DMT və ya Ruh molekulu
Ruh molekulu
”Qaranlıqda oturanlar həqiqi işığı görərlər “
Hz.İsa
Çıxılan hər yolun öz məqsədi,öz qayəsi var.Bizimdə məqsədimiz insanlıq var olandan axtarışında olduğu həqiqətin özüdür.Həqiqət anlayışı fərdə görə dəyişdiyini,nisbi olduğu hər kəsə məlumdur.Axtarmaqda olduğumuz şey isə hərkəsin ortaq həqiqətidir.Bu ortaq həqiqətin tapılmasında mistik,bir az fəlsəfə bəlkə də bir az elm kömək edə bilər ?
Həqiqət axtarışımızın ilk dayanacağı Epifiz vəzisidir.Gəlin ona bir daha yaxından baxaq.
Epifiz vəzisi uzunluğu 5-8 mm ,çəkisi 100-180 mlq olan bu kiçik orqan təxminin mərcimək boydadır.Beyin iki yarım kürəsinin tam ortasında yerləşən vəzinin digər vəziləridən fərqləndirən ilk xüsusiyyəti yerləşdiyi yerdir.İki beyin yarım kürəsinin tam ortasında yerləib,simmetrik olaraq çütü yoxdur ,yəni təkdir.Ən kiçik orqanızmız olduğu halda ,böyrəkdən sonra ən çox qan alan orqandır.Görünüş olaraq isə gözə çox bənzəyir və gözün sahib olduğu retinalara sahibdir ,eyni tərkibli mayeyə sahibdir,göz kimi dəri vasitəsilə işığa reaksiya verir.Arxadan kimsə bizə işıq tutanda bunu epifiz vəzisinin verdiyi reaksiya nəticəsində hiss edirik.(Bioloji sahə yeni öyrənilməkdə olan bölmədir.Bizə arxadan kimsə baxdığını hiss etməyimizin səbəbi bilməyimiz üçün,bu sahənin inkişafa ehtiyaca var).Epifiz vəzisi bədənin su,cinsəl istək,aclıq ,yaşlanma ilə bağlı olan hipotalamus ilə uyğunlaşaraq işləyir.Hipotalamus və hipofiz vəzi vasitəsilə hormonal yolla cinsiyyət üzvlərinin endokrin funksiyasını tormozlayır.
Bu vəzi keçən əsrin ortalarında ,daha dəqiq desək 1958-ci ildən sonra daha ciddi araşdırılmağa başladı.Henri Manson epifiz vəzisindən melatonin hormonu ayrıması ilə epifiz vəzisini elm gündıminə gətirdi.Burda kiçik sevinc yarandı bəlkədə,bizim elm və tibb ən yüksək səviyyəsində olduğu üçün onu ilk biz kəşf etdik.Amma bu heç də belə deyil.İlk bu vəzinin kəşfi e.ə 3 cü əsrdə Misirli anatomiyanın atası sayılan Herofil tərəfindən araşdırılmışdır.Fikrin axını tənzimləyən büzülmüş əzələ deyib.Və beləliklə, birinci araşdırılma dövrü başladı.Misirlər buna Horoson gözü ( Vicdanını qapamayan göz ) deyirdi.
Avropanın qaranlıq dövrünü aşdıqdan sonra incəsənət və elm sıçrayış dövrü yaşadı.Dekart bu vəzi haqqında ruh və bədənin birləşdiyi yer olaraq qeyd edirdi.(Dualizmin ən böyük dəstəkçilərindəndir).Onun davamçıları isə şüurun burda olduğunu söylədilər.
Hətta Volterin Epifiz vəzisini anlamaq üçün bəzi araşdırmalar və təcrübələr etdiyi məlumdur.
Ən kiçik və ilk yaranan orqanımız haqqında Leonardo Da Vinçi isə insan ruhunun üçüncü gözündə olduğuna inanırdı.
İkinci araşdırma dövrü Rudolf Albert 1850-də epifiz vəzisini araşdırmaqla başlatdı. 1886-cı ildə iki mikro anatomiya mütəxəssisi H.W. De Graff və E. Baldwin Spencer, bir-birlərindən xəbərsiz araşdırmalarında epifiz vəzinin göz retinalarına sahib olduğu aşkar olundu.Sonrakı araşdırmalar isə vəzinin ətraf mühitdəki işığa reaksiya verdiyi sübut olundu.
Üçüncü dövr araşdırmalarında məlum olub ki,Epifiz yalnız insanlarda yox,həmçinin heyvanlarda mövcuddur.Və bu onların həyatları üçün vacibdir.1918-ci ildə itlərin və qurbağaların epifiz vəzilərinin gözləri ilə eyni retinaya sahib olduğu məlum oldu.1958-cil təcrübələrində isə heyvanlardakı ətraf mühitə kamuflaj xarakterini xarakterini verdiyi məlum oldu.Həmçinin heyvanın əsəblərini idarə edir.
Heyvanların zəlzələni bu heyvanların bu vəzinin hesabına bildiyi fərz edilir.Fəlakət olmadan əvvəl torpaq elektro maqnit dalğa yaymağa başlayır.Bu siqnallar heyvanların titrəşim frekansını görərək xəbərdar edir.Beləliklə,təhlükəli ərazidən uzaqlaşırlar.
Görünüş olaraq şam qozasına bənzədiyi üçün latın diindən pinealis (şam) sözündən götürülmüşdür.Bu oxşarlıqdan istifadə edib vəzini Misirlilərdə,Qədim Yunan və Şumerlərdə,Buddanın heykəlində ,Mason lojlarında,Vatikan meydanında və papanın hasasında və hətta Hitlerin iş otağında belə görmək olar.
Və bilməliyik ki, bizim gündəlik həyat tərzimiz Epifiz vəzisinə neqativ təsir edir.Diş məcunu,sularda,hazır qıdalar və qazlı sularda onun bərkiməsinə, öz işini görməsinə əngəl olmaqdadır.xüsusəndə diş məcnun tərkibində olan sodyum-flor kirekləşməsinə səbəb olur.( 1990-cı illərin sonlarında Jennifer Luke adlı bir alim natrium flüoridin pinealın təsirinə dair ilk araşdırmalara başladı. Luka beynin ortasında yerləşən pineal bezin flüorid üçün hədəf olduğunu bildirdi.)
Burda A yumuşaq,B isə bərkimiş halıdır.
Bərkiməsi hormon ifrazını aşağı salmaqla bərabər,həmdə psixoloji və mənəvi potensialı aşağı salır.Bəzi hipotezlərə görə qəsdən edilmişdir.Məqsəd isə kütlələrin idarə edilməsinin asanlaşmasıdır.Sual verməyən,hər əmri sorğusuz-sualsız icra edən kütlə hər bir siyasətçinin işinə yarayır.İkinci dünya müharibəsində Amerika əsgərlərinin sularına qatıldığı təxmin edilir.
Epifiz vəzisi üç hormon ifraz edir.Melatonin,Seratonin və Dmt ( Dimetiltritomin).
Yuxarıdada qeyd etdiyimiz kimi ifraz etdiyi 3 horman hər biri bizim sağlam yaşam tərzimiz üçün vacibdir.Melatonin bizi xəstəliklərdən qorumaqdan savayı,yuxu rejimizi idarə edir.Saat 11dən səhər 5-ə kimi ifraz olunan bu hormon, gecə 3-də ən yüksək səviyyəyə çatır.Məsləhətdir ki,bu saatlarda yuxuda olsun insan.Bu həmçinin bizi xərçəng kimi xəstəlikdən və mədə-bağırsaq qoruyur.Bu saatlarda işıqlı yerdə olan insanları 11 dəfə çox ehitimalla xərçəng tutduqları məlumdur.İşıqlı ölkələrdə olan insanların qaranlıqda olan insanlarla müqasiyədə 24 dəfə çox xərçəngə tutulduğu məlumdur.Həmçinin kor insanların normal insandan xərçəng tutulması 24 dəfə aşağıdır.
İşığa həssas olduğu üçün bioloji saat rolunu oynayır.Melatoniin normal ifraz olunması həmçinin yuxularımızı dəqiq xatırlamağımıza səbəb olur.Heyvanlarda mövsüm dəyişmələrni melatonin hesabına dərk edir.
Melatonin siçanlar üzərində aparılan təcrübədə məlum olub ki,onların ömürlərini 20 % artırıb.Hal-hazırda Amerikada ömürü uzatmaq üçün melatonin qəbul edilir.
Serotonin el arasında xoşbəxtlik hormonu kimi tanınır.Azlığı bizdə depressiv xəstəliklərə gətirib çıxara bilir.Həmçinin öyrənmək və yaddaşa təsir edir.Serotin vasitəsilə Mərkəzi ( Simpatik ) sinir sisteminə təsir edir.
Digər hormon isə,baş qəhramanımız,Epifiz vəzini bu qədər edir məhşur edən DMT yada ruh molkuludur.DMT-nin normadan çox olması psixiqi,az olması isə dünyanı sönük ,düz və boz görməyimizə səbəb olur.Normadan çox ifraz olunmasına peyğəmbər xəstəliyi də deyilir.
Xəyali dünyaya keçid təşkil etdiyi üçün ruh yada həqiqət molekulu deyilir.Epifiz vəzisində ifraz olunub ,qaraciyərdə moniamin oksidos deyilən enzim tərəfindən həll olunur.DMT hər canlıda mövcuddur.Hətta heyvanlarda insanlardan daha çox ifraz olunur.Bu səbəblədə bizim görmədiyimiz varlıqları gördükləri təxmin edilir.Bütün canlılarda olma səbəbini və işləmə prinsipini tam olaraq bilmir.”DMT-nin insan bədənində,bitki və məməlilərdəki funksiyası nədir ? ”, günümüzün ən vacib suallarından birirdir.
Uşaqlar 4-5 yaşına çatdıqda DMT öz inkişafını dayandırır.Bu səbəbdən o yaşdakı uşaqlar başqa varlıqlar gödüklərini,pis adamları tez sezdikləri düşünülür.Uşaqlar bəzən görmədiyimiz varlıqlarla dostluq edirlər.Bunun ən böyük fərziyyəsi uşaqların çox ölçülü mühitdə yaşamasıdır.Buna səbəb seratonin melatoninə çevrilməsidir.Xoşbəxtlik anı hipotalamusun fəaliyyətini zəiflədir.7-8 yaşına çatdıqda isə hipotalamusu rahat buraxıb,onun üstündəki gücü itirir.
12 yaşına çatdıqda isə epifiz tamamilə kiçilir.Beləliklə seratonin və melatonin ifrazı azalır.Yeniyetmə dövründə şəhvət hissləri artdığı üçün daha da kiçilir.Və nəticədə digər ölçülü dünya ilə əlaqəsini itirir.
DMT horman vacibliyi min illərdir insanlar fərqindədir.Bu səbəbdəndir ki,şamanlardan qalma,bu gün amazonluların ( Xüsusən Brazilya ) keçirdiyi dini mərazimləri DMT-ini artırıb trans vəziyyətinə keçirlər.Ayavaska bitkisinin tərkibindəki ifrat dərəcədə DMT olması insanı trans vəziyyətinə salır.El arasında buna üçüncü gözün açılması deyilir.Dəmlənib çayı içildikdən sonra 30 dəqiqə sonra təsir edib,3-4 saat trans vəziyyətində saxlayır.Bəzi tədqiqatçılar sonrakı günlərdə şəxsin öyrənmə eşqi artır,sevgi dolu olur və məna dünyasında olduqlarını qeyd edirlər.Bəziləridə ətrafdakı rənglərin dolğunluğu və ən əsasıda ortaq dedikləri bir söz var ,” Hər şey birdir “ .Zamanın öz mənasını itirdiyi ilahi məkandır.
Bəziləri trans anında özlərini bildikləri,yenidən doğulduqlarını deyirlər.Və hər biri şüurun insandan xaricdə olduğunu,dünyada olmadığını ,bizi idarə edən şüurun və illuziyanı görürlər.
Bu trans halını yaşayanlardan biri belə yazır : ” Öldüyümü düşündüm.Ağ buludlar gördüm.Mələklər gördüm .
DMT –nin içindən keçib kainata açıldım.Mən mən deyiləm.Həm heçnəyəm,həm də hərşeyəm.Keçmiş və gələcək yoxdur.Ağ-qara işıqdan başqa heç nə.Bu işıqlar günəşdən gələn işıqlara bənzəyir.Görünən işığın içindən ,çölündən hər yerdə olursan.Var olan sadəcə öz,sadəcə ruh”.
Bu yaşanan hissslər mənə Fountion filmini xatırlatdı.Bu filmdə dünyanın maddiyatına köklənən həkim ,ölüm və həqiqəti,həmçinin mayalıların fəlsəfəsini dərk edib bunu hər zərrəsinə qədər yaşayan həyat yoldaşı baş rollardadır.Həyat yoldaşının vəfatından sonra tamamlamadığı romanı tamamlamasını istəyir.Bilmədiyi şeyi tamamlaya bilmədiyini deyəndə həyatı yoldaşı qısa olaraq ,” Tamamlayacaqsan.Biləcəksən“ deyir.Digər dünyada bu yarım qalan romanda tamamlanmağı gözləyən adam,həmçinin bu adam mənəvi dünyanı dərk etməyə çalışan rahibdir.Filmin tam fəlsəfəsi yalnız rejisor Daren Aronofski ( Yəhudi mənşəli ) məlumdur.3 paralel dünyada olan Hay Cekman film sonunda axtardığı şeyin nə olduğunu anlayıb romanı tamamlayır və nirvanaya çadır.
Bu halisonegen maddələr bizi trans halına salır və görmədiyimiz varlıqları görə bildiklərini qeyd edirlər.Sözlərlə ifadə edə bilmədikləri bu halda hər biri işıqlı dəhlizdən keçib yol getdiklərini ,hər gedişlərindən özlərindən bir şey itirdiklərini ,və ən vacibi hər şeyin bir olmasını,özünüdə o birin içində olduğunu qeyd edir.
Fərz edək iki nəfər gözünə eynək geyinib simulasiya aləmində tenis oynayırlar.Müşahidəçəyə görə xeyr oynamırlar,amma tenisçilər üçün bu belə deyil.Onlar həqiqətən tenis oynayırlar ?
Yalnız ayavaska bitkisinin tərkibində deyil,qarğa qamışı ,üzərlik toxumu,Yaponiya sahillərində bəzi yosunlar,tünd şoklad kimi qidalarda,almaq sirkəsi DMT-ni yüksəldir.
DMT artıran vasitələr içərsində diqqətimi isə əlimizin çata biləcəyi üzərlik toxumu diqqətimi çəkdi.Mövlanə ,“ Üzərlik gəldi qaranlığı örtdü,həqiqət üzə çıxdı” boşuna deməyib yəqin ki.Sufilər üçüncü gözlərini açmaq üçün,yəni epifiz vəzinin daha çox DMT ifraz etməsi üçün 40 gün qaranlıq otaq qalırdılar.Və beləliklə,40 günün sonunda dünyaya birdə əvvəlki kimi baxmırdılar.Həmçinin neyi qarğa qamışıdan hazırlayırlar.Qarğa qamışı yüksək DMT-ə sahibdir.
Bəzi mənbələrdə qeyd olunur ki,əgər kənardan qəbul olunan,DMT həddən çox olarsa beynin ön payının plan qurma işindən məsul olan Frontal lobu kiçiltdiyi müşahidə olunmuşdur.İlk əvvəldən daxildən gəlməsi vacibdir.Məsələn eqolu biri bunu qəbul edəndə,eqosundan qaynaqlandığını düşünəcək.Ariflərdə insanın bu dünyaya keçmək üçün daxilindən gəlməsini tərəfindələr.Məsələn testestron daxilindən gəldikdə ürək və əzələyə faydal olduğu halda ,kənardan qəbul olunan testestron ürək problemi yaradır.Yəni necə ki,Ustaya aydınlanmaq istəyən tələbəsinə əvvəl qabları yumalısan.
Bu hormon dəniz səviyyəsindən yüksəkdə daha çox ifraz olunduğu üçün məbədlər daha yüksəklərdə tikilirdi. Digər mistik məlumat kimi qeyd etsək Tibetlərin ölülər kitabından bəhs edəciyik.Tibet ölülər kitabında 49 gündən sonra başqqa bədənə rekarnasiya olur.Ana qarnında uşağın 49 gündə yaranır epifiz vəzisi.
Hindlilərin iki qaşının ortasındakı işərə üçüncü gözü təmsil edir.Prana adını verdikləri yaşam gücü ,epifiz vəzisindən yatdığına inaınırlar.
Meditasiya isə hərkət olaraq kənardan alınan üsuludur.Daha doğrusu hərəkətsizlik.Gözləri bağlayıb bütün diqqəti üçüncü gözə vermək faydalı olduğu fərz edilir.
Və maraqlıdır ki,DMT ən çox ifrazatını ölüm və doğum anında ifraz olunur.Həmçinin ləng yuxus fazasında da ifrazatı adi vaxtdan yüksək olur.Bu səbəbdən doğulan uşaq,ölən insan görmədiyimiz varlıqları görə bilirlər.Və bu məsələ materialst yanaşma ilə sadəcə hormon ifrazı kimi baxa bilərik.Bəs həqiqət bizim gördüyümüz yox onların gördüyüdürsə ?
Bunu yaşayarkən bilmək üçün “ ölmədən ölmək “ ,dediklərini yaşamalı olduğumuzu düşünürük.Və bilməliyik ki,görən göz deyil.
Matrix filminə hər birimiz baxmışıq.Filmin canı olan ağ səhnəni xatırladınız ? Neo proqram vasitəsilə Morefeusun yanına gətirlir.Geyimi və saçı dəyişən Neo təəcüb içindədir.Daha sonra əlini divana vuraraq soruşur ,” Həqiqətdir bu ?” ,O isə deyir ? “ Həqiqət nədir ? Həqiqət sənin beynininə ötürülən elektrik siqnallarından ibarətdir.”
( Bu məsələyə yaxın olan telepatiya dünyasından bəlkə bir neçə adamın adını çəksəm yerinə düşər.Bunlardan biri Stefan Ossoveskidir.1895-ci ildə Sank-Peterburqda böyük əşyaları zehin gücü ilə hərəkət elətdirə bilirdi.Təhsil aldıqdan sonra süpriz şüur halını öyrəndi.
Digər Vanga.Yəqin onun haqqında tanışlıq verməyə dəyməz.Digər insan isə Nikola Tesladır.Onun barəsində digər məqalədə ətraflı məlumat almaq mümkündür.)
Məsələnin ikinci tərəfinə baxaq.Bu tərəf idealizm fəlsəfəsidir.Uzun illər,əsrlər görən bu fəlsəfə çox dərin və maraqlı iddiaları ilə çox insanı təəcübləndirməkdədir.Bu fəlsəfəyə qısaca göz gəzdirək.İlk tərəfdarı Ksenofon olan bu cəryanın ən məhşur tərəfdarı Platondur.Var olan hər şeyin həqiqətin kölgəsi olduğunu qeyd edir.Həqiqət isə bizim görmədiyimiz ,lakin orda olan bir ideyadan bəhs edir.Bu ideya adnını daşıdığı kimi mükəmməl bir şeydən bəhs olunur. Yəni gördüyüm hər bir nəsnə həqiqi deyil.Bu fikrin qarşısında duran,onu qəbul etməyən tərəf Realizmin emprik düşüncəsidir.Yəni bizim görmədiyimiz ,hiss üvzlərimizlə hiss etmədiyimiz heç bir şey mövcud deyil.Var olan onun yansıması ,kölgəsi deyil.(Kant,Tomas Aquinas,Con Loki,Corc Berkli,Devid Hyum kimi filosoflar idealist olublar ).
İdeyalizmin Çox maraqlı fikirlərin təməl və ən güclü elm mənbəsi olan kvant dünyasıdır.Çox çətin və dərin elmi canında olan bu elmdən qısaca danışası olsaq ,deyə bilərik ki kvant atomlar barəsində elmdir.Maksvelin işıqların fotonlarının xarakterini araşdırarkən kvant dünyasına giriş etmiş oldu.Aşkar etmişdir ki,işıq özünü dalğa kimi aparır.Daha sonra 1900-cü ildə Maks Plank işıqların rəng spektorlarının dəyişməsini öyrənərkən bilmədən əsrimizə kvnat anlayışı soxdu və anlayışı özü qəbul etməsə belə bu iş üzrə nobel mükafatını alan ilk insan oldu.Enerjinin davamlı deyil,kəsiklərdən ibarətdir.Nils Bor və tərəfdarları işə qoşulduqda yeni-yeni filkirlər ortaya atılır.(Ən məhşuru atom çüt atomu ilə əlaqəsinin olması).Bu fikirlər isə Eynşteyn mənasız qəbul etdi.İşığın nə olması haqqında araşdırmalarda Eynşteyn dəstəsinin əks tərəfində Luis De Boryagl vardı.O isə tədqiqatlarda ortaya çıxardığı ən maraqlı məsələ işığın həm dalğa,həm də maddə olmasıydı.Bu teorimin təcrübü olaraq sübüutu isə Nils Bor tərəfindən olundu.”Çüt yarıq təcrübəsi isə bir deşikdən löhvəyə elektronlar atılır.Lövhədə 1 düz xətt,2-ci yarıqdan keçdikdə isə 2 düz xətt yerinə bir neçə düz xətt yaranır və elm adamlarını bir adama düşünməyə vadar edir. Axı bu xarakter dalğaya məxsusdur .
Və bundan sonra Eynşteyn ,” Ay mən baxmayanda yoxdursa,fizika anlayışımı tamam dəyişər.Bu isə mənim xoşuma gəlməz “. Daha məsələ daha da böyüyüb elm adamlarını iki yerə böldü. Onların dünyasının bizimkindən fərqli olan bu dünyada hərkət mexanizmini müşahidə etmək çətin məsələdir.Atom müşahidəçi baxdıqda maddə,baxmadıqda dalğa xarakterinə sahibdir.Bu təəcüblü elmi fakt bizə birdə gördüyümüz hər şeyin gördüyümüz kimi olmadığını qənaətinə gəlirik.Və digər biologiya bizə gözün qəbul etdiyi dalğalardan ibarət olduğu bütün rənglər əsl dünyada rəngsiz imiş.Yəni beynimizin və atomların bizə oynadığı illuziyanın içində haqqımız çatırmı DMT ə sadəcə bir harmon kimi baxmaq.Niyədə həqiqəti bizə göstərən qapı olmasın ki ? Bəlkə dünya elə belədir ?
Demək Eksüperi demişkən,Gözlər kordur,insan qəlbi ilə baxdığı zaman görər.Nə üçün maddi dünya illuziyası bizə bu həqiqi gəlir ? Bəlkə qəlb gözümüzə bir şans verək. Və bilməliyik ki,həqiqəti görmək görünməz,necə ki musiqi sözlərində dediyi kimi ,” Gözəl şeylər gözlə görünməz,görmək üçün gözlərini yum “.