ramadan
Ramazana son -
ana-dili-azerbaycan-mektebine-ikinci-yarimil-uzre-qeydiyyat
Müəllif: Publisist.az /Tarix: 2025-01-13 /Oxunma Sayı: 74

“Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat

Yanvarın 8-dən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edir! 

“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. 2024-2025-ci tədris ilini əhatə edən layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Hazırda 300-dən çox soydaşımız dərslərə qoşulur. İkinci yarımil üzrə dərslərin 25.01.2025-ci il tarixində başlaması nəzərdə tutulmuşdur.

Qeydiyyat linki
Elektron poçt: anadili.agma.az@gmail.com
Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”)
Son müraciət tarixi: 17 yanvar 2025-ci il.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur