Qayıdış Könüllüləri proqramına müraciət açıq elan edildi
Qayıdış Könüllüləri Proqramına müraciətləri növbəti dəfə açıq elan edirik!
Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.
Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən işğaldan azad edilmiş Şuşa , Ağdam, Füzuli Zəngilan və Laçın rayonlarından olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilər.
Qeydiyyat linki Son müraciət tarixi: 18 yanvar 2025-ci il
Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif könüllü fəaliyyətləri göstərəcək, həmçinin mütəmadi olaraq burada keçirilən tədbirlərin təşkilində iştirak edəcək, buraya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Qeyd edək ki, “Qayıdış Könüllüləri” Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur