olumun-astanasindaki-69-milyon-usaq
Müəllif: Publisist.az /Tarix: 2023-05-09 /Oxunma Sayı: 225

Ölümün astanasındakı 69 milyon uşaq

UNICEF-in qurulmasının 70-ci il dönümündə yayımlanan hesabata görə, bu gün lazımlı tədbirlər alınmadığı təqdirdə, təxminən 2030-cu ilə qədər 5 yaşdan aşağı 69 milyon uşaq öləcək, 167 milyon uşaq həddindən artıq yoxsulluq içində yaşayacaq, ibtidai təhsil yaşındakı 60 milyon uşaq isə məktəbə gedə bilməyəcək.

Bu son dərəcə dəhşət verici mənzərədir. Vicdanlı insanlar üçün bu cür qorxunc vəziyyət əsla qəbul edilə bilməz.

Ehtiyac içindəki uşaqlara kömək etmək məsələsi gündəmə gəldikdə, ilk olaraq maliyyə dəstəyi tapmağın çətinliyindən bəhs edilir. Halbuki lazım olan maliyyə dəstəyi inkişaf etmiş qərb ölkələri və zəngin İslam dövlətləri tərəfindən asanlıqla təmin edilə bilər. Bu problemi həll etmək üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin silahlanma xərclərinin kiçik bir hissəsi belə kifayətdir.

ABŞ-ın müdafiə xərclərinin yalnız 0.5%-i ilə aclıq həddindəki 66 milyon uşaq normal və nizamlı qidalanma imkanı əldə edə bilər. Bunlarla yanaşı varlı ölkələrin sadəcə 6 günlük hərbi xərcləri ilə dünyada bütün yoxsul uşaqlar ibtidai təhsilə başlaya bilər.

Dolayısilə, bu problemləri həll etmək üçün maliyyə mənbələri tapmaq heç də çətin deyil. Bundan əlavə, qanunlar hazırlanarkən uşaq yönümlü məsələlər də nəzərə alınmalı, onlara pulsuz tibbi xidmət göstərilməli, təhsil verilməli, hüquqlarının qorunması və ehtiyaclarının ödənilməsi üçün tədbirlər görülməlidir.

Mənbə: Gizli Həqiqətlər

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur