ermeni-filminde-qarabag-movzusu
Müəllif: Elza Axundova /Tarix: 2022-05-19 /Oxunma Sayı: 571

Erməni filmində Qarabağ mövzusu

Erməni filmində Qarabağ mövzusu

45 gün millət üçün mübarizə filmi Emile Ghessen tərəfindən müharibə dövründə lentə alınmış 2021 ci ilin avqust ayında isə ilk dəfə Ermənistanın İrəvan şəhərində nümayiş etdirilmişdir. Mövzu etibarı ilə Dağlıq Qarabağ müharibəsini əks etdirən sənədli film janrın xüsusiyyətlərini özündə cəmləməklə yanaşı müharibə dövründə yaxınlarını itirmiş insanların psixoloji vəziyyətini dolğun şəkildə tamaşaçılara çatdıra bilib. Sözü gedən film rejissorun yaradıcılığında üçüncü ekran əsəridir. Film bir çox ölkələrdə marağa səbəb olmuş və oskara namizəd olaraq seçilmişdir. O zaman belə bir sual  yaranır: Film doğrudanmı həqiqəti əks etdirir? Bəs həqiqətdə hiyləyə yer varmı? O hiylə ki, məzlum donu geyib kinematoqrafiyanı dolaşmaqdadır.

İlk səhnələrində Osmanlı hükümdarı olan İkinci Abdul Həmidin adının saxta faktlara əsaslanaraq genosiddə hallanması filmin təbliğat xarakteri daşıdığını təsdiq edir. Əsl genosid filmdə dırnaq arası qəhrəman kimi göstərilən Monte Melkonyanın Xocalıda onlarla nəsli məhv etməsi deyilmi? Ən maraqlısı isə budur ki qondarma mövzuya xidmət edən bir film necə diqqət mərkəzində qalmaqla yanaşı Oskara namizəd seçildi? Əlbəttə ki erməni diasporası! Bu diasporanın ABŞ da güclü oldduğunu sübuta yetirən bir neçə səhnələrə də rast gəlmək olar. Məsələn filmin bir səhnəsində, Lon-Ancelesdə mövcud olan erməni icmasının etiraz çıxışları digər bir səhnəsində isə təsdiqini tapmayan genosidə Amerikanın şahidlik etdiyini söylənilməsi. Müsahibə səhnəsində  Erməni əsilli Amerika vətəndaşı olan Serj Tankinianın yaradıcılığında belə, uydurulmuş “Artsax” adlı musiqiyə rast gəlmək olur. Bu isə bizi saxlaşdırılmış tarixdən xəbərdar edir. Tarixin saxtalaşdırılması azmış kimi, Ölkə başçısı və Ali baş komandan İlham Əliyevin düşmənlə mübarizədə sarsıntı keçirməməsi üçün xalqa ünvanladığı şüarlar təcavüzkar mövqe kimi qələmə verilir. O şüar ki, övladından nigaran  neçə ananın  ürəyini ovudub, göz yaşlarına təskinlik verib.  Ən əsas məsələ isə filmin birtərəfli çəkilməsidir. Buna sübut olaraq film boyu yalnız erməni əsgər və əsirlərinin göstərilməsini qeyd ede bilərik. Heç bir səhnənin təsadüfi olmaması hətta orduda xidmət edən əsgərin “məzlum” mesajları erməni xislətini çılpaqlığı ilə əks etdirir.Diqqət çəkən məqamlardan biri isə mövcud olan  birtərəfin millətlərə qarşı aqresiyasıdır. Və bu aqresiyasa 1990 cı illərdən bu günə qədər nəsildən nəsilə ötürülərək davam edir. Torpaq uğrunda gedən mübarizəni daha sonralar din müharibəsi adlandıraraq dezinformasiya yaymağa çalışsalar da həqiqət dişi-dırnağı ilə üzə çıxa bilmişdir. Misal olaraq filmin ilk və son səhnələrində heç bir fakta əsaslanmadan Azərbaycan ordusu tərəfindən dağıdıldığı idda edilən kilsəni göstərmək olar. Digər tərəfdən fərqli olaraq Azərbaycan Respublikası bir sıra faktlar irəli sürür: Nazirliyin açıqlamasında vurğulanır ki,Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan ordusu tarixi, mədəni xüsusilə də dini tikililər və abidələri hədəfə almır. Kilsədəki dağıntılar haqda erməni KİV-lərinin yaydığı görüntüləri analiz edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, yayılan ilkin videogörüntülərdə kilsənin binasından qara tüstü çıxdığı göründüyü halda, kilsənin içindən yayılmış təsvirlərdə heç bir yanğın əlaməti yoxdur.Digər tərəfdən, binada zərbənin dəydiyi iddia olunan yerin təhlili və “Google Maps” üzərindən aparılan araşdırma göstərir ki, “zərbə” kilsənin binasının Azərbaycan tərəfinə yox, Ermənistan tərəfinə baxan hissəsindən “dəyib”   :Bütün bu faktlara rəğmən özlərini məzlum göstərərək beynəlxalq təşkilatlardan abidələrin qorunması üçün kömək istəyirlər. Son olaraq onu qeyd etmək yerinə düşər ki,   bu mövzuda  daha çox bizim film çəkmək haqqımızin olmasına baxmayaraq, Xocalıya kor olan dünyanın gözünü yenə də erməni hiyləsi “açmağı” bacardı.

 

Paylaş:

  1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin 2 ci kurs tələbəsi