sevinj-stories
Müəllif: Publisist.az /Tarix: 2022-02-06 /Oxunma Sayı: 710

“Sevinj stories”

Xocalıda yaşayan 9 yaşlı qızın gözləri ilə #Xocalı faciəsinə baxışı əks etdirən sosial şəbəkə gündəliyi formatında “Sevinj stories” adlı layihəyə başlanıldı.
Sevinj stories “30 il öncə “Instagram” olsaydı və balaca Sevinc baş verənləri “story” kimi çəkib paylaşsaydı, Xocalıda nələrə şahid olardıq?” sualına cavabı təqdim edir.
Personajlar xəyal məhsulu olsa da çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır. Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılacaq.
Aşağıdakı linklər vasitəsilə Sevincin hekayəsini daha yaxından izləyə bilərsiniz:
 
 
“Sevinj stories” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən Xocalıya Ədalət Kampaniyası (Justice for Khojaly Campaign) çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilmişdir.
 
 
 
 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur