Maarifçilik, aydınlanma və psevdoaydınlanma haqqında
Mənim də bölüşdüyüm belə bir fikir var ki, Azərbaycan cəmiyyətinin entelektüel tarixindən qabarıq və təsirli dövr aydınlanma (maarifçilik) dövrü sayıla bilər. Aydınlanma dövrünün təsirləri tək məzmun və mövzularda qalmayıb, cəmiyyətimizdə entelektüel kəsimin özü haqqında refleksiyalarından tutmuş ictimai davranışına kimi müşahidə oluna bilər. Ancaq aydınlanma ideyasının Azərbaycan intellektual tarixində qəbul edilm formsi formalarına baxsaq onun bir neç deformativ təzahürlərini görə bilərik. Bu deformasiyalar sas olaraq aydınlanma ideyasının orijinalına, bu fəlsəfənin əsasında duran mətnlərə baxanda daha da qabarıq görünür. Bu deformasiya özünü iki formada göstrir: yarımçıqlıq və təhrif . Birinci halda deformasiya olunan şey aydınlanma ideyasının əsas şüarı olan sapere aude ( Öz ağlından istifadə edəcək cəsarətin olsun ) çağırışının strukturudur. Yəni, sapere aude ancaq yarımçıq təqdim olunur. İkinci halda isə, aydınlanma ideyası bütünlükdə təhrif olunur, belə ki, sapere aude sözdə təsdiq, mahiyyətdə isə inkar olunur.
Bu deformativ təzahürləri bir-birindən fərqləndirmək üçün mən Aufklärung sözünün Azərbaycan dilinə tərcüməsi zamanı ortaya çıxmış iki sözdən öz xeyrimə istifadə edəcəyəm. Aufklärung almancadan Azərbaycan dilinə gah maarifçilik ( maariflənmə ), gah da aydınlanma kimi çevrilir. Hər iki söz, müvafiq olaraq sinonim kimi işlədilir. Mən isə bu iki sözü sinonim kimi işlətməyəcəyəm. Aydınlanma sözünü orijinal ideyanı ( Aufklärung ) bildirmək üçün, maarifçilik sözünü isə aydınlanma ideyasının yarımçıq təzahürünü bildirmək üçün işlədirəm. Aydınlanma ideyasının təhrif olunmuş olmasını bildirmək üçün psevdoaydınlanma sözündən istifadə edəcəyəm. Deməli, bu mətndə üç əsas sözdən istifadə olunur: aydınlanma , maarifçilik və psevdoaydınlanma . Psevdoaydınlanma dedikdə sözün özündən də aydın olduğu kimi təhrif edilmiş aydınlanmanı nəzərdə tuturam. Digər iki sözü - aydınlanma və maarifçilik - məhz sinonim kimi deyil, əksinə fərqləndirici funksiyada işlədirəm.
Aydınlanma haqqında
Aydınlanma fısfısinin təməl mətnlərindən olan İmmanuel Kantın Ay dınlanma nədir? essesi belə başlayır: “Aydınlanma bir insanın onun öz qəbahəti üzündən yetkin olmama vəziyyətindən çıxmasıdır. Yetkin olmama insanın başqa birinin onun üzərində rəhbərliyi olmadan öz ağlından istifadə etmə qabiliyyətinin surdur. Yetkin olmamağın səbəbi o zaman insanın özündən qaynaq ki, onun səbəbi ağlın zəifliyindən yox, insanın ağlından başqasının rəhbərliyi olmadan istifadə etmək cəsarətsizindən və sərbəst qərar verə bilmliyl bilmiyorum. Sapere aude! Deməli, aydınlanmanın aparıcı şüarı belİdir: Öz ağlından istifadə edəcək cəsarətin olsun! ”
Düyü kimi, Sapere au Göründe aydınlanma cərəyanının sas şüarıdır. Bu şüar həm də dünyanın dərk ağlın üstünlün iddiasından çıxış edən nəzəri diskursun təməlində durur ağlın. Yəni, aydınlanma fəlsəfəsi həm də ağlın üstünlüyü iddiasından çıxış edən bir epistemoloji mövqedir. Bu mövqeyə görə dünyanı dərk etmək üçün ağıl əsas vasitədir (digər bu və ya başqa iddia olunan vasitələrdən üstündür) və bilik rasionaldır. Ağlın ambisiyası (və Aristotelçi ənənəyə görə həm də funksiyası) isə həqiqəti tapmaq, ya da yaratmaqdır. Aydınlanma flsəfəsinə görıl ağıl mütəmadi olaraq yanlış olanı tapıb inkar etməyə və doğrunu təsbit etməyə çalışır. Sapere aude yanlışı inkara və doğrunu təsbit etməyə çağırışdır, müvafiq onun iki mərhələsi var: dekonstruktiv (inkar) və konstruktiv (yaradıcı). Birincisi analiz (hissələrə ayırma) və verifikasiya, ikinci isə abstraksiyadır. Birinci daha asan, ikinci isə daha çətindir. Birincisi əqli mizaçə xitab edir və bunun üçün d əsasən ədəbiyyat və dramaturgiyadan istifadə edir; ikincisi üçün isə nəzəri təfəkkür və müvafiq ifadə formaları vacibdir.
Bəs aydınlanma ideyasını maarifçilik və psevdoaydınlanma fenomenindən fərqləndirmək nə üçün lazımdır? İlk əvvəl ona görə lazımdır ki, bizim sovet keçmişimiz var, psevdo-aydınlanma ənənə yaradır ve biz hazırda avtoritar bir mühitdə yaşayırıq. . Necə ki, presovet (çar dövrü) maarifçiliyinin ənənəsi itmədi, SSRİ zəifləyən və dağılan kimi yenidən ortaya çıxdı və ictimai fikir üçün müəyyən bir baza təşkil edə bildi, eləcə dəydlanmaənyn bir baza təşkil edə bildi, eləcə dəydlanmaənet dövüşü yaratmış Bu ənənənin də birdən-birə dağılacağı, ətalətinin aradan qalxacağı ağlabatan deyil. Biz bunu hazırkı reallığımızda da aydın görə bilirik. Təhsilin və informasiyanın manipulyasiyası və sui-istifadəsi artıq “maarifçilik” adı altında aparılmasa belə, üsul və alətlər tamamilə sovet dövrü ənənəsinin ətalətindədir. Hazırkı siyasi və sosial vəziyyəti nəzərə alsaq,
Maarifçilik
Yuxarıda izah edilmiş aydınlanma müstəvisindən baxdıqda bizdə aydınlanma adı altında təqdim olunan məzmunların və fəaliyyətin ilk çaşdırıcı tərəfi görünməyə başlayabilir. Burada ayırd edilə biləcək üç istiqamət var. Birincisi budur ki, maarifçilik anlayışı əsasən təhsil, ya da informasiya təbliğatı kimi başa düşülür və kəmiyyət konnotasiyalıdır. Yəni, vurğu daha çox informasiyanın həcminə qoyulur. Nə qədər çox informasiya, o qədər çox maarifçilik. Halbuki, təhsil və informasiya aydınlanma ideyası ilâ eyni deyil. Əksinə, təhsil və informasiyanın manipulyasiyası ilə aydınlanma ideyasının təkzibi cəhdləri az olmayıb. Təhsil və bol informasiya hələ aydınlanma üçün karantiya deyil. Bu, təhsil və informasiya təbliğatı fəaliyyətlərini bildirən söz adətən “maarifçilik” (ya da “maarifləndirmə”) olur. Nisbətən gec işləklik qazanmış “aydınlanma” tərcüməsi adətən bu kontekstlərdə işlənmir. Məsələn, adətən aydınlandırıcı tədbirlərdən yox, maarifləndirici tədbirlərdən danışılır. Ona görə də mətn boyu yuxarıda gedən təhsil və informasiya təbliğatını bildirmək üçün məhz maarifçilik sözündən istifadə edəcəyəm və bunu aydınlanmadan fərqləndirəcəyəm. Bu mənada maarifçiliyin aydınlanmadan əsas fərqini aydınlanma ideyasının keyfiyyət kredosu olan Sapere aude! şüarının ya tamam diqqətdən kənarda saxlanması, ya da yarımçıq başa düşülməsi olaraq təsbit edirəm.
İkinci olaraq demək olar ki, “maarifçilik” və “maariflənmə” adı altında həm də irrasionalizm, mistika və s. təbliğ edən məzmunların da paylaşıldığını görə bilərik. Həmçinin, fəlsəfə tarixində antiaydınlanma ( karşıt aydınlanma ) kimi haklı kimi haklı çıkar. Bunlar, ağlın üstünlüyü şərtindən çıxış edən aydınlanma ideyası ilə ziddiyyət təşkil edən mövqelərdir. Aydınlanma məhz irrasionalizm, mistika kimi şeyləri epistemolojisi mötəbərlilik aspektindən rədd edir, bunlar bilik üçün mötəbər mənbələr sayıla bilməzlər. Çünki, aydınlanma ideyasına görə bilik irrasional yox, rasionaldır.
Üçüncü istiqamət isə budur ki, Azərbaycandakı postsovet ədəbiyyatı təmsilçilərinin timsalında maarifçilik tez-tez nihilizm və inkarçılıqda ittiham olunur. Əslində isə nihilizm və inkarçılıq eyni anlayışlar deyil. Birincisi aydınlanma ideyasına yad olduğu təqdirdə, inkar aydınlamaya aiddir.
Bəs nə üçün bu yuxarıda sadalanan üç növ fəaliyyət için aydınlanma yox, maarifçilik, yəni yarımçıq aydınlanma adlandırıram? Azərbaycanda aydınlanmanın tarixinə bu perspektivdən baxsaq, bu sualın cavabı aydın. Bizdə aydınlanmanın tarixi həm ifadə formaları (janrlar), həm də məzmun baxımından sapere aude nin inkar formasının, yəni birinci mərhələsinin tarixidir. Aydınlanma dövrünün əksər layihələri Azərbaycanda ədəbiyyat və dramaturgiya sahəsindədir, lakin fəlsəfi müstəvidə yeni ideyalar, yaxud analiz yoxdur. Sapere aude nin daha çox birinci (inkar) mərhələsinə fokuslanmışıq, ikinci (yaradıcı) mərhələyə isə biganəlik musahidə olunur. Başqa sözlə desək, Azərbaycan cəmiyyətinin intellektual tarixində maarifçilik var, aydınlanma isə yoxdur.
Sual yarana bilər ki, Azərbaycan cəmiyyətinin intellektual tarixini hansı genişlikdə başa düşməliyik? Siyasi və sosial dəyişmə proseslərini də bura aid edə bilərikmi? Yəni, cəmiyyətin intellektual tarixi dedikdə sadəcə yazılı mətnlər deyil, həm də sosial və siyasi dəyişiklikləri nəzərdə tuturuqsa, onda yuxarıdakı iddiada - yəni, bizdə aydınlanmanın sadöcərikçıq formada is edrar? Məsələn, sual yaranır ki, XX əsrin əvvəlində AXC-nin (Azərbaycan Xalq Cümhuriyyəti) yaranması için duran refleksiyalar hansısa formada 2-ci mərhələ sapere aude hadisəsi sayıla bilərmi? AXC sağ qala bilsəydi biz Azərbaycanda da sovet dövrü maarifçiliyindən fərqli bir aydınlanma mədəniyyəti arxivinə sahib olacaqdıqmı? Bu suallara cavablarancaq fərziyyələrdən ibarət ola bilər, ona görə də gəlin faktiki gerçekliğe qayıdaraq baxaq ki, sovet maarifçiliyi kontekstində aydınlanma ideyasının problemi nədən ibarətdir.
Psevdoaydınlanma
Aydınlanma fəlsəfəsinin inqilabi potensialı olduğu qədər, digər tərəfdən həm də paternalist potensialı var. Sapere aude şüarının ünvanı İzilənlərdir. Yol gösterişli, xilasedici olan aydınlanmış tərəf əzilənlərin ağlına xitab edir. . Bununla birlikte, zilənlərin də entelektüel statüsü bərpa olunur. Lakin aydınlanma ideyasının Platonun mağara alleqoriyasına qədər kopruler bir paternalist konnotasiya ənənəsi var. Kantın Sapere audesinin xitab ünvanı olanlar Platonun mağarasının sakinlərindən intellektual statuslarına görə fərqlənsələr də, yenə də ortada onların ağlına işıq salacaq vəsarətləndirəcək bir aydınlanmış subyekt obrazı var.
Təsadüfi deyil ki, sovet dövründə belə aydınlanma fəlsəfəsi geniş təbliğ olunurdu. İdeyanın eyni vaxtda özündə daşıdığı inqilabi və paternalist potansiyel sovet ideologiyasına uyğunlaşdırılmaq üçün çox münasib idi. Sovet dövründə təbliğ olunan aydınlanma ideyasının tamamilə anaxronizmə uğradılmış formada öyrədilməsi də təsadüfi deyil. Sovet dövrü maarifçilyində sapere aude nin inkar etdiyi yanlışlar artıq tarixə qovuşmuş Çar Rusiyası dövrünün reallıqlarına yardım idi. Məsələn, dini xurafat, sosial iyerarxiya, qadın haqlarının pozulması və s. ancaq Çar Rusiyası misalında tənqid və rədd yapılırdi. Sovyet reallıqlarına münasibətdə isə sapere aude tamamilə qadağan edildi. Aydınlanmış xilaskar statüsü Kommunist Partiyasına keçdi. O, işığı hara yönəldəcəkdisə, hamı da orda olanı görməli idi. Daha sapere aude yə ehtiyac yox idi. Aydınlanma ideyası mahiyyətinə tamamilə zidd olan bir ideologiyanın dekorasiyasına çevrildi.
Postsovet maarifçiliyi
SSRİ-nin dağılması ilə sapere aude qadağası da qism ortadann ortadan kaldırılması qalxdı. Birdən-birə şu informasiya axınının və qarışıqlığın içində müəyyən bir formaya düşərək səsini eşidiləcək hala gətirə bilən entelektüel kəsim yenə də maarifçilik ideyalarına qayıtmış oldu. Maraqlısı odur ki, onlar bu dəfə də elə sovet öncəsi, yəni Çar Rusiyası dövrünün maarifçilik ənənəsinin qaldığı yerdən, yəni sapere aude nin birinci mərhələsindən başlarlar. Müstəqil Azərbaycanın ziyalılarının fəaliyyət forması da çar dövrünün maarifçilik ənənəsinin qaldığı mərhələyə qayıtdı. Məsələn, postsovet dövrü maarifçiliyi də bu köhnə ənənənin ətaləti ilə əsasən ədəbiyyat sahəsində özünü ifadeə edə bildi. Sapere aude Azərbaycanda hələ də ancaq inkar edə bilir. Postsovet maarifçilərinin ünvanına olan haqsız “nihilist” qınağı da bəlkə bununla bağlıdır. [1] Azərbaycan maarifçiləri arasında hələ də ənənəvi didaktik danlaq üslubu üstünlük təşkil edir və hələ də onların nəzəriyyəsizlik ətaləti davam edir.
Ədəbiyyatdan kənar nisbətən canlı olan sahə siyasətdir. Orada da sapere aude subyektlərinin fəaliyyəti inkar müstəvisindən quruculuq müstəvisinə keçməkdə böyük çətinliklər çəkir. Siyasi müxalifətin bütün fəaliyyəti inkarla (yanlış olanın təsbiti və rədd edilməsi) ilə məhdudlaşıb. Daha kiçik sosial aktivist qrupların da fəaliyyətində oxşar mənzərəni görə bilərik. Məsələn, oğul illərdə Azərbaycanda aktivləşən feminist aktivistlərin də fəaliyyəti qadınların problemləri ilə bağlı vəziyyəti təsbit edib yanlış olanın rədd edilməsinə fokuslanıb. Feminist nəzəriyyələrlə məşğul olmağa isə həmin aktivistlər arasında ciddi təşəbbüs və maraq yoxdur. Beləcə, ziyalılar, aktivistlər, ictimai fiqurlar və o cümleədən, siyasətçilər aydınlanmanın birinci mərhələsində ilşkib qaldıqlarına görə Azərbaycanda ictimai fikir yaradıcılıq və yeni ideyalar mərhələirsinələlələlər. Qısacası, hələ də bizdə maarifçilik var, amma aydınlanma yoxdur. Sapere aude nin ikinci mərhələsinə çıxa bilmirik.
Nəticə əvəzi
Bu qısa yazıda gösterərməyə çalışdım ki, aydınlanma ideyası Azərbaycan cəmiyyətində müəyyən bir özünəməxsusluqda təzahür edir ki, bu həm tarixi perspektivdə, həm də müasir dövrdə müşahidə oluna bilir. Bu məqalədə əsas məqsədim bu özünəməxsusluğun əslində aydınlanma ideyasının deformasiyasiyası oldugrmək idi. Bunu aydınlanma fəlsəfəsinin əsas şüarı sayıla biləcək Kantın sapere aude çağırışını qısaca analiz edərək göstrməyə çalışdım. Sapere aude nin nümunəsində aydınlanma ideyasını iki mərhələdən ibarət kimi göstrərək bu modeldə Azərbaycan maarifçiliyinin koordinatlarını müəyyən etməyə çalıştım. Bu zaman gördük ki, bizdə aydınlanma kimi təqdim olunan fəaliyyət və məzmunlar ya yarımçıq aydınlanma, yəni maarifçilik , ya da təhrif olunmuş aydınlanma, yəni psevdoaydınlanma dır.
Psevdoaydınlanmanı aydınlanma və maarifçilikdən fərqləndirə bilmk görə faydalıdır ki, bununla aydınlanma ideyasını sovet dövrü ilə identifikasiya edərək zorakılıq və təhlükə ilə assosiasiya cəhdlərinə adekvatab verə bilək. Belə cəhdlər heç də az deyil, irrasionistlərdən tutmuş mühafizəkarlar, dini təriqətlər və millətçilik tərəfdarlarına kimi bir çox cəbhədə rast gelir. Bu fərqləndirmə həm də aydınlanma ideyasını nihilizmlə eyniləşdirmək istəyənlərin eristik ambisiyalarına aydınlıq gətirə bilmək üçün faydalıdır.
Həmçinin, aydınlanmanın cəmiyyətimizdə yalnız maarifçilik formasında təzahür tapa bilməsi sosioloqlar və cəmiyyəti öyrənən digər sahələrin mütəxəssisləri üçün kifayət qədər maraqlı araşmə mörim. Məsələn, qurucu təfəkkürün zəif olması cəmiyyətin intellektual durğunluğudur, yoxsa müqavimətidir? Cavabdan asılı olaraq, hər iki halda edilməli olan nədir, yaxud ümumiyyətlə edilməsi mümkün olan nəsə varmı? Ümid edirəm ki, yazı oxucularda bu və bu kimi digər suallara cavab axtarmaq, burada qoyulan iddiaları tənqid etmək üçün həvəs yarada biləcək.
Məsələn, şair Həmid Herisçi maarifçi yazıçılar kimi tanınmış Günel Mövlud, Seymur Baycan, Əli Əkbəri tez-tez nihilizmdə günahlandırmağı sevir.
Tinay Muşdiyeva
Mənbə: https://bakuresearchinstitute.org/az/
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur