SMM Təcrübəçi (Intern) Vakansiyası
Dataco Consulting and Training komandasına qoşul! SMM sahəsində təcrübə toplamaq və rəqəmsal marketinq dünyasında özünü inkişaf etdirmək istəyən gənc və enerjili namizədlər axtarırıq!
Vəzifələr:
• Sosial media hesablarının idarə olunmasında dəstək olmaq (Facebook, Instagram, LinkedIn və s.)
• Maraqlı və yaradıcı kontent hazırlamaq (mətn, şəkil, video və s.)
• SMM strategiyasının hazırlanmasında iştirak etmək
• Rəqəmsal marketinq trendlərini araşdırmaq və tətbiq etmək
• Sosial media kanalları üzrə statistikaları analiz etmək və hesabatlar hazırlamaq
Tələblər:
• Rəqəmsal marketinq və sosial media haqqında ilkin biliklər
• Yaradıcı düşüncə və komanda ilə işləmək bacarığı
• Detallara diqqətcil olmaq və yüksək məsuliyyət hissi
• Azərbaycan dilində mükəmməl yazılı ünsiyyət bacarığı (rus və ingilis dillərini bilmək üstünlükdür)
Biz nə təklif edirik?
• Uzaqdan iş imkanı (remote)
• Real layihələr üzərində işləyərək praktiki biliklər əldə etmək
• Təcrübə müddəti bitdikdən sonra iş təklifi alma şansı
Əgər bu maraqlı təcrübə imkanını dəyərləndirmək istəyirsinizsə, CV-nizi info.datacoo@gmail.com ünvanına göndərin. Məktubun mövzu hissəsində “SMM Təcrübəçi” qeyd etməyi unutmayın.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur