Data Analyst vs Data Scientist
“Əslində fikrim Data Scientist olmaqdır. Ama A şirkətində Data Analyst vakansiyası açılıbdı. Gedib orda işliyim, 3-5 aya Data Scientist tərəfinə keçərəmdə “. Bu tip fikirləri tez tez görürəm. Məqsəd həmin şirkətdə əlaqələri genişləndirib, Data Scientistlərlə tez tez görüşüb, sahəni həmin mütəxəssislərdən öyrənib şansını sınamaqdırsa, təsdiqləməsəmdə sayqı duyarım :) Yəni Data Scientist olmağın yolunu Data Analitik olmaqda görmədiyi müddətcə sıxıntı yoxdur. Ancaq Data Analitikanı öyrənim, Data Analitik kimi işləyim, sonra zatən 3-5 ml alqoritmlərini öyrənsəm Data Scientist tərəfinə keçid etməkdə asan olar kimi bir fikir varsa, o zaman tövsiyyəm o olarki bu iki sahənin nə iş gördüklərini biraz araşdırın. Çünki tək ortaq cəhətləri datadır :)) İnternetdə search ettiyiniz zaman çox ortaq nöqtələr varmış kimi görünə bilər. Ortaq olaraq yazılacaq şeylər analitik düşüncə, riyaziyyat, statistika, communication və.s Ama bu tip bir ortaqlıq axtarırıqsa bunu hər sahə üzrə tapa bilərik. Əgər oxşarlığa bu şəkildə baxırıqsa Satış Mütəxəssisi ilə Data Scientist ortaq nöqtələridə çoxdur :D Analitik nə olmuşdur? Data Scientist isə nə olacaqdır? analizi edir. Hər ikisi eyni datadan istifadə edə bilər. Ancaq analiz tamamiylə fərqli olur. Deyə bilərsizki necə tamamiylə fərqli ola bilər? Data Science proyektlərinin addımlarından biri EDA-dır. Bunuda zatən Data Analitiklər edirdə. Yox. Eyni şeyi etmirlər. Tutaqki ilin 5ci ayında ortalama satışlar digər aylara görə aşağı olubdur. Bu qrafiki həm Data Scientist həm də Data Analitik çıxarda bilər. Data Analitik, analitik düşüncə ilə satışın aşağı olmasının səbəblərini sıralaya bilər. Data Scientist dediyi hər hipotezi statistiki test ilə sınamalıdır. Science sözüdə burdan gəlir. Yəni hər analizini elmi şəkildə ispatlamalıdır. 5ci aydakı düşmənin təsadüfi olub olmadığını araşdırmalıdır, model qurulacaqsa bu bilgini modelə necə ötürə biləcəyini düşünməlidir və.s. İstər Data Analitik olun, istər Data Scientist olun, çalışın öz sahənizi dərindən öyrənin. Bir statistikaçı data scientist deyil, econometrics data scientist deyil, data scientist ml engineer deyil, reporter data analitik deyil, data analitik data scientist deyil, data scientistdə data analitik deyil. Hər sahənin öz xususiyyətləri olur. Hər sahəyə hörmətlə yanaşın. Data Analitika özü kifayət qədər tələb olunan və perspektivli sahədir. Bu sahəni hansısa sahənin başlanğıcı olaraq görmək məncə həmin sahəyə hörmətsizlikdir)) Data Scientist olmaq istəyirsinizsə Data Science öyrənin, analitika yox.