niye-junior-developerler-ilk-isini-tapmaqda-cetinlik-cekirler
Müəllif: Publisist.az /Tarix: 2022-11-17 /Oxunma Sayı: 539

Niyə Junior developerlər ilk işini tapmaqda çətinlik çəkirlər?

Niyə Junior developerlər ilk işini tapmaqda çətinlik çəkirlər? İlk işi necə tapmaq olar? Bugün bu haqqda yazmağa qərar verdim. Ölkəmizdə hər gün proqramlaşdırma topluluğuna yeni-yeni şəxslər qoşulur. Onların çox az bir hissəsi bu sahədə davam edir və ilk işini tapmağa müvəffəq olur. Bəs ilk işimizi tapmaq üçün nə etmək lazımdır?
🔹 Praktika. Praktika, praktika, praktika. İşin özü buradan başlayır. İşləyən şəxslərə "Necə iş tapdın?" sualını verdikdə əksərən, bu cavabı eşitmək olar: "Hər gün kod yazmağı praktika etməklə, topluluğu (community) izləməklə, yazdığım kodları kimləsə müzakirə etməklə və daim yeni şeyləri öyrənib onları praktika etməklə". Hər gün çoxlu sayda onlayn (offline) kurs izləsəniz, motivasiyasınızı yüksəltsəniz belə, bu sizin ilk işinizi tapmaqda çox çox çox az bir rol oynayacaq. Buna görə, kompüterinizi açıb kod yazmağa başlayın.
🔹 Tez-tez başqa adamların kodlarını oxumağa çalışın. Açıq qaynaq (open source) kodlardan, proyektlərdən yararlana bilərsiniz. Başqa şəxslərin kodlarını oxuduqca, çoxlu sayda yeni kod nümunələri görəcəksiniz ki, bu da kodları oxumaq bacarığını artırmaqla yanaşı, proyektinizi (1ci bənddəki praktika) daha gözəl edəcək. Githubda və ya başqa bir yerdəki proyektdə hər hansısa bir kodu başa düşmədikdə, onu kodun sahibindən və ya topluluqdan kodun niyə elə yazılmasını soruşa bilərsiniz. Suala cavab verən tapılacaq) Ən əsası, kod oxumaq bacarığınız artırın.
🔹 Kodunuz haqqında məsləhət almaq üçün qorxmayın. Junior olmağa çalışanların əksəriyyətində bu problem yaşanır. Yazdığınız kod işləyir, amma sizə "Nəsə o deyil." kimi gəlirsə, bunu daha da optimal etmək üçün bu sahədə praktikası olan adamlardan məsləhət alın. Proyektinizi githubda paylaşdıqdan sonra onu yeniləməniz həm sizin inkişafınızı göstərir, həm də işə götürən şəxsin bəyənisini qazana bilər. Kodlarınızı təkmilləşdirməyi dayandırmayın, çünki hər zaman inkişaf etdirməli nəsə var)
🔹 Satmağı bacarın. Hər hansısa bir məhsulu yox, sözün yaxşı mənasında özünüzü satmağı bacarmalısınız. Bunu bu cür təsəvvürünüzə gətirə bilərsiniz. Junior kimi işə qəbul mərhələsində HR sizsiniz və 100ə yaxın namizəd var (hətta daha çox ola bilər, çünki hal-hazırda IT çox "hot" sahədi və ona təlabat hər gün daha da artır) və onların 10-15-i təqribən eyni biliyə malikdir. Siz kimi işə qəbul edərsiniz? (Təbii ki, özümü 😄) Burada bəzi xüsusi detallar var. 1. Özünüzü neçə təqdim etməlisiniz? 2. Proyektlərinizi, kod skill'lərinizi necə təqdim etməlisiniz? 3. Daim inkişafda olduğunuzu bilməlidirlər, burada sizin github və portfolionuz işə düşür.
🔹 Sonuncu bənd isə bunlardan ən rahatıdır. İşə daxil olduqdan sonra "Bu qədər yetər, indi istirahət vaxtıdır" deməyin). Daim inkişafda qalın.

Müəllif : Taleh Orucov

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur