Gənc müəllimlər dilimizin keşiyində
2023-cü ilin oktyavr ayında Azərbaycan Gənclər Fondu/Azerbaijan Youth Foundation tərəfindən elan edilən Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsində “Gənc müəllimlər dilimizin keşiyində” layihəsi qalib olmuşdur.
Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.
Layihənin əsas məqsədi Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc müəllimlər arasında natiqlik, ünsiyyət təlimləri, rubrika və debat turniri təşkil etməkdir.
Layihədə iştirak etmək istəyən müəllimlər müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Son qeydiyyat tarixi: 14 dekabr 2023-cü il.
Qeyd: Hər regionda 3 saat olmaqla 3 təlim keçiriləcəkdir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur