WhatsApp əks reaksiyalara baxmayaraq dəyişikliklərlə davam edir
WhatsApp xidmət şərtlərində mübahisəli dəyişikliklərlə irəliləyir, istifadəçilər əks reaksiya verdikdən sonra isə sadəcə istifadəçilərə göndərilən bildirişləri dəyişdirir.
Yanvar ayında ilk dəfə xidmət şərtlərində dəyişikliklər edəcəyini bildirdikdən sonra milyonlarla istifadəçi WhatsAppla eyni funksiyaları icra edən və ona rəqb olan tətbiqləri yüklədi.
Facebook-a məxsus platforma daha əvvəl dəyişiklik ilə əlaqədar "dezinformasiya" qurbanı olduğunu bildirmişdi.
İnd isə WhatsApp dəyişiklikləri daha yaxşı necə açıqlayabiləcəyini "düşündüyünü" deyir.
Xəbərdarlığın ilkin ifadəsi, böyük miqdarda WhatsApp məlumatını Facebook ilə paylaşacağına dair idi və bu geniş qorxulara səbəb oldu.
Əslində bu sahədə çox az şey dəyişmişdi və demək olar ki, bütün istifadəçilər bu bildirişdən əvvəl məlumat paylaşma növünü qəbul etmişdilər.
İstifadəçiləri inandırmaq üçün ikinci cəhdinin bir hissəsi olaraq, WhatsApp önümüzdəki həftələrdə tətbiq daxilində bir banner xəbərdarlığı göstərməyə başlayacaq.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur