ramadan
Ramazana son -
viranliqdan-dircelise-penaheli-xanin-imaret-kompleksi
Müəllif: Publisist.az /Tarix: 2025-01-13 /Oxunma Sayı: 86

Viranlıqdan dirçəlişə - Pənahəli Xanın İmarət Kompleksi



Qarabağın tarixi tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın öz adını daşıyan İmarət Kompleksidir.

Məlumat üçün bildirək ki, sarayın inşası Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərə, təxminən 1738-ci ilə təsadüf edir. Sarayı digər xan saraylarından fərqləndirən özəlliyi, dəbdəbəli yaşayış evi xüsusiyyəti daşımasıdır. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında isə Qarabağın xan nəslinin bir çox nümayəndələri dəfn olunub.

Pənahəli xanın yay sarayı olmaqla yanaşı, qonaqlarını qəbul etdiyi divanxana xüsusiyyətinə də malik olan İmarət Kompleksi, digər tarixi-mədəni və dini abidələr kimi işğal altında olduğu dövrdə vandalizmə məruz qalıb. Kompleksin qarşısındakı dörd qədim çinar və digər ağaclar da məhv edilib.

Müzəffər Ordumuzun Vətən müharibəsində tarixi qələbəsindən sonra, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanıldı.

19 sentyabr 2024-cü il tarixində isə Prezident İlham Əliyevin iştirakı ilə İmarət Kompleksinin bərpadan sonra açılışı oldu (açılış zamanı çəkilmiş fotolar)

Mədəniyyət Nazirliyinin sifarişi və Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi ilə təmir edilən və hazırda 3,3 hektar ərazini əhatə edən kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Qeyd edək ki, dövlət başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərdə mədəni irsimizin bərpası ilə bağlı da bir çox layihələrə maliyyə dəstəyini göstərir. Siz də Fonda ianə edərək bu layihələrə öz töhfənizi verə bilərsiniz.

Gəlin həmrəy olaq, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur