ramadan
Ramazana son -
yerli-sirketlerin-tanitim-sergisi-2025
Müəllif: Publisist.az /Tarix: 2025-01-10 /Oxunma Sayı: 68

Yerli şirkətlərin tanıtım sərgisi 2025

18-21 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), və Marsol Group-un birgə təşkilatçılığı ilə baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə iştirakçı qeydiyyatı başladı.

“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə 300-ə yaxın yerli şirkət öz məhsullarını təqdim edəcək. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Siz də Bakı Ekspo Mərkəzində baş tutacaq sərgidə öz stendinizlə təmsil olunmaq üçün müraciət edə bilərsiniz.

Sərgi müddəti: 4 gün
Məkan: Bakı Ekspo Mərkəzi
Tarix: 18-21 iyun 2025
Əlaqə: 050 228 64 31 Fərid Rəcəbli
www.marsolexpo.az

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur