sekinin-bideyiz-kendinde-150-hektar-mese-erazisi-kurunur
Müəllif: Publisist.az /Tarix: 2021-04-06 /Oxunma Sayı: 747

Şəkinin Bideyiz kəndində 150 hektar meşə ərazisi kürünür.

Şəkinin Bideyiz kəndində meşələri 2 aydır kürüməyə davam edirlər. Təqribən 150 hektara yaxın ərazidə  kolluq, seyrək və sıx meşəlik ekosistem aqrobağ salınması məqsədi ilə tamamilə məhv edilib. 150 hektar ərazini nəzərə aldıqda işin miqyasının böyüklüyü heyrət doğurur. 

Ecofront Qeyri-hökumət Təşkilatı bildirir ki, kürünməsi planlaşdırılan ərazinin mühafizəsi faktiki olaraq dayandırılmış və əhaliyə ərazidən ağac kəsmək üçün yaşıl işıq verilmişdir. Kim istəsə gəlib ağacları kəsib götürə bilər. Yerdə qalanları isə buldozerlər vasitəsilə kürüyürlər.

Ecofront Qeyri-hökumət Təşkilatı (QHT) ETSN-ə səslənir: Meşə fondu torpaqlarının, meşələşmiş ərazilərin aqrobağ salınması məqsədi ilə məhv edilməsi paraktikası dərhal dayandırılmalıdır. Əkdiyiniz ağaclıqların heç biri heç vaxt bu qədər zəngin olmayacaq.
Heyfslər olsun ki, bu barədə vaxtında məlumatımız olmayıb. Dünən məlumat tutmuşuq və dərhal dayanıb. Amma artıq çok gecdir. Bu aqrobağ layihəsi tamamilə ləğv edilməli və meşə bərpa işlərinə başlanmalıdır.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur