Dünyanın Top 5 universiteti
Ölkəmizin hüdudlarından kənarda yerləşən ən yüksək göstəriciyə malik universitetlərin siyahısına baxaraq növbəti təhsilinizi harada alacağınızı müəyyən edə bilərsiniz. ABŞ-dan və Birləşmiş Krallıqdan olan bu universitetlər akademik tədqiqat fəaliyyətlərini, qlobal və regional nüfuzlarını ölçən 13 göstəriciyə əsasən sıralanmışdır.
- Harvard Universiteti
Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Universitetdə 9 fakültə fəaliyyət göstərir: İncəsənət və elmlər, Biznes, Dizayn, İlahiyyat, Təhsil, Dövlət İdarəetmə, Hüquq, Səhiyyə və Tibb məktəbi fakültələri. Harvard öz tələbələrinə təqaüd təklif edir həmçinin illik gəliri 65000 ABŞ dollarından az olan ailələrdən gələn tələbələrə təhsil tam pulsuzdur. Ümumiyyətlə,tələbələrin üçdə iki hissəsi təqaüdlə təhsil alır.
- Massaçusets Texnologiya Universiteti
1861-ci ildə qurulan Massaçusets Texnologiya İnstitutu, Boston yaxınlığında Massaçusets, Cambridgedə yerləşir və Çarlz çayı boyunca 1.6 km uzanan kampus şəhərciyinə malikdir. universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. Burada tələbələrin tədqiqat təcrübəsi əldə etməyi üçün çox geniş laboratoriyaları var. Onlardan ən əsası isə ABŞ-ın ən böyük universitet tədqiqat reaktorlarından biri olan MTU Nüvə Reaktor Laboratoriyasıdır.Universitetin nəzdində aeronavtika və astronavtika, antropologiya, memarlıq, biologiya mühəndisliyi, biologiya, kimya mühəndisliyi, kimya, mülki və ətraf mühitin mühafizəsi mühəndisliyi, müqayisəli media, beyin və şüur, yer, atmosfer, planetar, elektrik mühəndisliyi və kompüter, ədəbiyyat və humanizm elmləri, siyasi, ictimai elmlər, iqtisadiyyat, mühəndislik sistemləri bölgüsü, xarici dillər və ədəbiyyatlar, səhiyyə elmləri və texnologiyaları, tarix, ədəbiyyat, linqvistika və fəlsəfə, menecment, material elmlər mühəndisliyi, şəhərsalma elmləri və planlaşdırma, riyaziyyat, mexanika mühəndisliyi, media, musiqi və teatr incəsənəti, fizika bölmələri fəaliyyət göstərir.
- Stanford Universiteti
Stanford Universiteti 1885-ci ildə qurulmuşdur və San Franciscodan 30 mil cənubda Kaliforniyanın Körfəz Bölgəsində yerləşir. 8.180 hektar ərazini əhatə edən Stanford, 18 fənlərarası tədqiqat institutu və yeddi məktəbi olan ABŞ-ın ən böyük universitet şəhərciklərindən birinə sahibdir. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə – biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara, genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.
- Berkli Kaliforniya Universiteti
Berkeley və ya Kaliforniya olaraq da bilinən dövlət universiteti 1868-ci ildə qurulmuşdur. Universitetinin kampusu təxminən 5 km2 ərazini əhatə edir. Həmin ərazinin 3,2 km2 Ekologiya qoruğu, Botanika bağı və Strouberri Kanyonu istirahət mərkəzinə, 0,8 km2 Lourens Berkli Milli Laboratoriyasına aiddir. Berkli Kaliforniya Universitetində maddi durumu çətin olan tələbələrə təhsil haqlarını ödəmələri üçün kredit və təqaüdlər təklif edilir. Bununla yanaşı əlaçı, yaradıcı, istedadlı tələbələr də müxtəlif məbləğli təqaüd və mükafatlara layiq görülürlər.
- Oksford Universiteti
Oxford Universitetinin qurulmasının dəqiq tarixi məlum deyil, lakin universitetin kökləri ən azı 1096-cı ilə qədər uzanır. Oxford Londondan 60 mil şimal-qərbdə yerləşir. Oxford Universiteti mərkəzi bir universitetdən və 38 kollecdən ibarətdir. Hər bir kollec yemək salonu, ümumi otaq və kitabxana ilə təchiz olunmuşdur. Avropa Birliyinə daxil olmayan ölkələrdən olan tələbələr üçün təhsil xərcləri daha yüksəkdir. Universitet, akademik departament və kolleclər, onlarla xarici təşkilat magistr tələbələri üçün 900-dən çox təqaüd təmin etmişdir. Burada 100-dən artıq ixtisas üzrə təhsil almaq mümkündür.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur