə bilərsiniz.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur