Biznesiniz üçün Sosial Media Marketinqi
Sosial media marketinqi hər ölçüdə olan biznesin müştərilərə çatması üçün güclü bir yoldur. Sosial mediada marketinq biznesinizə uğur gətirə, sadiq brend müdafiəçiləri yarada və satışları artıra bilər.
Sosial media marketinqi nədir?
Sosial media marketinqi, marketinq və brendinq məqsədlərinizə çatmaq üçün məşhur sosial media şəbəkələrinin gücündən istifadə edən rəqəmsal marketinq formasıdır. Ancaq bu, yalnız biznes hesabları yaratmaq və istədiyiniz zaman nələrisə paylaşmaq deyil.
Sosial media sizə biznesinizi bazarın fəal iştirakçısına çevirməyə imkan verir. Profiliniz, yazılarınız və istifadəçilərlə qarşılıqlı əlaqəniz auditoriyanızın tanış ola, əlaqə saxlaya və etibar edə biləcəyi əlçatan bir şəxsiyyət yaradır.
Bu platformalar sizin izləyicilərinizlə həm birbaşa, həm də dolayı ünsiyyət xətlərini açır və bunun vasitəsilə siz şəbəkə qura, rəy toplaya, müzakirələr apara və fərdlərlə birbaşa əlaqə saxlaya bilərsiniz.
Sosial media şəbəkələrində auditoriyanız nə qədər böyük və daha çox aktiv olarsa, marketinq məqsədlərinizə nail olmaq bir o qədər asan olar.
Uğurlu sosial media marketinq strategiyasının əsasları
Uğurlu sosial media marketinq strategiyası hər bir iş üçün fərqli görünəcək, lakin onların hamısının ortaq cəhətləri bunlardır:
Auditoriya məlumatları: Onlar hansı platformalardan istifadə edirlər, onlara nə vaxt və niyə daxil olurlar, hansı məzmunu bəyənirlər, başqa kimi izləyirlər və s.
Brend identifikasiyası: İzləyicilərinizə çatdırmaq istədiyiniz mesaj nədir? Məzmununuza baxarkən onların necə hiss etmələrini istəyirsiniz?
Məzmun strategiyası: Sosial sahədə kortəbii səviyyədə olsa da, ardıcıl səsə sahib olmaq və müntəzəm olaraq məzmun istehsal etmək üçün strukturlaşdırılmış məzmun strategiyasına ehtiyacınız olacaq.
Analitika: Kəmiyyətlə hesablana bilən fikirlər, o cümlədən kimə çatdığınız, paylaşmaq üçün düzgün məzmun, dərc etmək üçün ən yaxşı vaxtlar və s. strategiyanızın necə işlədiyi haqqında məlumat verəcək.
Daimi fəaliyyət: Sosial media real vaxt platformasıdır. Əgər siz ondan biznesinizi inkişaf etdirmək üçün istifadə etmək istəyirsinizsə, mütəmadi olaraq paylaşımlar etməli, biznesinizlə bağlı işlərdən xəbərdar olmalı, trendləri izləməli və profillərinizi aktiv saxlamalısınız.
Sosial media marketinq planı
Sosial media marketinq planınız strategiyanızı həyata keçirmək üçün yol xəritəsidir. Bu yol xəritəsi ilə isə uğurunuzu ölçə və resurslarınızı nə qədər düzgün xərclədiyinizə qərar verə bilərsiniz.
Sosial media marketinq planınızı necə yaratmaq olar :
- Platformalarınızı seçin: Hədəf auditoriyanıza və biznesiniz üçün populyar platformalara əsaslanaraq seçin. Yalnız aktiv şəkildə ayaqlaşa biləcəyiniz platformaların üstünlük verin. İlk başda yalnız birindən başlayın, sonra öyrəndikcə digərlərini əlavə edə bilərsiniz.
- Məqsədlər və vəzifələr təyin edin: Bunlar sadə tapşırıqlar olmalıdır: ay ərzində gündə bir dəfə yazı paylaşmaq, profillərinizi qurmaq və ya rəqabəti təhlil etmək kimi. Ritmə daxil olduqdan və fikirlər topladıqdan sonra, izləyicilərinizi X% artırmaq və ya ayda X (auditoriyanızın bəyəndiyini məzmun növlərini tapdıqda) məzmun dərc etmək kimi daha konkret və strateji hədəflər təyin edə biləcəksiniz.
- Müntəzəm olaraq hesabat verin və tənzimləyin: Hansı postların daha çox enagement yaratdığını, daha çox izləyici əldə edib - etmədiyinizi müəyyən etmək və auditoriyanızın demoqrafik göstəricilərini görmək üçün hər bir platformanın analitikasından istifadə edin.
Sosial media marketinq məsləhətləri
- Müxtəlif məzmun yaradın
Onlayn marketinqin digər sahələri kimi sosial media marketinqində də məzmun üstündür. Müntəzəm olaraq dərc etdiyinizə və ideal müştərilərinizin faydalı və maraqlı tapacağı həqiqətən dəyərli məlumatları təqdim etdiyinizə əmin olun.
- Davamlı qalın
Marketinq üçün sosial mediadan istifadə biznesinizə brend imicinizi müxtəlif sosial media platformalarında əks etdirməyə imkan verir. Hər bir platformanın özünəməxsus mühiti və səsi olsa da, biznesinizin əsas şəxsiyyəti, istər mehriban, istər əyləncəli, istərsə də etibarlı olmasından asılı olmayaraq, ardıcıl qalmalıdır.
- Yalnız yazı yazmayın - iştirak edin
Başqa sözlə, bütün yazılarınızı planlaşdırmaq üçün ayda bir dəfə daxil olmayın. Məzmununuzla kimin maraqlandığına diqqət yetirməli və geri əlaqə saxlamalısınız - şərhlərə cavab verin, onların yazılarını bəyənin, paylaşın və şərhlər yazın, canlı yayımlar aparın, sorğular və real vaxtda suallar yaradın və başqalarının məzmununu təkrar yerləşdirin.
- Məzmun yaratma vasitələrindən istifadə edin
Heç kimin sizə Instagram-ın ən vizual sosial media platforması olduğunu deməsinə icazə verməyin. İnstaqramda hamısı var! Hər bir məzmun növündən istifadə edin.
- Təkrar-təkrar yerləşdirin
Sosial media qarışıq və izdihamlı bir yerdir, ona görə də auditoriyanızın diqqətini cəlb etmək istəyirsinizsə, mütəmadi olaraq yaxşı məzmun dərc etməlisiniz. Bunu etmənin sirri?
- Məqsədlərinizi qarışdırın: Müştəri rəyindən Facebook yazısı yaradın, bloq yazısını bir sıra Tweetlərə bölün, İnstaqramda müştərinin diqqət mərkəzində olan bir nümunə araşdırmasını silsilə postlar edin, vebinarınız LinkedIn-də karusel yazısına çevirin. Bir sözlə imkanlar sonsuzdur.
- Repost: Ehtiyatla edilməlidir, lakin məzmun təqviminizdəki boşluqları doldurmaq üçün əla bir yoldur. Instagram-da repost edin və ya istifadəçi tərəfindən yaradılan məzmunu retweet edin.
- Təkrar yerləşdirin: TikTok videolarınızı və Instagram çarxlarınızı YouTube-da yerləşdirin. Yeni izləyicilərin önünə çıxmaq üçün hər ay ən yüksək nəticə göstərən bloq yazılarınızı yenidən paylaşın. Facebook Live qeydlərinizi YouTube kanalınıza əlavə edin.
Ən əsas məqamlardan da biri odur ki, rəqiblərinizi izləməyi unutmayın. Onları izləyərək, öz strategiyanıza uyğunlaşdıra biləcəyiniz ideyalar əldə edə və doldura biləcəyiniz boşluqları müəyyənləşdirə bilərsiniz.
Müəllif : Mələk Heydərova
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur