“Emosional Zəkanın Həyatımızda Rolu” mövzusunda təlim keçiriləcək
Əziz gənclər, “Rəqəmsal Ay” onlayn fəaliyyətlərini tam sürətlə davam etdirir!
Bu dəfə sizin üçün maraqlı təlimlə gəlirik! “Rəqəmsal Ay” çərçivəsində ilk təlimimiz “Emosional Zəkanın Həyatımızda Rolu” mövzusunda olacaq.
“İrəli” İctimai Birliyinin Sosial iş katibi Günel Abbaszadənin təqdimatında keçiriləcək təlim boyunca:
- Emosional zəka;
- Emosional zəkanın 5 maddəsi;
- Emosional kompensasiyalar;
- Rəhbər-işçi münasibətlərində emosiyaların idarə edilməsi;
- Emosiyaların idarə edilməsində ailənin rolu və digər mövzularda yeni məlumatlar əldə edəcək, öz suallarınıza cavab tapacaqsınız.
Emosional intellekt haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin!
Təlimin keçirilmə tarixi: 27 mart
Saat: 16:00
Platforma: Zoom
Qeydiyyat linki: https://bit.ly/Emosionalzeka
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur