İş klubu - 22
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş Klubu” layihəsinin 22-ci görüşü üçün qeydiyyat başlayıb.
Layihəyə məzunlar, işsiz və işaxtaranlar şəxslər müraciət edə bilərlər. Layihə 2 həftə müddətində 6 dəfə olmaqla həyata keçiriləcək.
Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur