kotlin-nedir-kotlin-ve-java-proqramlasdirma-dili-ferqler
Müəllif: Elgun Mammadli /Tarix: 2021-11-16 /Oxunma Sayı: 999

Kotlin nədir? Kotlin və Java proqramlaşdırma dili. Fərqlər

Bu yazıda android dünyasında son dövrlərdə populyar olan Kotlin haqqında və onun Java ilə fərqlərindən danışacağıq. 

   Kotlin Nədir?

 2017 - ci ildə Google yeni bir Android proqramlama dilini dəstəkləyəcəyini bildirdi. Beləliklə təbii ki, kotlin ön plana çıxdı. Amma ağıllarda hələdə tam şəkildə cavablandırılmamış bir sual - " Java - proqramlaşdırma dili olduğu halda Kotlinə nə ehtiyac?" - var idi. Bu suala rəğmən Kotlinin daha sadə olması və hətta kod təkrarının az olması bir çox Java proqramçılarının Kotlinə keçməsinə səbəbiyyət verdi.

Aşağıdakı şəkildə Java ilə Kotlin kod qarşılaşdırılması verilib.

Java ilə Kotlin kod qarşılaşdırılması

 

Aşağıdakı videodan isə Google I/O çıxışından daha ətraflı məlumat ala bilərsiniz.

 

 

 

İndi isə yenidən qayıdaq kotlin nədir? sualına və qısaca izah verək. 2010 -cu ildə JetBrains şirkəti tərəfindən ortaya çıxarıldı. 2011 - ci ildə isə "JVM Language Summit" tədbirində bütün dünyaya bildirildi.Kotlin statik proqramlama dilidir. Eyni zamanda Kotlin açıq qaynaq kodludur(Open source) və Network-ü olduqca genişdir. Aşağıdalı GitHub linkinə daxil olaraq incələyə bilərsiniz. 

        Link : Kotlin GitHub

 

Kotlin proqramla dilinin nə olduğunu az-çox bildikdən sonra qayıdaq ağlımızda olan suala.

 

Java - proqramlaşdırma dili olduğu halda Kotlinə nə ehtiyac?

Bu suala ən yaxşı cavabı elə Kotlin yaradıcıları "JetBrains" şirkəti verdi. "Sürət və təhlükəsizliyi əldən vermədən, Java-dan daha yaxşı kodlar yazmaq üçün bu dili inkişaf etdirdik". Kotlinin əsas məqsədi daha az sətirli və sadə kod yazmaqdir. Buradan belə nəticəyə gəlmək olmaz ki, hər hansısa biri digərini sıradan çıxaracaq. Kotlin hələdə Java kodu ilə birlikdə işləyir. Koltin obyekt yönümlü proqramlama (OOP) - dili oduğu üçün bir çox şirkət və təbii ki, onların java developerləri artıq yavaş - yavaş Kotlinə keçid edirlər.  

 

Kotlin və Java arasında fərqlər.

Kotlində olan amma Java - da olmayan xüsusiyyətlər:

  • Null-safety
  • Smart casts
  • String templates,
  • Properties,
  • Primary constructors,
  • Range,
  • Operator overloading
  • Data Classes

Daha Ətraflı məlumat üçün : Kotlin rəsmi veb sayt

Java-da olan Kotlində olmayan xüsusiyyətlər: 

  • Exception Control
  • Primitive Data Types
  • Static Members
  • Wild Types
  • Ternary Operator




Bunlardan əlavə Koltin ilə Java arasındakı ən böyük fərq kod sətrləri arasında olan fərqdirki, bu gözlə görünür. 

Java ilə Kotlin kod sətrləri 

 

 

 

Paylaş:

  1. Yup Technology MMC - də "Full Stack Veb Developer" kimi fəaliyyət göstərirəm. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğulam. Həm online həm də offline şəkildə təlimlər tədris edirəm.

    Veb Sayt : Elgun Mammadli