Lənkəran Dövlət Dram Teatrının səhnəsində yeni monotamaşa
Sim-sim. az xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrında yeni monotamaşa hazırlanır.
İnsan niyə arzulayır ki, toza dönsün?
“Mən toz dənəsiyəm” hekayəsi insanın dəyişilmə, bir aləmdən başqa bir aləmə “köçürülmə” prosesini əks etdirir və bu hekayə də həmin prosesin mahiyyətini psixoloji baxımdan açıqlaya bilməsidir. İnsan bütün ömrü boyu bu xəyallara düşə bilər və təbii ki, canlı həyatda insanın toza çevrilməsi mümkün deyil. Amma sənət buna qadirdir.
Hekayənin ədəbi qəhrəmanı dünyanın işlərindən, pisliklərindən, hər tərəfi bürümüş “hörümçək torundan” xilas olmaq üçün toza çevrilmək istəyir və çevrilir.
Yazıçı Təranə Vahidin möcüzəli qələmindən çıxan hekayə, Lənkəran Dövlət Dram Teatrında səhnə həyatı qazanır.
Səhnə əsəri Aynur Əhmədovanın ifasında təqdim olunacaq.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.
Tamaşanın stolarxası məşqindən olan şəkilləri sizlərə təqdim edirik.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur