hr-lab-proqramina-start-verilir
Müəllif: Publisist.az /Tarix: 2023-12-04 /Oxunma Sayı: 488

“HR Lab” proqramına start verilir

“PAŞA Sığorta” Şirkətində yeni “HR Lab” proqramına start verilir. Proqram İnsan Resursları proseslərini, analitikanın və məlumat əsaslı idarəetmənin əsaslarını daha detallı mənimsəyərək , İnsan Resursları və İstedadların İdarə edilməsi departamentinin mütəxəssisləri tərəfindən nəzəri biliklər və praktiki bacarıqlar əldə edilməsinə imkan yaradacaqdır.

Proqramda iştirak üçün seçim aşağıda qeyd olunan meyarlar əsasında keçiriləcəkdir:

• 3-cü və ya 4-cü kurs tələbələri
• GPA nəticəsi 75% və yuxarı
• Azərbaycan və ingilis dilini səlis bilməli
• Analitik düşüncə tərzi və məlumat yönümlü qərarvermə bacarığı
• EQ test və üz-üzə müsahibələrdən yüksək nəticə

Tədris proqramında iştirak etmək və sahə üzrə praktiki bilikləri peşəkarlardan öyrənmək istəyirsinizsə, sizi 8 dekabr 2023-cü il tarixinədək aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçməyə dəvət edirik:

https://lnkd.in/eKXPqaNd 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur