ramadan
Ramazana son -
milli-incesenet-muzeyinde-sevgi-odasi-eli-ve-nino-bali
Müəllif: Publisist.az /Tarix: 2025-01-07 /Oxunma Sayı: 85

Milli incəsənət Muzeyində “Sevgi odası: Əli və Nino balı”

Köhnə təqvimlə Yeni ili Milli İncəsənət Muzeyində qeyd etmək istəyirsinizmi?
Elə isə sizi 13 yanvar 2025-ci il tarixində saat 19:00-da Əli və Ninonun əfsanəvi sevgi hekayəsininin ilk dəfə olaraq əsrarəngiz bal ab-havasında təqdim olunacağı “Sevgi odası: Əli və Nino balı” adlı immersiv tamaşaya dəvət edirik!

Rus Dram Teatrının təqdimatında baş tutacaq tamaşada iştirakçılar Şərq və Qərb atmosferinin, adət-ənənələrin, təmtərağın, fərqli dəyərlərin hökm sürdüyü zamana səyahət edəcəklər. Beləliklə, hər kəs bu unikal tədbirin bir hissəsinə çevrilərək özünü əbədi hekayənin qəhrəmanı kimi hiss edəcək.

Balda sizi ənənələrdən ilhamlanmış keçmiş dövrlərin mistikasını oyadacaq möhtəşəm rəqslər, Əli və Ninonun böyük sevgisinin sirlərinin kəşf edilməsi gözləyir.

Dress-kod : Əli və Nino dövrünün geyim dəbindən bəhrələnən Şərq zərifliyi və ya Avropa eleqantlığı.

Yerlər məhduddur. Biletinizi Milli İncəsənət muzeyinin kassasından və iticket.az - dan əldə etməyə tələsin!

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur