Sual&Cavab

Sual&Cavab

  1. image

    Rejissor Vaqif İbrahimoğlunun iş metodunun formalaşmasında hansı rejissorların rolu müəyyənləşdirilmişdir?

      Cavab

    1. image

      K.S.Stanislavski, A.D.Popov, Tofiq Kazımov

  1. Kino sənətinin bu qədər genişlənməsi və yayılması qarşısında teatr hələdə necəayaqda qalır?

      Cavab

    1. Çünki kino və teatr ayrı-ayrı sahələrdir. Məsələn, siz niyə fotoqrafiya varkən rəssamlıq da var deyə bilməzsiniz. Teatr canlı sənətdir. Qədim əcdadların ritual ayin və mərasimlərindən yaranıb. Kökləri sağlam və möhkəmdir. Misal olaraq, qədim Azərbaycanda mövsüm və mərasim göstərilərinin nümayiş olunması zamanı teatr elementləri kök salıb. İnsanların küçə və meydanlarda hər hansı bir dini ayini icra etməsi, Allahlara qurbanlar təşkil etməsi tamaşaların yaranması ilə nəticələnib. Bu əksər xalqlar üçün keçərlidir. Bu səbəbdən insanlar canlı olaraq təşkil etdikləri və ya iştirak etdikləri mərasim və nümayişlərdənfərqli zövqlər alırlar ki bu kinodan alınan zövqdən fərqlənir. Tutaq ki, Novruz bayramının qeyd olunması məişətdə olan teatral elementlərdir.