xacmaz-rayonunun-agyazi-buduq-kend-gencleri
Müəllif: Publisist.az /Tarix: 2021-07-31 /Oxunma Sayı: 855

Xaçmaz rayonunun Ağyazı-Buduq kənd gəncləri

 
Bu gün Səyyar Gənclər Xidməti imkanları Xaçmaz rayonunun #Ağyazı_Buduq kənd gəncləri üçün əlçatan etdi.
Xidmət çərçivəsində müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər təşkil edilib.
 
Həmçinin, əyləncə proqramları təşkil edilərək gənclər arasında müxtəlif intellektual və idman yarışları keçirilib.
Bununla da, Səyyar Gənclər Xidməti #Azərbaycan'ın şimal-şərq hissəsində yerləşən Quba, Qusar və Xaçmaz rayonlarında öz işini yekunlaşdırıb.
25-31 iyul tarixlərində 3 rayon üzrə 6 kənd olmaqla, 100-lərlə gənci əhatə etməyimizə kömək olan həmin rayonlarda yerləşən nümayəndəliklərimizdə fəaliyyət göstərən Gənc Könüllülərimiz və təşkilatçılara təşəkkürümüzü bildiririk.
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur