wordpress-theme-development-lazimi-pluginleri-avtomatik-yukleme
Müəllif: Publisist.az /Tarix: 2022-10-08 /Oxunma Sayı: 590

WordPress Theme Development — Lazımi pluginləri avtomatik yükləmə

Salamlar. Bu mövzuda sizlərə , WordPress Platforması üçün theme(şablon) programlaşdırarkən , theme aktivləşdirilərkən lazımi pluginləri necə yükləyə biləcəyinizi göstərəcəm. Pluginləri TGM plugini ilə əlavə edəcəyik.

Göstərəcəyim metod hazırda ən çox istifadə edilən metoddur və “Envato” , “Creative Market” kimi martekplacelərdə satılan theme`lərdədə istifadə olunan metoddur.

Son bir neçə aya qədər TGM plugini “Theme Check” testində textdomainlərlə bağlı xəta verirdi. Artıq problem aradan qaldırılıb.

Başlayaq.

İlk öncə TGM plugininin saytına daxil olaq və download bölməsinə keçək. Burada proyektimiz theme`dirsə “Theme ”, plugin`dirsə “Plugin ”, child theme`dirsə “Child Theme” seçimini seçirik və proyektin textdomain`ini qeyd edirik.

Textdomaini düzgün yazmağa diqqət edin.

Daha sonra “Generate” düyməsinə klikləyirik və theme`mıza uyğun plugin faylları yüklənməyə başlayır.

Yüklənən arxiv faylını açaq və fayllara baxaq :

Ən sadə halı ilə , burda 2 fayla ehtiyacımız olacaq:

  1. class-tgm-plugin-activation.php
  2. example.php

Birinci fayl pluginin öz kodlarından ibarətdir. İkinci fayl isə lazımi pluginlərin siyahısıdır deyə bilərik. Faylların hər ikisinidə theme`nın functions.php faylına daxil edirik :

Mən burada ikinci faylın adını tgm-plugin-list.php olaraq dəyişmişəm.

Faylları functions.php`yə əlavə etdikdən sonra , tgm-plugin-list.php faylının 34cü sətrində , class-tgm-plugin-activation.php faylının tam yolunu yazırıq :

Bütün bunları tamamladıqdan sonra isə , istifadə olunacaq pluginləri siyahıya əlavə edə bilərik. Pluginlər 3 mənbədən theme`ya yüklənə bilər :

  1. WordPress Plugin Database
  2. Tema daxilində .zip formatında
  3. Əlavə bir saytdan

Biz burada WordPress`in rəsmi saytından və ZİP formatında tema daxilindən plugin yükləyəcəyik. Daxil etdiyimiz bəzi pluginlərə baxaq :

Burada ilk 2 plugin theme daxilində ZİP formatındadır. Digər plugin isə WordPress`in rəsmi plugin səhifəsindən yüklənir.

Buqədər. Artıq theme aktivləşdiriləndə , dashboardda üst hissədə pluginlərini yükləməli olduğunuzla bağlı xəbərdarlıq çıxacaq. Oxuduğunuz üçün təşəkkürlər :)

TGM plugininin bütün funksiyalarına pluginin rəsmi səhifəsindən baxa bilərsiz : http://tgmpluginactivation.com/configuration/

 

Müəllif : Jahangir Kazimli

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur