ramadan
Ramazana son -
tehsilde-konullu-fealiyyetin-teskili-qrant-musabiqesinin-neticeleri-aciqlanib
Müəllif: Publisist.az /Tarix: 2024-12-29 /Oxunma Sayı: 91

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb.

 

Müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 109-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 652 nömrəli  Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarı ilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş  15 layihəyə qrant ayrılıb.
 

Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.
 

Qrant qazanmış layihələrin siyahısı 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur