saga-yoxsa-sola
Müəllif: Nurlan Suvarov /Tarix: 2021-09-07 /Oxunma Sayı: 577

Sağa yoxsa sola ?

   Qərarlarınızın idarəsi sizdə deyil” deyən biri, sizcə, nə qədər haqlıdır? Və davamında “Belə olmadığını düşünə bilərsiniz. Amma yanılırsız. İndi yerinizdən qalxıb pəncərəyə yaxınlaşa bilərsiniz, ya da başqa bir şey”. Sizə işi paradokslaşdırmaq üçün “Amma məsələ burasındadır ki, istədiyinizi edə bilərsiniz, amma nə istəyəcəyinizi idarə edə bilməzsiniz. Hər davranışınız əvvəlcədən müəyyən edən arzularınız ruhunuzun dərinliklərinə o qədər işləmişdir ki, onlara diqqət belə etməzsiniz” desə, ona inanarsınız?
Gəlin kiçik bir səyahətə gedək ki, orada psixologiya, az da olsa, fizika və ondan bir az çox fəlsəfə olsun.
Hər şeyin ən başına getsək Falesə qədər çıxa bilərik. “Azad iradə varmı?” kimi sual əsrlərcə, düşünən insanlar tərəfindən dəfələrlə verildi. Fəlsəfədə böyük ad-sanı olan Determinizm var oldu. Determinizm insanın seçmə hüququ olmadığını, hər şeyin əvvəldən planlandığını, baş verən hadisələrin səbəb və nəticədən ibarət olduğuna inanan fəlsəfi görüşdür. 19-cu əsrdən sonra Determinizmin inkişaf etdiyi deyilsə də, 17-ci əsrdə yaşayan İsaak Nyuton böyük pay sahibi olmuşdur. O, 1687-ci ildə yazdığı “Principia” adlı kitabında hərəkət qanunlarını və planetlərin hərəkət trayektoriyalarını riyazi qanunlarla izah gətirməyə çalışmışdır. Nyutona görə dünyada real bir nizam var və bunun səbəb-təsir əlaqələrini quraraq qanunla izah edilə biləcəyi ideyasını müdafiə etmişdir. 

 Pierre-Simon Laplas

  

19-cu əsrin 20-ci illərində Laplas ”Mexanika kimi işləyən kainat” modelini inkişaf etdirdi. Bu model bizə "kainatın bir hissəsi olan şəxsin qaydalar çərçivəsində işlədiyini, heç bir iradənin olmadığını" deyir. 
"Kainatın mövcud vəziyyətini keçmişin və gələcəyin səbəbi kimi qiymətləndirə bilərik. Kainatın bütün gücləri və onu meydana gətirən bütün varlıqların mövqelərini anlaya bilən canlı bir məxluq olduğunu bir an düşünsək və bu məlumatları araşdıra biləcəyini düşünsək və dünyanın ən böyük varlıqlarından ən kiçik atomlardan hər şeyi əlavə edərək hesablama işləri aparsa, heç bir şey qeyri-müəyyən deyildir, keçmişi bildiyimiz kimi,gələcəkdə bizə məlum olacaqdır" demişdir .Hər şeyi bilən bir varlıq var ki,o bu anda olan hər şeyi hesablayır və gələcəyi bilir.Elm adamları bu xəyali varlığa 
“ Laplasın Şeytanı” adını verdilər.
Albert Eynşteynə qədər Hegel, Frensis Bekon və Max Plank kimi şəxslər Determinzmi müdafiə etmişlər. İndererminist (Azad İradəyə inanan) olan Verner Heysinberq “Qeyri-müəyyənlik” ideyası ilə həm Kvant fizikasında yeni cığır açdı, həm də inanmadığı Determinizmə gözlənilməz zərbəni vurduğunu düşündü. 

 Verner  Heysinberq

Albert Eynşteyn determinist idi və bu “qeyri-müəyyənlik” prinsipini qəbul edə bilməzdi və o unudulmaz cümləni Nils Bor, Heysinberq və onlarla bir komanda da olanlara “Tanrı zər atmaz“ dedi.
Bu prinsip Kvant fizikasını bir az anlamaq üçün bir yol kimi görülsə də, əslində, işi bir az daha qarışıqlığa və çıxılmaz yola saldı. Bilirik ki, Kvant fizikası atomları öyrənən fizikanın sirlərlə dolu olan sahəsidir. Heysinberqin tapdığı isə atomların hərəkətlərinin Nyutonun qanunlarının tam əksinə hərəkətlərin qeyri-müəyyən olması idi. Belə təsəvvür edək ki, biz ayın hərəkətini izləyib 1 saat əvvəl harada olduğunu biliriksə, indi olduğunu, təbii ki, bilirik və 1 saat sonra harada olduğunu biləcəyik. Bu Nyutonun qanunları və Laplasın inancıdır. Burda qeyri-adi bir şey yoxdur. Lakin “qeyri-müəyyənlik” prinsipində qanunlar bu cür işləməz. Atomun əvvəli bilinmədiyi üçün gələcəyini də müəyyən etmək mümkün deyil. Hər şey atomdan ibarət olduğu üçün bu, indeterministlər üçün güclü arqumentə çevrildi.
İndeterministlər psixologiyada öz sözlərini dolayı yolla dediklərini düşünürdülər ki, Benjamin Libet adında biri insanları yenidən düşündürməyə başlatdı. Və “Azad iradə varmı?” sualını yenidən düşünən insanlar həm özlərinə, həm də bir-birilərinə verməyə başladılar.

 

     Benjamin Libet

 

  Benjamin Libetin 1986-cı ildə bir neçə könüllünün beyin dalğalarını ölçən EEG və düyməyə basdığı an əzələ aktivliyini ölçən EMG qurğusu ilə təcrübə həyata keçirdi. İstədiyi kiçik bir şey idi, istədikləri zaman düyməni sıxmaq. Əldə etdiyi nəticələr isə çox təəccüblü oldu. Düyməni sıxma anından 200 milli saniyə əvvəl şəxs hərəkətə şüurlu olaraq qərar verir ki, 550 milli saniyə əvvəl hazırlıq başlanır. Arada qalan 350 milli saniyə aralığı olur ki, buna da “Hazırlıq potensialı“ deyilir.
Belə ki, Serebral korteksdə dalğa kordinatlarında yüksəlmə olduğunu müşahidə etdi. Könüllülərin qərar verdiyi anla Serebral korteksdəki dalğa kordinatlarının pik nöqtədə olduğu andan 350 milli saniyə geridə qalırdı

.

  

  2008-ci ildə John Dylan Haynes sağ yada sol əlindəki düyməni sıxsın deyə könüllülərə seçim qoyuldu ki, iştirakçıların beyni JMRI-la qoşuldu. Haynes Libetin əldə etdiyi nəticənin motor-planlama (Serebral korteks) bölgəsinin daha irəlisində necə beyin aktivliyi reallaşmasını öyrənmək istədilər. Təcrübə nəticəsində məlum oldu ki, hansı düyməni sıxmadan öncə beyinin 2 bölgəsinin aktivliliyi artır. Bu bölgələrdən biri beyinin ön payı olan Prefrontal korteksin ön hissəsində Brodmon 10 bölgəsi ikən, digər hissəsi isə duyğusal hislərdən məsul olan Paryetal korteksin bir hissəsidir. Daha da maraqlısı isə şurlu seçim etmədən, ən azı, 6 saniyə əvvəl aktivləşməsi idi. Buda daha əvvəl ölçülən Serebral korteks bölməsindəki 350 milli saniyə zaman kəsiyindən 20 dəfə çox idi                                        

J.D.Haynes

  Haynes “Beyniniz sizin üçün qərar hazırlayır, sonra bu şüurumuza çatanda, artıq zərlər atılmış olur“ deyir. Seçimlərimizə genlərimiz və ətrafımızdakı kompleks təsirlərdən qaynaqlandığını düşünür. 
Biz bilmədiyimiz genlərlə doğulur, seçmədiyimiz mühitlərdə doğulub ətrafı öyrənirik. Ana bətnində olan təsirlər, doğum zamanı dünyaya necə gəlməyimiz, uşaqlıqda hansı havada nəfəs almağımız, yıxılan zaman haramızı əzməyimiz və s. bu kimi hallar bizim xarakterimizin böyük hissəsini formalaşdıran amillərdi.
Müasir psixologiya bu gün dəqiq bir aksiom deyə bilməsə də bizə deterministik bəzi arqumentləri qarşımıza sərir. Cinayətkarların genomunda xüsusi bir gen qrupunun olduğu sübut olunmuşdu. Həbsdə olan dörd milyon insan üzərində araşdırma aparılaraq aşağıdakı nəticəyə gəlmişlər. Ağır cinayət işləyənlərin 3.419.000 nəfərində bu genlər vardır. Buna qarşılıq bu genlərə sahib olmayıb, ağır cinayət işləyənlər cəmi 435 mindir. Bu o deməkdir ki, bir ildə cinayət işləyənlərin, demək olar ki, hamısında onları bu cür deviant davranışa aparan genlər var. Həmçinin adam öldürən insanların 14.835 də bu genlər var. Lakin bu genlərə sahib olmayıb adam öldürən insanların sayı cəmi min nəfərdir. Eyni şəkildə bəlli genlərə sahib silahlı soyğun edən insanların sayı iki milyon, genlərə sahib olmayıb eyni cinayəti edən insanların sayı isə 154 mindir. Qeyd etmək yerinə düşər ki, Amerikada ölüm cəzasına layiq görülən insanların 98 faizində bu genlər var. Bu o deməkdir ki, onlar artıq dünyaya gələndə bəlli idi ki, 98% ehtimalla cinayətkar olacaqlar. Belə olmaq heç birinin seçimi deyildi və bu davranışı iradi formada həyata keçirməyiblər. 
Foreign hand (yad əl) sindromuna nəzər salaq. Beyin yarımkürələri arasında əlaqə pozulduqda rast gəlinən bu sindrom insanın bir əlinin öz-özünə hərəkət etməsi ilə müşahidə olunur.
Yad əl sindromunda da şəxsin bir əli onun iradəsindən asılı olmadan hərəkət edir. Məsələn, insan sağ əli ilə kitab götürən zaman sol əli kitabı alıb yerə çırpır. Yaxud da bir əl köynəyi düymələyərkən digər əl düymələri açır. Belə xəstələr adətən özbaşına hərəkət edən əllərinə səsli əmrlər verərək onu zəbt etməyə çalışırlar. 
1986-cı il Kenneth Parks adlı bir insan yuxudan durur və maşınına oturur, bir neçə kilometr yol gedərək qayınanasını öldürür. Daha sonra əli qanlı şəkildə polisə gedərək “deyəsən, kimisə öldürmüşəm” deyə qəribə bir etiraf edir. Maraqlı burası idi ki, Kenneth sonradan etdiklərini xatırlamırdı. Psixoloqlar iki il boyunca onun üzərində araşdırmalar etdilər və onda parasomnia xəstəliyinin olduğunu aşkarladılar. Bu xəstələr yuxuda olarkən gəzir, nələrsə edir və bunların heç birini xatırlamırdılar. Tədqiqatçılar Kenneth Parksı EEQ ilə yoxladılar. Əgər normal insanlar yuxudan ayılan zaman dərin yuxu fazasından yüngül yuxuya, sonra isə oyanıqlığa keçirlərsə, Kenneth kimi insanlar dərin yuxudan birbaşa oyanıqlığa keçirlər. 
Psixoloqların araşdırması Kenneth Parksın bir gecədə iyirmi dəfə parasomnia halına keçdiyini üzə çıxardı. Normal insanlarda bu hal heç bir dəfə də olmur. Beləcə, Kenneth məhkəmədən bəraət aldı.
1960-cı ildə Çarlz Whitman adlı mədəni bank işçisinin beyninin amiqdala hissəsində balaca bir şiş yarandı. Yüksək zəkaya sahib və sakit bu insan bu şişin təsiri ilə əvvəlcə anasını və həyat yoldaşını, sonra isə Texas Universitetindəki 11 tələbəni öldürdü. Həmçinin 33 nəfəri də ağır yaraladı. Çünki beynində yaranan şiş qəzəb mərkəzi olan amiqdalaya təsir etmişdi
Bu faktlarla görürük ki, beynimizin qərar verməsinə müəyyən amillər təsir göstərə bilər. Əgər cinayətkarların ətrafında böyüyən insanın cinayətkar olması təəccüblü deyil. Keçmişdəki hadisələr bizə qərar verməyimizdə önəmli rol oynayır.
Gündəlik həyatımız, məlumdur ki, Kvant fizikası ilə deyil, klassik fizika qanunları ilə işləyir. Deterministlər Kvant mexanikasını da tam olaraq bir kənara ata bilməzdilər. Hər şeyin atomdan ibarət olduğu məlumdur. “Qeyri-müəyyən hərəkət edən atomlar bir təsadüfə dayansa, belə öz iradələri ilə haradasa olmağı seçmirlər ” deməyə başladılar. Amma məsələ yenə də əsrimizdə şübhəli olaraq qalır.
Fəlsəfəyə qayıdıb bir az da Eternalizm ilə tanış olaq. Bu baxış bucağında görünən odur ki, hər şey sonsuzluq adı altında olub bitmişdir. Sonsuzluq kimi bilinən bu cərəyan məndən sonsuz sayda, ya da mənim sonsuz sayda yerdə ola biləcəyim inancıdır. Koliforniya universitetinin nevroloqu Dean Buanomano görə təbiət haqqında 2 ümumi baxış var:
1) Sadəcə, anın həqiqət olduğu presentizm ( bu günçülük)
2) Keçmişin, bu anın və gələcəyin bərabər şəkildə həqiqət olduğu eternalizm (sonsuzçuluq)

“İndiki an“ zaman, “burası” da məkandır. Məsələn, indiki bu anın,bu dəqiqənin həqiqət olduğu kimi. Digər məkanlarda ola biləcəyindən eyni şəkildə qəbul edilə biləcək bir vəziyyətdir.
Eternalizm indiki bu anda olduğum kimi, keçmişdə, gələcəkdə də eyni zamanda ola bilərəm.Həmçinin olduğum məkandan savayı digər məkanlarda da eyni zamanda da ola bilərəm.Eternalizmdə azad iradə və determinizm məsələsi kökündə yatmaqdadır. Çünki eternalizm adı altında kainatdakı hər şey onsuz da çoxdan olub bitmiş kimi görünür. 
( Albert Eynşteyn “Nisbilik“ nəzəriyyəsində zamanın nisbi olduğunu sübut edərək “Zaman çox güclü illüziyadır” demişdir.) Buna kainatda “Blok Kainat“ deyilir. Yəni yazmaqda olduğum bu an artıq olub bitmişdir ki, bu səbəbdən də azad iradə bir məna daşımır. Şüuraltımız subyektivlik hissi bizə yaşadaraq hər şeyi şüurumuzla etdiyimizi düşünürük.

Eynşteyndən soruşduqda ki ,“O zaman qatilin edəcəyi cinayət milyard illər əvvəl məlum idi. O zaman o günahsız hesab olunur?” soruşduqda Eynşteyn isə “Bir mənada bu belədir. Amma yenə də onlar həbsə getməlidir“, deyib.

Paylaş: