sony-sirketi-nobel-mukafatini-elde-ede-bilecek-suni-zeka-yaratmagi-planlasdirir
Müəllif: Publisist.az /Tarix: 2021-08-30 /Oxunma Sayı: 444

Sony şirkəti Nobel mükafatını əldə edə biləcək süni zəka yaratmağı planlaşdırır

    Sony şirkətinin süni zəka tədqiqatları üzrə şöbəsinin rəhbəri Hiroaki Kitano Nobel mükafatını əldə edəcək süni zəka yaratmağı planlaşdırır. Onun fikrincə bunun üçün 30 il vaxt lazım olacaq. Sony Computer Science Laboratories şöbəsinin general direktoru olan Hiroaki Kitano müasir elmi zəkalar ilə eyni səviyyədə olacaq süni zəka yaratmaq planını açıqlayıb. Bunun üçün o, Nobel Turing Challenge layihəsini işə salacaq. Əsas məqsəd Nobel mükafatını əldə edə biləcək səviyyədə süni zəkanın 2050-ci ilə kimi yaradılmasıdır. Bu barədə Engadget saytı xəbər verib.

    Kitano-nun sözlərinə əsasən sözügedən layihənin əsas fərqləndirici özəllikləri arasında elmdə və texnikada unikal və prinsipial yeni kəşflər olacaqlar. “Əsas məsələ bizim artıq bildiyimiz bir şeyin yenidən kəşf olunması və ya insanın düşüncə proseslərinin imitasiyası deyil. Layihənin məqsədi elmi kəşf ifadəsini dəyişmək və onun alternativ formasını yaratmaqdır” - deyə Hiroaki Kitano qeyd edib. Onun sözlərinə əsasən Nobel Turing Challenge layihəsinin əsas dəyəri dayanmadan avtonom şəkildə kəşflər edən sistemin yaradılmasındadır.

    Süni zəka əsasında çalışan alim daha çox fərziyyəni generasiya və analiz edə biləcək. Həmin fərziyyələrdən bəziləri isə böyük kəşflərə gətirəcək və ya böyük kəşflərin təməllərini təşkil edəcəklər. İlk öncə Kitano məlumatların analizində və təcrübələrdə tədqiqat proseslərinin bir hissəsini avtomatlaşdıra biləcək faydalı alətləri yaratmaq niyyətindədir. Növbəti mərhələdə daha çox fərziyyələr spektrinin genişləndirilməsi və analizlər üçün avtomatlaşdırma səviyyəsi yüksələ bilər. Kitano onu da qeyd edib ki, süni zəka əsasında çalışacaq alim öz üzərinə ağır intellektual işi götürəcək. Bu halda insanlar elmi fərziyyələrin yoxlanılmasına daha çox zaman ayıra biləcəklər.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur