telimci-melumat-bankina-qeydiyyat-basladi
Müəllif: Publisist.az /Tarix: 2023-05-09 /Oxunma Sayı: 316

TƏLİMÇİ MƏLUMAT BANKINA QEYDİYYAT BAŞLADI.

 
Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – “Fond”) Müşahidə Şurasının 14 aprel 2023-cü il tarixli Q-01 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Gənclər Fondunun Təlimçi Məlumat Bankına qeydiyyat açıq elan edilir.

Məlumat Bankının yaradılmasın;n məqsədi Fond tərəfindən və ya Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihə və proqramlar çərçivəsində qeyri-formal təhsilin keyfiyyətinin artırılması, təlim-tədris prosesinin təşkilinə nəzarətin gücləndiriməsi və gənclərlə işləyən təlimçilərin əlaqələndirilməsidir.

Məlumat Bankına gənclərin, tələbələrin, könüllülərin, gənclərlə və könüllülərlə iş üzrə mütəxəssislərin müəyyən bir sahədə bilik və bacarıqlar əldə etmələri üçün qeyri-formal təhsil vasitələri ilə təlim məşğələlər keçirən şəxslər (təlimçilər) müraciət edə bilər.

Məlumat Bankına qeydiyyata alınmaq üçün namizədin aşağıdakı meyarlara uyğunluğu qiymətləndirilir:

  • təlim proqramını tərtib etmək bacarığı;
  • təlimlərin keçirilməsi üzrə nəzəri və praktiki bilikləri;
  • komandada və müxtəlif qruplarda işləmək bacarığı;
  • nəticəyönümlü olmaq;
  • təlim keçərkən qeyri-formal təhsil üsullarını tətbiq etmək və təlim metodlarından effektiv istifadə etmək bacarıqları;
  • təlimlərin aparılmasında 2 il təcrübənin olması;
  • “Təlimçilər üçün Təlimdə” (Training of Trainers) iştirak;

Məlumat Bankında qeydiyyata alınmaq istəyən şəxs qeyd edilən şərtləri nəzərə almaqla elektron ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidir:

  • şəxsi və əlaqə məlumatları;
  • təlimçilik təcrübəsi barədə məlumat;
  • ictimai fəaliyyəti barədə məlumat;
  • tərcümeyi-hal (CV);
  • yerli və ya beynəlxalq səviyyədə keçirilən “Təlimçilər üçün Təlimlərdə” iştirakını təsdiq edən sənədlərin (şəhadətnamə və s.) surətləri;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • elektron formada 3×4 ölçüdə şəkil.

Qeyd 1: “Azərbaycan Respublikasının Gənclər Fondunun Təlimçi Məlumat Bankının Aparılması Qaydası” ilə buradan tanış ola bilərsiniz.

Qeyd 2: Təlimçilər Məlumat Bankına 2 il müddətinə daxil olunur. Məlumat Bankında qeydiyyatda qalmaq üçün təlimçi növbəti 2 il müddətində ən azı 40 saat təlim keçməlidir.

Qeyd 3: Gənclər Fondunun maliyyə dəstəyi ilə layihələrə təlimçi qismində yalnız Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən formalaşdırılan Təlimçi Məlumat Bankında qeydiyyata alınan şəxslər cəlb olunur.

Müraciət üçün: Elektron kabinetə daxil ol

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur