Tək səhifəlik tətbiq (Single Page Application ) nədir? One page səhifələr. Fərqlər
Bu yazıda Single Page Application – yəni bizim dilimzə tərcümədə “Tək səhifəlik tətbiq” və One page səhifələr haqqında danışacağıq.
Əvvəlcə izah etməyə çalışaq ki, Single Page Application(SPA) nədir?
Son zamanlarda daha da populyar olmağa başlayan SPA və One page səhifələrin özləri arasındada bəzi fərqlər var. El arasında “dədə-baba” saytlar adlandırdığımız çox səhifəli saytlardan fərqli olaraq One Page səhifələr bir index üzərində qurulmuş saytlardır. Bu həm SPA – nın , həm də One page səhifələrin ortaq cəhətləridir. Beləki tək səhifəlik tətbiqlərdə lazım olan kodlar – Html, Css və JavaScript ya ilk yüklənəndə tamamilə alınır ya da kodlar lazım olduqca alınır. SPA və One page arasındakı fərqdə elə buradan qaynaqlanırkı , One page səhifələrdə saytın açılması ilə dediyimiz Html, Css və JavaScript kodları tamamilə alınır. SPA – da isə bu belə deyil.
Single Page Application – larda routing - yəni səhifələr arası keçidin back-end hissəsində yox , JavaScript vasitəsi ilə müştəri tərəfdə yəni istifadəçi interfeysində qurulan veb saytlardır. Yuxarıda dediyimiz kimi əslində bir index səhifəsi var amma user interfeysde səhifələr arası keçidi router yerinə yetirdiyindən müştəridə çoxlu səhifə effekti yaradır. Bunun üçün komponent məntiqindən istifadə edilir. Routrlarda sizin verdiyiniz path(yollar) – və yenə sizin tərəfinizdən seçilən komponentləri müştəriyə göstərir. Bu da yeni bir səhifəyə keçid kimi görsənir. Bundan əlavə olaraq bu proses SPA- yığılan saytların sürətini artırdı. Sürətin artmasına baxmayaraq bəzi mənfi cəhətləridə mövcüddur. Bunlardan ən önəmlisi Seo- dur. Belə ki, SPA –larda axtarış motorunun optimallaşdırılması zəifdir. Buna səbəb isə URL – nin dinamik səhifələrdə olduğu kimi tamamilə dəyişməməsindən irəli gəlir. Buna görədə Seo tərəfində tək bir səhifə kimi görsənir. Google bu problemi həll etmək üçün çoxlu dəyişikliklər etdiyini bildirib. Eyni zamanda JavaScript frameworkləridə bu problemin həlli üçün yollar axtarırlar.
Belə nəticəyə gəlmək olar ki, SPA- ların ən yaxşı müsbət cəhətləri kimi Sürət və istifadəçi rahatlığını göstərmək olar.
Son illərdə JavaScript frameworkləri SPA – məntiqini daha sürətli şəkildə mənimsədi. Bunlardan ən tanınmışları Vuejs , Angular və JavaScript kitabxanası olan Reactdır.
Yup Technology MMC - də "Full Stack Veb Developer" kimi fəaliyyət göstərirəm. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğulam. Həm online həm də offline şəkildə təlimlər tədris edirəm.
Veb Sayt : Elgun Mammadli