azerbaycandiasporunun-koordinasiyasi-ve-kombinasiyasi-problemi
Müəllif: Yahya Babanlı /Tarix: 2022-10-22 /Oxunma Sayı: 286

#Azərbaycandiasporunun koordinasiyası və kombinasiyası PROBLEMİ

I Yazı
Əksər mütəxəssislərin qənaətinə görə diasporla iş üç mərhələdən keçir:
1. institusionizm və quruculuq prosesi;
2. təşkilatlanma və formalaşma dövrü;
3. inkişaf və etnik lobbiçiliyə keçid mərhələsi.
Azərbaycan diasporu birinci və ikinci mərhələni Ümummilli lider Heydər Əliyevin dövründə qət etmiş, üçüncü-müasir mərhələyə isə Prezident İlham Əliyevin bu sahəyə xüsusi münasibəti sayəsində qədəm qoymuşdur.
Amma, ancaq və lakin indiki halda ümumi mənzərə, koordinasiya və kombinasiyanının panoraması bunu göstərmir və ya göstərilən etimada cavab vermir. Sanki, biz ibtidaiyə - birinci mərhələyə qayıtmışıq və yenidən diaspor quruculuğuna başlamışıq.
Çıxış yolu diaspora elm tutumlu koordinasiya tətbiq olunması, intellektual mexanizmin qurulması və SMART kombinasiya üzərində işin aparılmasıdır.
Ən güclü diasporlara baxdıqda görürük ki, diasporal fəaliyyətin təkmil və universal olması üçün müvafiq strukturlar elmi-tədqiqat institutları ilə əməkdaşlıq edir, mütəxəssislər bu işə cəlb olunur, təklif və tövsiyələr əsasında kor-təbii deyil, “ağıllı iş” qurulur.
Bizim məhz bu modelə uyğunlaşmağımız bu sahədə bizi irəliyə apara, ən əsası, dövlət başçısının eleqant yanaşması və çağırışına adekvat cavab verə bilər.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi haqqında
Əsasnamədə “Diasporla iş sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-metodiki şura yaradıla bilər. Elmi-metodiki şura haqqında əsasnamə Komitənin sədri tərəfindən təsdiq edilir.” bəndi icra edilməli və idealoji istiqamət kimi bu sahəyə konseptual və kompleks yanaşmaq lazımdır.
Milli xüsuslar, siyasi-ideoloji təlimlərə yanaşmada blef etmək - buna, əsla və əsla yol vermək olmaz. Ümummilli taleyüklü məsələlərə “dırnaqarası” münasibət böyük problemlərə yol açır və gələcək tələtümlərə aparır.
Gəlin, işimizə səthi, səyahət xarakterli deyil, dərin, vektorial prizmada yanaşaq.
Davamı var…

Paylaş:

  1. Yəhya Babanlı (tam adı Yəhya Məmməd oğlu Babanlı 30 sentyabr 1981, OrdubadNaxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) - tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təsisçisi, Odlar Yurdu Universitetinin müəllimi.