azerbaycan-genc-muellimler-assosiasiyasinin-susanin-reqemsal-muellimleri-layihesi
Müəllif: Publisist.az /Tarix: 2022-02-16 /Oxunma Sayı: 550

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsi

“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinə start verilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən 2022-ci ilin Şuşa ili elan edilməsilə əlaqədar “Şuşanın Rəqəmsal Müəllimləri” adlı layihəyə start verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi distant təhsilin təşkili prosesində müəllimlərdə “Google for Education” platformasından istifadə bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Bakı və Şuşada keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində idarə heyətinin formalaşdırılması və təlimatlandırılması, layihənin təqdimatı və müəllimlərin seçimi, təlimə hazırlıq, ekspertlərin cəlbi və təlimlərin keçirilməsi, məktəbdaxili təlimlər və layihənin Şuşa şəhərində bağlanış mərasiminin təşkili planlaşdırılıb.

“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsi nəticəsində 30 müəllim bu texnologiyadan istifadə edəcək, əlavə 150 müəllim təlimlərdə iştirak edəcək, məktəbin rəqəmsallaşmasına dəstək vermək məqsədilə 10 məktəbdə 30 nəfər təlimatlanmış müəllim olacaq, onlar onlayn dərs metodikası və onlardan istifadə imkanlarını öyrənəcək və 10 məktəb google sinifdən istifadə etmək şansı qazanacaq, buraxılış siniflərinin nəticələrini analiz etmək və bunu idarə etmək mümkün olacaq, beynəlxalq məktəb təcrübəsinin dövlət məktəblərinə inteqrasiyasının əlçatanlığı təmin ediləcək, interaktiv dərslərin hazırlanması və tətbiqi təşkil olunacaq və rəqəmsal vətəndaşlıq və müsbət onlayn davranışı təşviq olunacaq.

Qeyd edək ki, “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinin fevralın 1-dən aprelin 30-na kimi keçirilməsi planlaşdırılıb.

Layihədə yalnız Şuşa məktəblərində çalışan müəllimlər iştirak edə bilər.

Qeydiyyat linki : https://lnkd.in/eprdebhN

 

Web saytın cPanelə yüklənməsi. video

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur