ramadan
Ramazana son -
steam-azerbaycan-layihesi-tecrube-proqrami-elan-edir
Müəllif: Publisist.az /Tarix: 2025-01-16 /Oxunma Sayı: 79

 "STEAM Azərbaycan" layihəsi təcrübə proqramı elan edir!

Bakalavr təhsil pilləsini bitirmiş və ya hal-hazırda magistratura təhsili alan gənclərin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə təcrübə proqramı elan olunur.

▪Tələblər:

Ali təhsil; (Pedaqoji ixtisaslar üzrə təhsil arzuolunandır)

Xarici dil bilikləri; (ingilis dili mütləqdir, rus dili biliyi arzuolunandır)

Komanda ilə iş bacarığı;

Yüksək ünsiyyət bacarıqları;

Operativlik;

Kompüter bilikləri;

Yüksək səviyyəli təqdimat bacarığı;

Yeniliyə və innovativliyə açıq.

 

▪İş mühiti:

STEAM İnnovasiya Mərkəzində fəaliyyətlər;

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə hazırlıq prosesi;

STEAM Mərkəzlərinə səfərlər;

İnteraktiv təlimlərdə iştirak;

Karyerayönümlü real iş mühiti.

 

 Ödənişsiz proqramda iştirak üçün müraciət etmək istəyənlər CV-lərini 23 yanvar 2025-ci il saat 12:00-a qədər cv@steam.edu.az ünvanına göndərməlidirlər. Təcrübə proqramına 3 fevral tarixindən start veriləcək, təcrübə müddəti haqqında ətraflı məlumat müsahibə zamanı bildiriləcək.

 

Qeyd: Elektron-poçt ünvanına məktub göndərən zaman mövzu hissəsində "Təcrübə proqramı" qeyd etməniz mütləqdir.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur