qarabag-universitetinin-incesenet-fakultesinde-muellim-vakansiyasi-elan-olunur
Müəllif: Publisist.az /Tarix: 2024-06-26 /Oxunma Sayı: 304

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunur

Qarabağ Universitetində piano, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; musiqişünaslıq, xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyası elan olunur.

Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin olunması məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.
Vəzifə: müəllim


İşin təsviri:
• fənn sillabuslarının hazırlanması;
• rəqəmsal bacarıqların tətbiqi;
• elmi tədqiqatların aparılması və nəticələrinin elmi jurnallarda dərc
edilməsi;
• bakalavriat səviyyəsində dərs yükünə uyğun fənlərin tədrisi;
• tədris prosesi ilə bağlı tədris-metodiki vəsaitlərin hazırlanması;
• tədris prosesindən əlavə, ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin
təşkilində aktiv iştirak;
• müvafiq istiqamət üzrə kafedranın fəaliyyətinə dair təkliflərin
hazırlanması;
• tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi.

Tələblər:
• magistr ali elmi-ixtisas dərəcəsinin olması;
• ali təhsil müəssisələrində müvafiq istiqamət üzrə minimum 3 il
elmi-pedaqoji iş təcrübəsi;

• liderlik və idarəetmə bacarığı;
• tədqiqat bacarığı;
• tədris prosesində tələbə mərkəzli metod və texnologiyalardan istifadə
bacarığı;
• təlim prosesində süni intellektin imkanlarından istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• tələbələrin qiymətləndirilməsində müasir üsul və fərqli yanaşmalardan
istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığı;
• Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları
barədə məlumatlılıq;
• ali məktəb pedaqogikası və psixologiyasına, tələbələrlə davranış
qaydaları və psixoloji işin təşkilinə dair biliklər.

Tələb olunan sənədlər:
1. tərcümeyi-hal;
2. ali təhsili təsdiq edən sənədlərin surəti;
3. dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
4. müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxış –
maksimum 500 söz).


Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin
olunacaqlar.


Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə
uyğun namizədlərlə əlaqə saxlanılacaq.


Rəqabətədavamlı əməkhaqqı təklif olunur.


Müraciət üçün son tarix: 7 iyul 2024-cü il


Elektron poçt ünvanı: karabakh@edu.gov.az

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur