ABB “ Rəqəmsal maarifləndirmə” təcrübə proqramına start verir!
ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!
ABB– Regionlar üzrə “ Rəqəmsal maarifləndirmə” təcrübə proqramına start verir!
Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız yaşı 18 – dən 25 – ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər) olan və aşağıda sadalanan keyfiyyətlərə malik olan hər kəsi yeni təcrübə proqramında iştirak etməyə dəvət edir.
Namizədlər aşağıdakı səriştəliliklərə malik olmalıdırlar:
• Çevik
• Təşəbbüskar
• Həvəsli
• İşgüzar
• Gülərüz
• Məsuliyyətli
• Ünsiyyətcil
“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi , əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşma, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər Careers.abb-bank.az saytında qeydiyyatdan keçərək müvafiq vakansiyaya müraciət edə bilərlər.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur