Tələbələr üçün ArcGIS layihəsi çərçivəsində təlimlərə başlanılıb
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Esri” ilə birgə həyata keçirilən "Tələbələr üçün ArcGIS" proqramı çərçivəsində “Azercosmos”un CİS ekspertləri tərəfindən real iş proseslərinə dair praktiki bacarıqlarla bağlı xüsusi təlim sessiyalarına start verilib.
Azərbaycan Texniki Universitetində (Azerbaijan Technical University) keçirilən təlimlərdə İqtisad Universiteti (Azerbaijan State University of Economics • UNEC) və Bakı Ali Neft Məktəbinin (Baku Higher Oil School) tələbələri də iştirak edir.
18 fevral – "Məkan məlumatları ilə işləmək"
• Geoməlumat bazaları
• Məlumat bazaları
25 fevral "GİS-ə giriş və ArcGIS Pro tətbiqi"
• Coğrafi İnformasiya Sistemlərinin əsasları
• ArcGIS Pro platforması və imkanları
28 fevral – "Qabaqcıl GİS texnologiyalarının tətbiqi"
• Geoprocessing
• Rəqəmsallaşdırma
• Məkan təhlili və Raster GİS
Qeyd edək ki, 4SİM tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafına yönəlik fəaliyyətlər çərçivəsində 4-cü sənaye inqilabı texnologiyalarının ölkədə tətbiqi və bu istiqamətdə insan kapitalının inkişafı üçün davamlı layihələr həyata keçirilir. Bu məqsədlə Google, Binance,Coursera, Esri və Apple kimi qlobal texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur