Tanrıya məktub
Tanrıya məktub
“ Bəzi insanları,əşyaları və dünyanı əlvida demə cəsarətinə çatmadan sevdim...Sonra bildim ki, Tanrı və mən vardıq.Bilmə eşqi ilə öldüm...Gözlərimi açıb gördüm ki, mən və Tanrı vardıq “ pıçıldı ilə dedim , hər şey bundan sonra başladı.
Tanrıya ilk məktubun yazma həyacanımı , şərab badəsinin xoş-hallığından doğan sərxoşluğu və daha bir neçə ad verə bilməyib lakin , indi hiss etdiklərimi qeyd etməklə öz xoşbəxtliyimi yaşamaq asan , təsvir etməkdə isə çətinlik çəkirəm.Necə ki,zamanın indidən ibarət olduğunu düşünürəm daha əvvəldə düşünüldüyünü və inanıldığnı bilə-bilə həyatımın mərkəzinə qoymaq nə qədər doğrudur ? Həm keçmiş həm də gələcəyin bu anda sıxışıb qaldığını görə bilirəm. “Zaman yoxdur” fikrini insan oğluna ilk dəfə səmavi kitablar , daha sonra isə hamının tərəddüdsüz inandığı kostyumlu elm adamları dedi.
Sevgili Tanrı! Mənə öyrətdiklərindən yararlanıb və bundan sonrada öyrədəcəyinə şübhə etmədən , içimi zəbt edən yaz quşlarının nəğmələrini , əhvalı gözəl çəmənliklərdə gəzdirən və sevgidən su alan çiçəyin ətri müşayətində bu sözləri sənə yazıram.Bəlkə də, bunun üçün gecikmişəm.Kim bilir , bəlkə də,buna cəsarət etmək üçün kamilləşməliyəm.
Quş uçmaz , karvan keçməz bu yerdə gecənin şirin kimi gələn hüzünü,dünyada uzun müddətdir daşıdığım və onunla dostlaşmağı bacardığım tənhalığım,sən və mən varıq.Adəm oğlu gördüyünü sevmək üçün onu anlayır,anladıqca öyrəşir,öyrəşdikcə bezir və daha sonra isə bəsitliyini elan edir.Bu səbəbdənmi bizi yaradarkən bilinməyən sifətini bizimlə birgəmi yaratdın( bütün mədəniyyətlərdə Tanrı anlayışlı məxluq baqilik sifətinə malikdir ) yoxsa əzəldən bu beləymişdə bizi qanunuyğunluğa uyğunmu yaratdın ? (Bizi bildiyin üçünmü özünü bizdən gizlətdin yoxsa əvvəldən hər şey üçün gizliydin ?)
Mənə məndən yaxın olan səni anlamağın mümkünsüz olmasına , fizika qanunları ilə idarə etdiyin dünyanın bilinməz olduğuna ( Stephan Hawking ` in fikirindən ilhamlanaraq ) səni tanımadığımız zamanlarda belə verdiyimiz suallara cavab tapa bilməmişik.Səni təsvir etməyə sözlərim aciz qalarkən,mən sənə inanmaq yox bilmək üçün çıxdığım bu yolda (Carl Saganın fikrinə uyğun olaraq ) gündüzün işıq və səs-küyünü öz qaranlığı və sükunəti ilə pərdələyən gecənin qucağında , ürəyi əsdirəcək meh kimi pıçıldayan səssizliyində “ çıraq “ görürəm. Mən isə acizliyimə təslim olmaqdan zövq alaraq özümü görmədiyim , hiss etdiyim , bilmədiyim ,lakin bilirmişəm kimi yaşamağa çalışdığım bir qüvvə var ki, özümü qarşı gəlməyin mümkün olmadığı , edə biləcəyim tək şey çayın axışına buraxdığım kimi buraxmışam.Onu hiss edirəm.Cismimlə deyil ruhumla,beynimlə deyil qəlbimlə. Gecə bütün suallara cavab tapmaq üçün yaşamaq sevdasından daha zövqlüsünü - , “Ölüm”ü mənə təklif edir (”Ölümdən sonra yaşadığımız nədir ? Qanunlarla necə izah oluna bilər ? Ya bu dünya, hər şey beynimin məhsuludursa ? Ya işdə olan dostum illuziyadırsa ? Dinlərdə adı çəkilən , insandan əvvəl yaranan canlılar neçə ölçülü mühitdə yaşayır ?) .İslam peyğəmbəri Həzrəti Məhəmməd “ İnsanlar ölərkən dirilir “ deyəndə sən yanında idin.Bunu ona sən dedirdiyinə inanındığımı ikimizdə bilirik.( Fatalizm və ya ona yaxın olan determinizm fəsəfi cəryanında, dinlərdə deyilən ` qismət`ə insan iradəsinin yoxluğuna inanmaq.Bunun elmi açıqlamaları var ,necə ki, Tanrının sübut etməyin kozmolojik,numerloji ya da metafizik,məntiq fəlsəfi arqumentlər gətirmək olar.Bu yenə də insanlara görə dəyişəcək.İnsan inanmaq istədiyinə inanacaq, görmək istədiyini görəcək). İnsanı insanlarla dolu dünyanın içində tənha yaratdın.Bunu düşünmək,görmək bir az kədərlidir.elə deyil ?
Bizə kitablarında dediyini elm bizə əşyaların,dünyaların,hətta insanların belə baxmayanda olmaya biləcəyini öyrətməklə öz şüurmuzdan başqa heçnəyin olmaya biləcəyini anlayanda sənlə birlikdə tənha olduğumu və ölümlə belə bunun bitməyəcəyini anladım .Bu zamansız anda , varlığına şübhə etdiyim hər şeyin , qəlbi səmimiyyətlə bəzədiyimdə gördüyüm səni ,eşitdiyim musiqinin hər toxunuşunun ahəngini hər zərrəmdə hiss etməyimin ləzzətini sözlərimdə deyil, özümdə saxlıyıram.