teatrin-reabilitativ-ehemiyyeti-nezeriyyeden-tecrubeye
Müəllif: Publisist.az /Tarix: 2024-07-03 /Oxunma Sayı: 234

Teatrın reabilitativ əhəmiyyəti: Nəzəriyyədən təcrübəyə

`Sağlam Düşüncə` Gənclər Təşkilatı tərəfdaşı olduğu “Youth Work for Rehabilitation of Young People Affected by War and Armed Conflicts” Erasmus+ KA2 layihəsinin yekunu olaraq hazırlanan `Toolkit`-in təqdimatını və `Teatrın reabilitativ əhəmiyyəti: Nəzəriyyədən təcrübəyə` adlı təlimini keçirəcəkdir. 
 
Təlim 13 iyul saat 11:00-17:00 aralığında Sumqayıt Gənclər Evində Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının rejissor və təsisçisi Aynur Zərrintacın təqdimatında  baş tutacaqdır.
 
Təlim 18-35 yaş aralığında olan sosial işçilər, müəllimlər, psixoloqlar və gənclərlə iş sahəsində fəaliyyət göstərənlər üçün nəzərdə tutulub. 
 
Bu təlim bizə aşağıdakı suallara cavab tapmağa kömək edəcək:
  • teatrdakı tamaşaçı və aktyor heyəti arasındakı sərhədi götürsək, özümüz öz hekayələrimizin aktyorlarına çevrilsək nə baş verər?
  • hansı teatr növləri bizə inkişafımıza, böyüməyimizə dəstək olar?
Bu təlimdə siz bir neçə teatr növü ilə nəzəri tanış olub, təcrübələr əsasında əşya teatrını sınaqdan keçirəcəksiniz. 
 
Son qeydiyyat tarixi: 10 iyul, 23:59
 
Təlim müddətində iştirakçılar nahar və çay fasiləsi ilə təmin ediləcək. Regiondan gələn iştirakçıların nəqliyyat (avtobus və ya qatar) xərcləri qarşılanacaq. 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur