İlk hüceyrə necə yarandı ?
Yerdə həyatın yaranması haqqında fikirlər min illərdi ki, insanları düşündürür.Elm dünyasında böyük mübahisələrə səbəb olan “ insan necə yarandı ? “ sualı müasir dövrdədə cavabsız suallardandır.
Bu təsəvvürlər çoxdur ,biz isə bunun sadəcə 3-dən danışacağıq :
- Abiogenez
- Naturalist
- Panspermiya
Gəlin ilk öncə hər şeyin yoxdan bir anda yarandığı günə,sonsuz sıxlıqdan sıfır həcmdən , saniyədən daha az bir zamanda baş verən yaradıcı paratlayış olan Big Bangə ( Böyük partlayış ) yəni 15.6 milyard il əvvələ qayıdaq.
Stephan Hawkins “ Zamanın qısa tarixi “ kitabında bu partlayış anın tarazlığının çox incə olduğunu qeyd edir :”Əgər partlayış anında elementlərin dağılma gücü daha böyük olsaydı o zaman elementlər bir birini cəzb eləməz dağılar, bu səbəblə isə planetlər yaranmazdı.Yox əgər daha zəif olsaydı hissəciklər bir-birini cəzb edər və içinə çökərdi “.
Bu tarazlığı biz qələmi illərlə düz qala biləcəyi vəziyyətə qoymaq üçün hesablayacağımız tarazlığa bənzədə bilərik xəyali olaraq və təbi ki , bu tarazlığı hesablayacaq səviyyəyə çatmamışıq.Bu bənzətmənin digər variantını isə Hawking “ Böyük dizayn” kitabında,təsəvvür edin ki,siz yerdən bizə ən yaxın olan Andremeda ( aramızdakı məsafə 120 min işıq ilidir) qalaktikasına ox atırsız.Və o hədəfə çatır.
Partlayış anı çox sürətlə getdi və bunu hesablamaq üçün Plank zamanından istifadə olunur.Plank zamanı 1-43 saniyədir.Kainatın talehi 6 plank zamanında yazıldı.
Kainatda təqribən 300 milyard qalaktika,bunlarında hər birində 250-300 miyard ulduz olması güman olunur.
Bizim mövcud olduğumuz Südyolu qalaktikasında təqribən 250 miyardan çox ulduz olduğu güman olunur.Ortalama sürəti 200-220 km/san-dir.Bu güllədən 8 dəfə sürətlidir və tam bir dövrü 230 milyon ilə vurur.
Günəş orta sarı ölçülü ulduzdur və ətrafındakə 8 planetlə ( Pluton 2015 ci ildə bu sistemdən çıxarıldı.Səbəb isə kəşf olunduğu 1835 –ci ildən bu günə kimi hələ də bir dövr vurmamasıdır ) spiralvari qalaktikanın spiralları arasına düşür.Qeyd edək ki , bu spirallara düşməsinnin özünə məxsusluğu kosmosun görülməsindən ibarətdir.Əgər spirallar arasına düşsəydi o zaman kosmosun tədqiqindən alınan məlumatlar bu səviyyəyə çatmazdı.Səmaya baxdıqda külli miqdarda toz hissəcikləri görərdik.
Toz hissəciklərinin bir –birininə birləşib göy cisimlərini yaratması praktiki olaraq sübut olunmamışdır 1998-ci ilə kimi.Cazibəsiz mühitdə duz dənəciklərinin bir-birini cəzb etməsini müəyyən etdilər.Birləşərək duz dənəcikləri toplusunu yaradırdılar.Artıq buda BiG Bangdan sonra nələrin baş verməsi haqqındakı fikirləri genişləndirdi.
Yuxarıda qeyd etdiyimizdən əlavə, fəlsəfi olaraq mövcud olan hər şeyə idialist və materialist gözlə baxa bilərik.
Matrialist cəryana söykənsək , o zaman maddənin əbədi və əzəli olmasına inanmalıyıq.Yəni , dünya əvvəldən var olub və sonsuza qədərdə öz mövcudluğunu saxlayacaqdır.Bu düşüncə , Avropada resenans ( yenidən baharlanma ) dövründən sonra dini inancların zəifləməsi ərəfəsində ( 15.16 – cı əsr ) antik yunan təliminin ( Demokratın əsasını qoyduğu ) yenidən dirçəlməsi ilə özünün inkişaf mərhələsini yaşadı.
XX əsrdə Astronomiya elmi xeyli inkişaf etdi. Əvvəlcə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın durğun (statistik) quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin nəzəriyyələrinə əsaslanan Fridman hesabladı ki, kainat hərəkətdədir və bu hərəkət genişlənmə, yaxud yığılma ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk alim isə Belçikanın ən məşhur astrofizikçisi Corc Lemetr (Georges Lemaitre) oldu. Lemetr dəqiqləşdirdi ki, kainatın bir başlanğıcı olub və həmin başlanğıcdan üzübəri davamlı şəkildə genişlənir. Bu fikir əsrlərdi gələn nəzriyyəyəilə uyğun daşımır,tam əksini deyirdi.Eyni dövrdə Albert Eynşeyn Kainatın genişlənməsini hesablamış ,lakin materializmə uyğun olmayan hesablamalarını bir kənara qoydu. Və daha sonra buna “ kariyeramın səhvi “ adlandıracaqdı.Ortaya atılan nəzəri fikirlər özünü 1929 –cu ildə öz təsdiqini tapdı.Kaliforniya ştatında dünyanın ən böyük teleskopu tikildi.Edvard Habl yeni bir şey kəşf etdi.Bütün qalaktikalar Südyolundan uzaqlaşırdı.Bu həmdə qalaktikaların bir – birindən uzaqlaşması demək idi.Teleskopdan baxıldıqda uzaqlaşan qalaktikaların qırmızı rəngdə olmasını müşahidə etdi.Buna səbəb isə , məsafə artdıqca işıq şüalarının yayılması,periodu üçün daha çox məsafə qət edir ki , buda onların qırmızı rəng almasına səbəb olur
( işıq şüaları görünən , infraqırmızı və radiasya dalğalarına çevrilir.Buda yer kürəsində qalaktikalardan radiasya dalğalarının gəlməsinə səbəb olur ).
Əgər kainat genişlənirsə , onda böyük partlayışdan sonra radiasya fonu bərabər olmalıdır. Bu fonu hesablayan Corc Qamov radiasiyanın bərabər paylanması haqqında fikir irəli sürdü.
1965-ci ildə Arno Penzias (Arno Penzias) və Robert Uilson (Robert Wilson) adlı iki tədqiqatçı həmin radiasiya dalğalarını kəşf etdilər. «Kosmik fon radiasiyası» adı verilən bu radiasiya fəzadakı bəlli bir qaynaqdan yayılan hər hansı radiasiyadan fərqlənirdi. Başqa sözlə desək, konkret mənbəyi yox idi, bütün kainata yayılmışdı. Beləcə, uzun müddətdir kainatın hər yerində bərabər ölçüdə istilik dalğaları şəklində təsbit olunan bu radiasiyanın «Big bang»in ilk dövrlərində qaldığı ortaya çıxdı.
Bu yerə qədər artıq kainatın yaranmasını qısa olsa da nəzər saldıq.İndi isə yerin və orda həyatın yaranması haqqında təsəvvürlərdən danışaq.
Günəş hidrogen və helium yığımından yarandıqdan sonra planetlər onun ətrafında qaz və toz hissəcik yığını toplanıb sistemi mövcud etdi.Yer 4-5 milyard il əvvəl, indiki qurluşunu aldıqdan sonra, temperatur çox yüksək atmosfer olmadığı üçün radiasya fonu canlıları öldürəcək qədər yüksəkdi.
Ayın yaranması haqqında bəzi təsəvvürlərdə deyilir ki,yerə ən planetin toqquşması ilə yarandığı güman edilir.Bu planet daha kiçik olduğu üçün parçacıqlara bölünür. Yer isə daha böyük olduğu üçün bu toqquşmadan sağ çıxıb , Ayın yaranmasına zəmin yaratdı.Bu ayın torpağında yerdə olmayan elementlərlə bağlı olması bu fikiri daha ön plana çıxardı.Bəzi fərziyəyə görə isə, ayın yaranması Yerlə eyni dövrdə oldu.Qaz və toz hissəcikləri ayıda yaratdı.Ayın mövcud olması , aradakı məsafənin təqribən 1500 km (1440 km ) olmasının, ölçüləri yer üçün müstəsna rol oynaır. Okeanlardakı qabarma çəkilməni nümunə olaraq göstərə bilərik.
Yer də mantiya qatından ayrılan aerozol hissəciklər səmadakı hissəciklərlə birləşməsi Yerdə qaz təbəqəsini yaratdı.Bu təbəqə yerdə həyatının mövcud olması üçün ilkin şərtlərdən biridir.Atmosfer qatı yarandıqdan sonra təsəvvürlər məhz bu dövrdən sonra başlanır.
Abiogenez
Bu təsəvvür qədim yunan inanc sistemlərindən gəlir.Başqa adla desək , “ spontan generezasiyası “ adlandırılan bu təsəvvürdə canlıların cansızdan gəlməsi iddiası ortaya atılırdı.16 –cı əsrdən sonra yenidən parlayan bu inancı təsdiq etmək üçün o dövrdə qəbul edilən kirli köynəkdən siçan , köhnəlmiş ətdən isə milçək yarandığı ortaya atılırdı.Hətta van Helmenton 21 günə kirli köynəyin üzrinə buğda tökməklə canlı varlıq yaradacağı iddiasınıda ortaya atmışdır.
Lakin 19-cu əsrdə Lui Paster ətin üzərində əmələ gələn qurdların milçəklərin ayaqlarında daşıdığı yumurtaların olduğunu, cansızdan canlı yarana bilməyəcəyini ortaya atdı.Bu o dövrdə böyük səs gətirdi.
Həmçinin barterologiya elminin əsasını qoydu .Daha sonralar bakteriyaların bioloji proseslərdə mühüm rol oynadığını , redusentlərin qida zəncirində önəmli paya sahib olduqları məlum olacaqdı.
Naturualist
Bu təsəvvür 2 hissədən : hetrotrof və avtotrof dan ibarətdir.
Avtotrof təsəvvür abiogenez təsəvvürə çox bənziyir.Burda proseslər daha ləng getmiş və canzıdan canlı yaranmışdır.
Hetrotrof təsəvvürdə isə canlıların təbiət hadisələrindən,təsadüfən yaranmasını dəsdəkləyir. Bu bizim hamımızın bildiyi “ Təkamül “ nəzəriyyəsi bu təsəvvürə söykənir.Avtotrofdan fərqli olaraq heterotrof təsəvvürdə proses daha sürətli getmişdir.
Erazm Darvinin əsasını qoyduğu “ Təkamül mexanizm “ daha sonra Batista Lamark tərəfindən inkişaf etdirilmişdir.Onun elmə gətirdiyi “adabtasiya” ( ətraf mühitin orqanizmə təsiri ) bu gündə elm dünyasında qəbul edilir.Lakin, Lamarkın qeyd etdiyi adabtasiya nisbətən fərqliydi.O , keçilərin ağacın yarpağını yemək üçün çalışması sonda zürafələrin yaranmasına səbəb oldu.Məlum olduğu kimi ətraf mühitin orqanizmə təsiri variasiyalara ( müxtəlifliklərə ) səbəb olsada , bu sadəcə növ daxilində dəyişiliklərə səbəb ola bilər.G.Mendelin əsasını qoyduğu genetika elminə bu ziddir.Yəni bir at nə qədər təsirə məruz qalsada heç bir güc onun genetik kodlarını dəyişib onu ceyran etməz.Sadəcə atın başqa bir növü yaranar.
Charles Robert Darvinin Beagle gəmisində 5 illik səyahətindən topladığı məlumatların onun düşüncələrin dəyişilməsində və formalaşmasında çox böyük bir rol oynadı.Kilsədə təhsil alsada daha sonralar onu nəzəriyyəsi onu dünyada ateist biri kimi tanıtdı.
Qalapakos adalarındakı tutuquşularn müxtəlifliyi onu heyrətə gətirmişdi.İngiltərəyə qayıtdıqdan sonra əl yazmalarını kitab halına gətirdi.1859-cu ildə çap olunun “ canlıların mənşəyi “ kitabı ilə nautralist təsəvvürün uzun müddət elm dünyasında hakim olmasına səbəb oldu.Bu kitabla ilk hüceyrənin yaranmasını təbiət hadisələri ilə əlaqələndirməyə çalışan Darvin 1871-ci ildəki kitabı ilə isə canlıların ali sinifi sayılan insanın meymundan yaranması iddiasını ortaya atdı.
20-ci əsrdə elmin inkişaf etməsi bu nəzəriyydə boşluqların olmasını ortaya çıxardı.Hətta Müllər təcrübəsi ilə cansızdan canlı yaratdığını iddia etsədə daha sonra öz təcrübəsində canlıların var olması üçün vacib sayılan amino asit və proteinlərin əlavə etdiyini burada bir saxtakarlığın yatdığını etiraf etdi.
Hüceyrə elektron mikrobsobların yaranması ilə nə qədər mürəkkəb bir qurluşa sahib olması müəyyən olundu.Darvinin dövründə ləkə kimi görünən hüceyrə əslində Nyu-York qədər qarmaşıqlığa sahibdir.Belə ki , hüceyrə daxilində enerji yaradılması , kənardan daxil olan maddənin yoxlanılması ,nüvəsində dünyanın ən böyük kitabxanası sayılan Birtish kitabxanasından 40 dəfə çox ( 250 min kitab sayı olan kitabxana DNT də isə 1 milyon kitab sayı ) məlumatı özündə saxlaya bilən məlumat bankı və s. kimi xüsusiyyətlərə sahibdir.
Riyazi ehtimallara söykənsək , o zaman canlının təsadüfən yaranma ehtimalı 10950 olar.Ehtimal nəzəriyyəsində isə 1050 və ondan daha böyük rəqəmlər mümkünsüz hesab olunur.
1953-cü ildə Francis Crick və Jons Watson genetik daşıyıcı olan DNT-ni kəşf etdilər.Darvinin tərəfdarı olan Crick daha sonralar bu kəşfinə Nobel mükafatı alacaqdı.Bu kəşf Təkamüllə açıqlanması mümkün olmayan tərəfləri vardı.Zəncirvari görnüşə sahib olan DNT və onun yaranmasında köməklik edən tək zəncirə sahib olan RNT.Ən böyük suallar DNT –in ətrafında cəmlənmişdi. Bu qədər məlumatı özündə saxlayan nanometr ölçüyə sahib olan DNT -ə necə sığışdırılmışdı ?
Əgər bir çay qaşığında DNT –ləri yığsaq o zaman dünya tarixində çap olunan bütün kitablardakı məlumatları yerləşdirmək mümkündür.A( atenin),T(Timin ),C(sitozin ),G( quanin) həriflərindən ibarət olan DNT bu həriflərin müxtəlif düzlüşü ilə müxtəlif məlumatları əks etdirir.
Sadə izahla başa düşmək üçün iki insan ağlımızda canlandıraq: Əli və Vəli.Əli uzun,kök,ağ dəriyə,qəhvəyi rəngli saça sahibdir.Vəli isə qısa boy,arıq,qara dəriyə, qara rəngli saça sahibdir.Onları bu qədər bir-birindən fərqli qılan şey sadəcə həriflərin müxtəlif düzlüşüdür.Hətta Əlinin 25 Vəlinin isə 60 yaşında hansı xarici görkəm alması məlumdur.Finlandiya alimlərinin tətqiqatları nəticəsində məlumdur ki , cinayətkar olacaq bir uşağın hüceyrə nüvəsində bu məlumatlar kodlanmışdır.
Aleksandr Oparin tərəfindən inkişaf etdirilən neodarvinzm elmə yeni bir termin gətirdi - ”Mutasiya“.Xeyrli və zərərli mutasiya olaraq iki hissəyə ayrılan bu termin əslində xeyrli mutasiyanın olmadığı məlum oldu.Meyvə milçəyinə radiasya ilə edilən mutasiya ayaqları başında çıxan , əksik ayaqlı və s.kimi anormal milçəklər yarandı.Ən yaxşı halda DNT-ə təsirsiz ola bilər.
Qısa olsada məumat verdik və müasir dövrdə hələdə çox sirri özündə saxlayan DNT təsadüflərlə izah olunması elm dünyası üçün məqsədə uyğun deyil.
1871-ci ildə Darvin kitabında canlıların ilkin olaraq, suda yarandığını sonra suda- quruda yaşayanlar onlar isə təkamül keçərək quruda yaşayan canlı sistem inkişaf mexanizmini bu cür göstərdi.DNT-dən məlum olduğu kimi canlıların dəyişməsi mümkün deyil.Dəyişiklər isə , onların mutasiyaya uğramasına səbəb olur.Digər tərəfdən isə , əgər xeyirli mutasiyanın olduğunu fərz edək , o zaman canlılar dəyişiklərə uğramalı ara keçid formaları yaranmalı idi.Onların qalıqlarının – fosillərin tapılmalı idi.Bu günə kimi 360 milyondan çox fosil tapılmış bunların heç birir ara keçid forması olmadığı məlumdur.Neodarvinistlərin önə sürdüyü arxeopteriks və solekant balığı ara keçid forması olması iddiasını irəli sürdülər.
Arxiotrepks 150 milyon il bundan əvvəl yaşayan nəsli kəsilmiş quş növüdür.Bunu dinazovrlardan ayrılan yarı quş kimi qələmə verirdilər.
Fosilə baxıldıqda uçmasına imkan verən döş qəfəsinin altında yerləşən döş sümüyünə asimmetrik tük qurluşuna sahib olması bir quş növü olduğunu göstərir.
Solekant balığı 1938-ci ildə Hind okeanında tapıldı.Sudan quruya keçən ilk balıq növü kimi qeyd edilən bu balıq tapıldıqdan sonra başqa balıqlardan fərqlənməyən , okeanın dibində yaşayan bir balıq növü olması artıq məlumdur.Qeyd edək ki , tapılan fosilinin yaşı 400 milyon ildir.
Panspermiya
Bu görüşə ilk inanan Anaqsaqros olmuşdur.1743-cü ildə Benoit de Maillet bu nəzəriyyəni genişləndirmişdir.O kosmosdan gələn mikrobların okeanlara düşüb orada tək hüceyrəlilər,sonra balıqlara,sürünənlər və ən sonda məməlilərin yaranmasına səbəb olduğunu iddia edirdi.
1903 –cü ildə norveçli alim Svento Arintinus tərəfindən yenidən elmə gətirildi.
Aparılan tədqiqatlar da məumdur ki , yer kürəsinə düşən göy cisimlərində su kristalları , həmçinin amino asitlərə rast gəlindi.Lakin 1 sadə bakteriyanın mövcud olması üçün 2000 amino asitəin müəyyən düzlüşü vacib şərtdir.Həmçinin prtotein olmadan amino asit , amino asit olmadan protein mövcud ola bilməz.Hər ikisinin eyni anda mövcud olmalıdır. Bu məsələ sual altındadır.
Əgər canlının gəldiyini təsəvvür etsək , o zaman canlının mövcud olması üçün şəraitin olmadığını görərik.Belə ki , bildiyimiz kimi astroidlərin yer kürəsinə kütləvi hücm etdiyi dövrdə atmosfer mövcud olmamış yüksək temperatur və radiasya hüceyrənin çoxalması üçün uyğun olan şərait deyil.
Əgər uyğun şərait olan yerə çatsa belə kainatdakı yüksək və aşağı temperatur , yüksək radiasya onu məhv etməlidir.
Elm inkişaf etdikcə təsəvvürlər həm təkzib olunur həmdə təsdiq olunur.Reallıq isə öz gizliyində qalır.Biz inkişaf edən elm dövründə,atalarımızın necə yarandığını nə atalarımız bilir nədəki biz.