Quran Möcüzəsi: İnsanın torpaqdan yaradılışı
Elm, insan bədənindəki avadanlıqla torpağın tərkibindəki əsas elementlərin ortaq olduğunu göstərir
İnsan bədənindəki toxumalarda cəmi 26 element mövcuddur. Bu elementlərdən 6-sı isə daha çoxdur:
1) Karbon
2) Hidrogen
3) Oksigen
4) Azot
5) Fosfor
6) Sulfit
Bu elementlər insan bədənindəki bütün toxumaların cəmi 95%-ni təşkil edir.
Bu isə çox mühüm bir həqiqətin elmi sübutudur: İnsanın torpaqdan yaradılışının. Çünki insan bədəninin əsasını təşkil edən bu elementlər, torpaqda müstəqil və ya birlikdə mövcud olublar.
İlk insan, Uca Allahın palçığı formalaşdırıb insan bədəni halına gətirməsi və bundan sonra bədənə ruh üfürməsi ilə yaradılıb. Bu möcüzəli hadisə Quranda belə xəbər verilir:
"Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürəklər yaratdı. Nə qədər də az şükür edirsiniz!" (Səcdə surəsi, 9)
"Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!” (Sad surəsi, 71-72)
"Həqiqətən, Biz insanı süzülmüş palçıqdan yaratdıq." (Muminun surəsi, 12)
Mənbə: Gizli Həqiqətlər
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur