haci-ismayilov-azerbaycan-teatr-xadimleri-ittifaqinin-sedri-secildi
Müəllif: Publisist.az /Tarix: 2024-07-23 /Oxunma Sayı: 242

Hacı İsmayılov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçildi

22 iyul 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının XV Konfransı keçirildi.


Konfransda 75 nümayəndədən 67 nəfər iştirak etdi.
Nümayəndələrin yekdil qərarı ilə Azərbaycan Respublilasının Əməkdar artisti Azad Şükürov iclasın sədri seçildi.
Konfransda Teatr Xadimləri İttifaqı sədrinin hesabat mərusəzi, daha sonra Təftiş və Mandat komissiyalarının hesabatları dinlənildi. Konframs iştirakçılarının yekdil qərarı ilə hesabatlar qənaətbəxş hesab olundu.
Çıxış edənlər - Məryəm Əlizadə, Mərahim Fərzəlibəyov, Sabir Məmmədov, Ağalar İdrisoğlu, Şövqi Hüseynov, Larisa Tarusova, Rəhman Rəhmanov, İntiqam Soltan İttifaqın son 5 illik fəaliyyətini müsbət qiymətləndirdilər.
Çıxışlararası fasilə elan olundu. Fasilədən sonra çıxışlar davam etdirildi. Sonra İttifaqa növbəti 5 il üçün Sədr seçkisi keçirildi.
İttifaq üzvlərinin yekdil qərarı ilə Azərbaycann Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov İttifaqın Sədri seçildi.

Yeni seçilən Sədr ona göstərilən etimada görə Konfrans nümayəndələrinə təşəkkürünü bildirdi və İttifaqın İdarə heyətinin yeni tərkibini elan etdi.


AzTXİ-nın İdarə heyəti:
İlham Namiq Kamal (sədr müavini);
Azad Şükürov (sədr müavini);
Siyavuş Kərimi;
Mərahim Fərzəlibəyov;
Azər Zeynalov;
İlham Əsgərov;
Cənnət Səlimova.
Kpnfransın sonunda Xalq artisti Forudin Məhərrəmov Konfransın İttifaqın gələcək fəaliyyəti barədə Qərarını səsləndirdi.
Konfransın işi başa çatdı.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur