meqalede-plagiati-nece-yoxlayaq
Müəllif: Publisist.az /Tarix: 2023-05-15 /Oxunma Sayı: 467

Məqalədə plagiatı necə yoxlayaq?

 Elmi məqalə yazarkən, diqqət etməli olduğumuz məqamlardan biri də plagiatın olmamasıdır.

Elmi məqalədə plagiatın olmaması üçün nələr edə bilərik, gəlin birlikdə baxaq! 

1. Öz sözlərinizdən istifadə edin: Yazarkən mənbələrdən cümlələri birbaşa götürüb dəyişmədən istifadə etməkdənsə, mətni öz sözlərinizlə yenidən ifadə edin. Əgər cümləni dəyişmədən istifadə etmək lazımdırsa, alıntı olan hissəni dəqiq qeyd edin və istinad verin.

2. İstinadlarınızı düzgün qeyd edin: İstinad vermədən başqa şəxslərin fikirlərini, məlumatlarını və tədqiqatlarını istifadə etmək plagriat hesab olunur. İstinadlarınızı düzgün və qaydalara uyğun formada qeyd edin.

3. Plagriat yoxlamaq üçün olan proqramlardan istifadə edin: İnternetdə çoxsaylı plagriat yoxlama proqramları mövcuddur. Bunlar arasında Turnitin, Grammarly, Copyscape, Quillbot və Plagscan kimi tanınmış proqramlar var. Bu proqramlar vasitəsilə elmi məqalənizdə plagriat olub-olmadığını yoxlaya bilərsiniz.

4. Universitetinizdəki plagriat yoxlama proqramlarından istifadə edin: Bəzi universitetlər öz plagriat yoxlama sistemlərinə malikdirlər. Bu sistemləri istifadə edərək, elmi məqalənizdə plagriatın olub-olmadığını yoxlayın və tələblərə uyğun olaraq tərtib edin.

Müəllif: Mələk Mehrəliyeva

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur