Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu tədqiqat təqaüd proqramı elan edir
Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu (HIIA) gənc tədqiqatçılar və yeni məzunlar üçün beynəlxalq münasibətlər sahəsi üzrə “Gələcək Liderlər Proqramı” çərçivəsində tədqiqat təqaüd proqramı elan edir. Təqaüd proqramı 31 mart 2025-ci ildən 30 iyun 2025-ci il tarixinədək davam edəcək.
Son müraciət tarixi: 10 fevral 2025-ci il
Müraciət üçün meyarlar: Xarici siyasətə (tarix, beynəlxalq tədqiqatlar və s.) marağı olan
yeni məzunlar (minimum: bakalavr dərəcəsi) və beynəlxalq əlaqələr üzrə gənc (30 yaşadək)
tədqiqatçılar təqaüd proqramına müraciət edə bilərlər.
Maliyyələşmə:
- HIIA tərəfindən təmin edilən gediş-dönüş bileti;
- yaşayış xərcləri üçün ümumi aylıq 200 000 HUF (təxminən 480 avro)
Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları keçidə daxil olaraq onlayn ərizə formasını doldurmalı və tələb
olunan sənədləri müvafiq qaydada elektron sistemə daxil etməlidir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur