Miyofasial Ağrı Sindromu
Miyofasial ağrı sindromu (MAS) səbəbi bilinmədən hər hansı bölgədə bir və ya bir neçə əzələ qrupunda görülən ağrı, həssasiyyət və tutuqluqla xarakterizə olunan bir xəstəlikdir. Xalqımız tərəfindən bəzən qulunc, əzələ revmatizması və yel vurması kimi adlandırılmaqdadır. Miyofasial ağrı sindromlu xəstələrdə əzələlərdə ağrı meydana gəlir ki, bu ağrıda əzələ spazmına səbəb olur. Spazm olan əzələlər öz növbəsində qısalır və qalınlaşırki, bu da əzələ içindəki qan dövranı pozularaq əzələ hüceyrələrində işemiya (oksigensizlik) yaradır. Bu patalogi hallar əzələlərdə və /və ya fassiyalarda yaranan spastik gərgin bantlar şəklində əllə hiss olunur. Əzələlərdəki gərgin bantlardakı tətik nöqtələrdən qaynaqlanan ağrı və ağrıya yanaşı olan əzələ spazmı, həssasiyyət, oynaq hərəkət həcmində məhdudiyyət, tutuqluluq, yorğunluqla özünü kliniki olaraq biruzə verir.
Miyofasial ağrıların səbəpləri nələrdir ?
Doğuş anomaliyaları, genetik faktorlar, çox yorğunluq, təkrarlanan hərəkətlər, yanlış duruş, doğru olmayan çalışma şəraiti, uzun müddət hərəkətsiz qalma, uzun müddətli yataq istirahətləri, stres, siqaret və spirtli içki istifadəsi, boyun və bel yırtıqları, peşə və ailəvi diskomfortlar, psixologi və sosial problemlər, travmalar miyofasial ağrıların ən önəmli səbəbləridir. Bəzi mikroelementlər, vitamin və hormon defisitləri də miyofassial ağrının yaranmasına səbəb ola bilir ki, bunlara aşağıdakılər aiddir;
- B vitamini
- kalium
- kalsium
- dəmir
- magnezium
- selenium
- hipoglisemiya
- hipotiroidit
- estrogen çatmamazlıqları
Miyofassial ağrılarda xəstənin şikayətləri
Miyofasial ağrı sindromlu xəstələrdə əzələlərdə ağrı, tutuqluluq və həssasiyyətin yanında, sıxılma və yanma hissi vardır. Oynaq hərəkət həcmində az dərəcədə bir məhdudluq və yorğunluq vardır. Çox zaman xəstələr əzələ tutuqluluğundan deyil baş ağrısı, kürək ağrısı, boyun ağrısı, sinə ağrısı, bel ağrısı, radikulyar və çiyin ağrısı kimi dəyişik ağrılardan şikayət edirlər. Ağrılar yüngül və ya bəzən çox şiddətli ola bilir. Ağrı həyatı təhdit etməməklə birlikdə həyat keyfiyyətini olduqca düşürür. Xəstələr yorğunluq, soyuq hava, normadan artıq idman, emossional və ya fiziki gərginlik, virus infeksiyaları sonrası şikayətlərinin artdığını ancaq isti, masaj, əzələlərin xəfif gərilməsi və aeorobik egzersizlərlə şikayətlərinin azaldığını ifadə edərlər . Miyofassiyal ağrı əksər hallarda yuxu ritmini poza bilir. Yuxu ritminin də pozulması öz növbəsində tətik nöqtə aktivasiyasına səbəb ola bilməkdədir.
Miyofasial ağrı sindromlarınin diqanozu
Miyofasial ağrılarının diaqnozu üçün hər hansı bir test, rentgen, labarator əlamət yoxdur. Diaqnoz əsasən xəstənin ifadəsinə və həkimin müayinəsinə əsasən qoyulur. Bel və boyun ağrıları kimi ağrı sindromları ilə həkimə müraciət edən bir çox xəstədə komputer tomografiya, MRT kimi müasir görüntüləmə metodları ilə görülen patologi dəyişikliklər ağrının həqiqi səbəbi olmayabilir.
Miyofasial ağrı sindromlarının müalicəsi
Miyofassial ağrılarda müalicə olduqca çətindir. Səbəbi ortaya çıxartmaq hər zaman asan deyildir. Dərman müalicəsi adətən çox az işə yarıyır. Bu zaman əsasən analjezikler(ağrı kəsicilər), əzələ kövşədicilər, antidepresantlar istifadəsi faydalı ola bilir. Tətik nöktə inyeksiyaları ən çox effektiv müalicədir. Tətik nöqtə inyeksiyonlarının bir neçə dəfə təkrarlanması daha çox faydalıdır. Fizioterapiya, akupunktura, masaj, biofeedback, naftalan və isti yer altı qaynayan bulaq vannaları myofassiyal sindromlu xəstələr üçün çox effektivdir. Egzersizlər myofassial sindromda çox önəmli və faydalı olmaqdadır. Belə ki, gərmə egzərsizləri miyofassial ağrılardakı tətik nöqtələrı qismən də olsa aktivliyini azaldır. Etilxlor spreyləri ilə spreyləmə və gərmə egzersizlərinin birlikdə icra olunması daha müsbət nəticələr verir.
Tibb Elmləri Doktoru, Professor
Əliosman Elbəniz oğlu Qədimbəyli
Mənbə: https://onurga.com/
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur