Sual&Cavab

Sual&Cavab

  1. image

    Single Page Application nədir?

      Cavab

    1. image

      Single Page Application – larda  routing - yəni səhifələr arası keçidin back-end hissəsində yox , JavaScript vasitəsi ilə müştəri tərəfdə yəni istifadəçi interfeysində qurulan veb saytlardır. Yuxarıda dediyimiz kimi əslində bir index səhifəsi var amma user interfeysde səhifələr arası keçidi router yerinə yetirdiyindən müştəridə çoxlu səhifə effekti yaradır. Bunun üçün komponent məntiqindən istifadə edilir. Routrlarda sizin verdiyiniz path(yollar) – və yenə sizin tərəfinizdən seçilən komponentləri müştəriyə göstərir. Bu da yeni bir səhifəyə keçid kimi görsənir. 

       

  1. image

    Scratch nədir?

      Cavab

    1. image

      Kiçik və orta sinif şagirdlərinin öyrənməsi üçün nəzərdə tutulmuş obyekt yönlü vizual proqramlaşdırma mühitidir. İlk kodları Squeak dilində yazılıb.İlk versiyası 2003-cü ildə Massaçusest Texnalogiya İnstitutunda “ Lifelong Kindergarten Group” tərəfindən işlənib hazırlanıb, ümumi istifadəyə isə 2007-ci ildə təqdim edili. Scratch dilinin əsasında Logo dilinin və Lego konstruktorunun ideyalarının inkişaf etdirilməsi dayanır. 

       

      Mənbə : Texno Blog

  1. image

    Framework nədir?

      Cavab

    1. image

      Framework (freymvork) proqram sisteminin strukturudur. Böyük proqram layihəsinin müxtəlif komponentlərinin işlənib hazırlanmasını və birləşdirilməsini asanlaşdıran proqram təminatıdır.
       
      Framework-lər çox yönlü, güclü və səmərəlidir, çünki onlar tez -tez bir neçə təcrübəli proqram mühəndisi və proqramçı tərəfindən  sınaqdan keçirilir və optimallaşdırılır. Framework olmazsa, bir tətbiqi  hazırlamaq üçün daha çox vaxt və səy tələb olunur.Yaxın funksiyaları olan alt proqramlar yığınını birləşdirən kitabxanalardan(LIBRARY) fərqli olaraq, framework çoxlu sayda müxtəlif təyinatlı kitabxanaları özündə saxlayır.
       
      Daha ətraflı : Texno Blog

  1. image

    Software nədir?

      Cavab

    1. image

      Software(Proqram Təminatı), kompüterləri işə salmaq və müəyyən vəzifələri yerinə yetirmək üçün istifadə olunan təlimatlar, məlumatlar və ya proqramlar toplusudur. Software(Proqram Təminatı), kompüterlərdə, cib telefonlarında, planşetlərdə və ya digər ağıllı cihazlarda işləyən kompüter proqramlarını müəyyənləşdirmək üçün istifadə olunan ümumi bir termindir. Məsələn, şəkilləri redaktə etməyə imkan verən "Photoshop", internetə çıxışı təmin edən "Chrome" və ya veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş PHP kimi.

      Daha Ətraflı : Texno Blog

  1. image

    User interface (istifadəçi interfeysi) nədir?

      Cavab

    1. image

      User interface (istifadəçi interfeysi)– kompüter proqramının istifadəçi ilə qarşılıqlı əlaqədə olma üsulu. İstifadəçi interfeysinin 3 önəmli növü var:

      1. Komanda dilləri. İstifadəçi göstərişləri klaviatura vasitəsilə verirsə və proqram məlumat sətirləri ilə cavab verirsə, proqram komanda sətri interfeysinə malikdir; məsələn, DOS, OS/2, yaxud VAX / VMS sistemlərində istifadəçi klaviaturadan dir komandasını verməklə faylların siyahısını əldə edə bilər.

      2. Menyular. Proqrama komandalar menyu sistemi vasitəsilə verilirsə, proqram menyu ilə idarəolunan interfeysə malikdir. Menyular hərdənbir istifadə edilən proqramlar üçün ideal olur, ancaq təcrübəli istifadəçilər onu çox yavaş hesab edə bilər.

      3. Qrafik mühitlər . Proqram informasiyanı qrafik formada göstərirsə və istifadəçi ilə qarşılıqlı əlaqədə olmaq üçün göstərici qurğu (məsələn: siçan ) tələb edirsə, o, qrafik istifadəçi interfeysinə malikdir. 

       

      Daha ətraflı: Texno Blog

  1. image

    Localhost Nədir?

      Cavab

    1. image

      Localhost, hazırda istifadə olunan kompüteri və ya onun ip ünvanını göstərir. Bu ünvan, uzaq bir kompüterlə əlaqəni hazırda istifadə olunan kompüterlə etmək lazım olduqda istifadə olunur. Eyni sistemdə həm server, həm də müştəri proqramları varsa (məsələn, veb serveri sınamaq üçün), URL 127.0.0.0/8 formatında, məsələn http://127.0.0.1/ və ya http: // localhost / ünvan sətirində istifadə edilə bilər.

      Kompüterin TCP / IP üzərindən daxil olmasını təmin etmək üçün loopback cihazı adlanan bir virtual şəbəkə kartı yaradılır və gedən məlumatlar bu ünvana yönəldilir.

      Daha ətraflı : Texno Blog

       

  1. image

    Qiblə sözünün mənası nədir?

  1. image

    Çətirdən ilk dəfə harada və nə məqsədlə istifadə olunmuşdur?

  1. image

    İsveçrənin Sürixdən sonra ikinci ən böyük şəhəri hansıdır?

      Cavab

    1. image

      Cenevrə

  1. image

    Simbraxidaktiliya nədir?

  1. image

    Rejissor Vaqif İbrahimoğlunun iş metodunun formalaşmasında hansı rejissorların rolu müəyyənləşdirilmişdir?

      Cavab

    1. image

      K.S.Stanislavski, A.D.Popov, Tofiq Kazımov

  1. image

    Qlükoza nədir?

      Cavab

    1. image

      Qlükoza hüceyrədə ilkin yanacaq mənbəyi hesab olunur. Mürəkkəb quruluşlu şəkərlər və nişasta orqanizmdə əvvəlcə qlükozaya çevrilir. Bu yolla əmələ gələn qlükoza sonra istənilən anda metabolik sistemdə enerji mənbəyi olur. Qlükoza məhlulunu buxarlandırdıqda suyun bir hissəsinin ayrlması nəticəsində sirop əmələ gəlir. Qarğıdalı siropu qismən parçalanmış nişasta və qlükoza qarışığıdır. Onu Aspergillus oryzae bakteriyalarının köməyi ilə alırlar. Onun özlülüyünün yüksək olmasının səbəbi qısazəncirli birləşmələrinin su molekulları ilə əhatə olunması və hidrogen rabitələri əmələ gətirməsidir. Aspergillus oryzae bakteriyalarından düyünün etanola qıcqırdılmasında, Yapon arağı – sake istehsalında istifadə olunur.

      Ətraflı link: Qlükoza nədir?

  1. image

    Ziddiyyət qanunu nədir?

      Cavab

    1. image

      Ziddiyyət qanununun mahiyyəti belədir: Bir-biri ilə müqayisə olunmayan iki hökm (eyni vaxtda, eyni mənada və münasibətdə bir-birinə zidd olan) eyni zamanda həqiqi ola bilməz, son nəticədə bunlardan biri yalan olmalıdır.

  1. PHP Skriptləmə yoxsa Proqramlaşdırma Dilidirmi?

      Cavab

    1. image

      Proqramlaşdırma dili və skript dili. Bu 2 növ bir birlərindən bir neçə cəhətdən fərqlənirlər. Server tərəf dil olduğundan, bir çox insan PHP-nın sırf bir proqramlaşdırma dili olduğunu düşünür. Bu dilin bəzi mürəkkəb tapşırıqları yerinə yetirmək qabiliyyəti PHP-nın proqramlaşdırma dili kimi mövqeyini gücləndirir. Ancaq, məsələnin əsli budurki, PHP veb proqramlaşdırma üçün güclü bir script dilidir. O, veb səhifələr və serverlər arasında problemsiz qarşılıqlı əlaqə yaratmaq üçün istifadə edə biləcəyiniz dildir.

  1. Niyə insan və meymunların DNA-si bu qədər oxşardır?

      Cavab

    1. image

      Çünki ortaq bir əcdaddan gəlirik. Məsələn, niyə qardaşına bənzəyirsən? Çünki eyni anadan, eyni atadan və eyni ailədən gəlirsən. Eynilə, insanlar və meymunlar bir-birinə çox yaxındır. Bir ata növü zamanla inkişaf edir və fərqli növlər meydana çıxır. Bu səbəbdən bu növlər bir-birlərindən uzaq olsalar da oxşardırlar.

  1. image

    Zamanda yolculuq etdiyini idda eden bir şəxs, 1950-ci ildə batareyası bitmiş bir telefonun hansı özəlliklərini istifadə edərək sübüt edə bilər?

  1. Kino sənətinin bu qədər genişlənməsi və yayılması qarşısında teatr hələdə necəayaqda qalır?

      Cavab

    1. Çünki kino və teatr ayrı-ayrı sahələrdir. Məsələn, siz niyə fotoqrafiya varkən rəssamlıq da var deyə bilməzsiniz. Teatr canlı sənətdir. Qədim əcdadların ritual ayin və mərasimlərindən yaranıb. Kökləri sağlam və möhkəmdir. Misal olaraq, qədim Azərbaycanda mövsüm və mərasim göstərilərinin nümayiş olunması zamanı teatr elementləri kök salıb. İnsanların küçə və meydanlarda hər hansı bir dini ayini icra etməsi, Allahlara qurbanlar təşkil etməsi tamaşaların yaranması ilə nəticələnib. Bu əksər xalqlar üçün keçərlidir. Bu səbəbdən insanlar canlı olaraq təşkil etdikləri və ya iştirak etdikləri mərasim və nümayişlərdənfərqli zövqlər alırlar ki bu kinodan alınan zövqdən fərqlənir. Tutaq ki, Novruz bayramının qeyd olunması məişətdə olan teatral elementlərdir.

  1. Səhər tezdən ac qarına qəhvə içmək mədəyə ziyandırmı?

      Cavab

    1. image

      Şəkərsizdirsə, sağlamlığa faydası olduğunu göstərən məqalələr var. Bununla birlikdə, bütün məqalələr şəkərsiz sözünü vurğulayırlar. Səbəb budur ki, səhər ilk şey şəkər istehlak etməkdirsə qan şəkəri birdən çıxır və birdən düşür. Qısa müddətdə gündüz fokus problemi, diqqəti yayındırma və öyrənmə çətinliyi uzun müddətdə xroniki ürək-böyrək-qaraciyər xəstəliklərinə səbəb ola bilər.